Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-149/2025 05.06.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs2 qarşı, barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, onunla Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş, üzrə Maraqlı şəxs2 ilə onun arasında xx.xx.2023-cü il tarixdə Mediasiya təşkilatında Barışıq Sazişi bağlanmışdır. X10 Ərizəçi və Maraqlı şəxs2 bu sazişi imzalamaqla Naxçıvan MR Ordubad RİH-nin Kələki kəndi İƏD-si üzrə nümayəndəliyi təfindən 05 sentyabr 2011-ci ii tarixdə 02 qeydiyyat nömrəsi ilə bağlanan rəsmi nikahın pozulmasına (ləğv olunmasına) qarşılıqlı şəkildə razılığını təsdiq edirlər və Birinci tərəf Ərizəçi aidiyyəti məhkəməyə müraciət edəcəyini öz üzərinə götürür. Yusifov X2 Gülgün Nəcəf qızı ilə birgə nikahdan olan övladları X9 və X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 noyabr 2023-cü il tarixindən başlayaraq Birinci tərəf Ərizəçi hər uşağa 250 (iki yüz əlli) manat olmaqla Birinci tərəf Ərizəçi iki uşağa görə hər ay 500 (beş yüz) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər növbəti ayın sonuncu günü ödəniləcək. Həmin Sazişin 6-cı bəndində könüllü icra müddəti 10 gün nəzərdə tutulmuşdur. Lakin onun tərəfindən Saziş könüllü şəkildə icra olunmuş, yəni məhkəməyə nikahın pozulmasına (ləğv olunmasına) dair müraciət etmiş və Ordubad Rayon Məhkəməsinin 2(080)-32/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi və Maraqlı şəxs2 arasında 05 sentyabr 2011-ci il tarixdə Ordubad RİH-nin Kələki kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Lakin Sazişin bağlanmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq Yusifov X1 olaraq icra edilməsi istiqamətində heç bir addım atmayaraq, alimentin ödənilməsindən yayınmışdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Ərizəçi onunla Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02097 nömrəli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Ərizəçi məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasında iştirak etməmiş, teleqram ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ərəzəsini müdafiə etdiyini və ərizəsi üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Maraqlı şəxs2 məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işə Maraqlı şəxs2 iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəçinin ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, onlara məcmu halda hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02097 nömrəli barışıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs2 hər növbəti ayın sonu 11 avqust 2012-ci ildə doğulmuş X7 və 16 fevral 2016-cı il tarixli X5 yetkinlik yaşına çatana kimi hər uşağa 250 manat olmaqla iki uşağa görə hər ay 500 (beş yüz) manat məbləğində alimentin bank kartına köçürülməsi yolu ilə Ərizəçi ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs2 barışıq sazişi imzalandıqdan sonra sazişin şərtlərini tam icra etməmiş, ərizəçi G. Məmmədova barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin- 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəyə baxılan zaman Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş alimenti tam ödəməmişdir. Baxmayaraq ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02097 nömrəli barışıq sazişində Maraqlı şəxs2 hər ay hər növbəti ayın sonu 11 avqust 2012-ci ildə doğulmuş X9 və 16 fevral 2016-cı il tarixli X5 yetkinlik yaşına çatana kimi hər uşağa 250 manat olmaqla iki uşağa görə hər ay 500 (beş yüz) manat məbləğində alimentin bank kartına köçürülməsi yolu ilə Ərizəçi ödənilməsini öhdəsinə götürmüşdür Odur ki, G. Məmmədova “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi və Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023- 02097 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Tərəflər razılaşırlar ki, birgə nikahdan olan, yetkinlik yaşına çatmayan övladları 11 avqust 2012-ci il təvəllüdlü X7 və 16 fevral 2016-cı il təvəllüdlü X8 bu saziş imzalandığı andan uşaqların mənafeini, təhsildən və öyrəşdiyi yaşayış mühitindən ayrı salmamaqdan ötrü birinci tərəf anası Ərizəçi yanında himayəsində (yanında) qalır. Yusifov X2 Gülgün Nəcəf qızı ilə birgə nikahdan olan övladları X9 və X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 noyabr 2023-cü il tarixindən başlayaraq Birinci tərəf Ərizəçi hər uşağa 250 (iki yüz əlli) manat olmaqla Birinci tərəf Ərizəçi iki uşağa görə hər ay 500 (beş yüz) manat alimentin bank kartına köçürülməsi yolu ilə ödənilməsinə dair öhdəlik götürür. Alimentin məbləği hər növbəti ayın sonuncu günü ödəniləcək. Alimentin tutulması 01 noyabr 2023-cü il tarixdən hesablansın, ödənilmiş aliment məbləği nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-149/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-149/2025
05.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver