Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-152/2024 03.06.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X10 məhkəmə iclas katibliyi, Ərizəçi,nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Mərhum həyat yoldaşı X2 12 avqust 1985-ci ildə və mərhum həyat yoldaşının anası və onun qayınanası mərhumə X5 20 noyabr 2000-ci ildə Ordubad Rayonu Dəstə kəndində vəfat etmələri faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, mərhum həyat yoldaşım X1 Rayonu Dəstə kəndində yaşamış və 12 avqust 1985-ci ildə Ordubad Rayonu Dəstə kəndində vəfat edərək Ordubad Rayonu Dəstə kənd qəbiristanlığında dəfn olunmuşdur. Mərhum həyat yoldaşımın anası, mənim qayınanam mərhumə X9 da Ordubad Rayonu Dəstə kəndində yaşamış və 20 noyabr 2000-ci ildə Ordubad Rayonu Dəstə kəndində vəfat edərək Ordubad Rayonu Dəstə kənd qəbiristanlığında dəfn olunmuşdu. Mərhum həyat yoldaşım X2 və mərhum həyat yoldaşımın anası, mənim qayınanam mərhumə X5 yas mərasimi Ordubad Rayonu Dəstə kəndində saxlanılmışdı. Mərhumlar Ordubad Rayonu Dəstə kənd qəbiristanlığında dəfn olunmuşdur. Mərhum həyat yoldaşım X2 və mərhum həyat yoldaşımın anası və mənim qayınanam mərhumə X5 vəfatından sonra onun ölüm haqqında şəhadətnamə almamışıq. Hər iki mərhumun ölüm haqqında tibbi şəhadətnamənin alınması üçünNaxçıvan Muxtar Respublika Ordubad Rayon Mərkəzi Xəstəxanası Publik Hüququ şəxsə ünvanladığımız sorğuya cavab verilərək mərhum həyat yoldaşım X2 və mərhum həyat yoldaşımın anası, mənim qayınanam mərhumə X5 vəfatını təsdiq edən sənəd olmadığın və mərhumların ölümü haqqında tibbi şəhadətnamənin xəstəxanada yazılmadığını bildirmişlər. Mərhum həyat yoldaşım X2 və mərhum həyat yoldaşımın anası və mənim qayınanam mərhumə X5 ölüm haqqında şəhadətnamənin verilməsi barədə Ordubad Rayon Qeydiyyat Şöbəsinə ünvanladığım ərizəmə cavab verilərək ölüm faktlarının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Mərhum həyat yoldaşım X2 və mərhum həyat yoldaşımın anası və mənim qayınanam mərhumə X5 vəfat etməsini və Ordubad Rayonu Dəstə kənd qəbiristanlığında dəfn olunmalarını, qonşularımız və digər kənd sakinləri şahid qismində təsdiq edə bilərlər. Mən Mərhum həyat yoldaşım X2 və mərhum həyat yoldaşımın anası və mənim qayınanam mərhumə X5 ölüm haqqında şəhadətnamələrini başqa qaydada ala bilmirəm. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mərhumların ölüm şəhadətnaməsi mənə vərəsəliklə bağlı zəruri sənədlərin toplanmasında lazımdır. Mərhum həyat yoldaşım X2 12 avqust 1985-ci ildə və mərhum həyat yoldaşımın anası və mənim qayınanam mərhumə X5 20 noyabr 2000-ci ildə Ordubad Rayonu Dəstə kəndində vəfat etmələri faktının müəyyən olunmasının məhkəmə qaydasında təsdiq olunmasın istəyir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək Ərizəçi mərhum həyat yoldaşı X2 12 avqust 1985-ci ildə Ordubad rayon Dəstə kəndində , və ərizəçinin mərhum həyat yoldaşının anası və onun qayınanası mərhumə X5 20 noyabr 2000-ci ildə Ordubad Rayonu Dəstə kəndində vəfat etmələri faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid1 məhkəməyə verdikləri ifadələrində X3 və X8 Dəstə kənd sakini kimi tanıdıqlarını, Ordubad rayon Dəstə kəndində yaşadıqlarını X2 12 avqust 1985-ci ildə və X5 20 noyabr 2000-ci ildə Ordubad Rayonu Dəstə kəndində yaşadıqları ünvanda vəfat edərək Ordubad rayon Dəstə kəndində qəbiristanlığında dəfn olunduqlarını, el adəti ilə yas mərasimi təşkil edildiyini, mərhumların yas mərasimində onlar və bütün yaxınları və tanışları iştirak etdiyini bildirərək ifadələrini bitirmişlər. Ordubad Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Ordubad Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə Ordubad Rayon Qeydiyyat Şöbəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, ərizəçinin və şahid ifadələrini dinləyərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş imtina məktubundan görünür ki, X7 və X5 ölümü barədə qeydiyyatını aparmaq üçün tibb müəssisəsindən tibbi şəhadətnamə və ya ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə Mülki işə əlavə olunmuş “Ordubad Rayon Mərkəzi Xəstəxanası”X12 arayışından görünür ki, xəstəananın arxivindən X7 və X5 ölümlərini təsdiq edən heç bir sənəd tapılmamışdır. Mülki işə əlavə olunmuş 03 noyabr 2023-cü il tarixdə verilmiş Doğum Haqqında şəhadətnamənin çıxarışından görünür ki, X7 xx.xx.1936-cı ildə Ordubad rayon Dəstə kəndində anadan olmuşdur. Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 440135 nömrəli 15 dekabr 2023-cü il tarixli çıxarışdan görünür ki, X7 ilə Ərizəçi arasında nikah 05 avqust 1963-cü ildə Gəncə şəhər Nikah evində bağlanmış və 795 nömrə ilə qeyd edilmişdir. Mülki işə əlavə olunmuş Ordubad Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1944-cü ildə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Dəstə kənd İƏDÜ nümayəndəliyinin 30 noyabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi və Naxçıvan Ruxtar Respublikası Ordubad rayonu Dəstə kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş bir ədəd qəbirüstü baş daşının fotoşəklində X7 1936-1985ci illər yazılmışdır. Mülki işə əlavə edilmiş bir ədəd qəbirüstü baş daşının fotoşəklində Mamedov X4 1916-2000-ci illər yazılmışdır. Mülki işə əlavə olunmuş Dəstə kənd bələdiyyəsinin 30 noyabr 2023-cü il tarixli 106 nömrəli Arayışında göstərilir ki, X7 1985-ci il tarixdə X9 isə 2000-ci il tarixdə ölmüş və Dəstə kənd qəbristanlığında dəfn olunmuşlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə zamanı müəyyən olundu ki, həqiqətən də mərhum X7 12 avqust 1985-ci il tarixdə, X9 isə 20 noyabr 2000-ci il ildə vəfat etmiş, lakin həmin vaxt səhlənkarlıq üzündən ölüm haqqında şəhadətnamələr alınması üçün müraciət olunmamışdır. Həmçinin Ordubad Rayon Qeydiyyat Şöbəsinin arxivində mərhumların ölümünün qeyd edilməsi barədə heç bir sənəd tapılmamışdır. Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olmuş və bunun üçün ərizəçiyə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (Hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə aparılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X2 12 avqust 1985-ci il tarixdə, X9 isə 20 noyabr 2000ci ildə Ordubad Rayon Dəstə kəndində vəfat etməsi faktı müəyyən edilməli və bu barədə Ordubad Rayon Qeydiyyat şöbəsində müvafiq qeydiyyat aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdim: Ərizə təmin edilsin. X2 12 avqust 1985-ci il tarixdə Ordubad Rayon Dəstə kəndində ölməsi faktı müəyyən edilsin. X5 20 noyabr 2000-ci il tarixdə Ordubad Rayon Dəstə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-152/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-152/2024
03.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver