Məhkəmə qərarları › İş №2(080)-172/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-172/2024

22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-172/2024 22.07.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1973-cü il tarixdə Ordubad Rayon Aza kəndində doğulmuş qardaşı X6 13 avqust 2013-cü il tarixində Ordubad Rayon Aza kəndində vəfat etməsi faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Ərizəçi Məhkəmədə ərizəni müdafiə edərək ərizəsinin məzmununa uyğun izahatında bildirmişdir ki, mərhum qardaşı X3 Rayonu Aza kəndində yaşamış və 13 avqust 2013-cü ildə kənddə vəfat edərək Ordubad Rayonu Aza kənd qəbiristanlığında dəfn olunmuşdur. Mərhum N.Muradovun yas mərasimi kənddə saxlanılmışdı. Mərhum N.Muradovun vəfatından sonra onun ölüm haqqında şəhadətnamə almamışıq. Ordubad Rayonu Aza kəndində fərdi yaşayış evimiz vardır. Bu gün mərhum qardaşımın ölüm haqqında şəhadətnaməsi olmadığından həmin fərdi yaşayış evini adıma sala bilmirəm. Ordubad Rayonu Aza kəndinin arayışlarından da məlum olur ki, mərhum N.Muradov vəfat etmişdir, Ordubad Rayonu Aza kəndind qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Naxçıvan Muxtar Respublika Ordubad Rayon Mərkəzi X10 şəxsə ünvanladığımız sorğuya cavab verilərək X11 oğlu ölüm haqqında tibbi şəhadətnamə sənədini təqdim edə bilmədiklərini bildirmişlər. X2 ölüm haqqında şəhadətnamənin verilməsi barədə Ordubad Rayon Qeydiyyat Şöbəsinə ünvanladığımız ərizəmə cavab verilərək ölüm faktlarının təstiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur.X1 vəfat etməsini və ünvan 3 ünvanda saxlanıldığını şahidlər Şahid1 və Şahid2 bu məsələ üzrə şahid qismində dindirilməsini və X6 13 avqust 2013-cü il tarixində Ordubad Rayon Aza kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş edir. Ordubad Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Ordubad Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə Ordubad Rayon Qeydiyyat Şöbəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində mərhum X11 ilə həmkəndli və qonşu olduqlarını, mərhum ölən günə qədər Ordubad Rayonu Aza kəndində yaşadığını, 13 avqust 2013-cü il tarixində Ordubad Rayonu Aza kəndində vəfat etdiyini Aza kənd qəbristanlığında dəfn olunduğunu, mərhumun yas mərasimində bir qonşu kimi iştirak etdiklərini ifadələrində bildirmişlər. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, ərizəçinin və şahid ifadələrini dinləyərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş imtina məktubundan görünür ki, X6 ölümü barədə Qeydiyyat şöbəsinin arxivində ölüm akt qeydiyyatı tapılmamış və onun ölüm haqqında akt qeydiyyatı aparılmamışdır. Mülki işə əlavə olunmuş Ordubad Rayon mərkəzi xəstəxanası PHŞ-in arayışından görünür ki, xəstəananın arxivindən X6 ölümləsini təsdiq edən heç bir sənəd tapılmamışdır. Mülki işə əlavə olunmuş Ordubad Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə Naxçıvan Ruxtar Respublikası Ordubad rayonu Aza kəndində anadan olmuş və Naxçıvan Ruxtar Respublikası Ordubad rayonu Azadkənd kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Ordubad rayonunun Azadkənd Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X14 Azadkənd kəndində dəfn olunmuşdur. Mülki işə əlavə olunmuş Ordubad rayonunun Azadkənd kənd İƏDÜ üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X11 xx.xx.2013-cü ildə Azadkənd kəndində vəfat etmiş, xx.xx.2013-cü ildə Azadkənd kənd qəbristanlığında dəfn olunmuşdur. Mülki işə əlavə edilmiş iki ədəd qəbirüstü baş daşının fotoşəklində X11 xx.xx.1973- 13.08. 2013-cü illər yazılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə zamanı müəyyən olundu ki, həqiqətən də mərhum X11 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, lakin həmin vaxt səhlənkarlıq üzündən ölüm haqqında şəhadətnamə alınması üçün müraciət olunmamışdır. Həmçinin Ordubad Rayon Qeydiyyat Şöbəsinin arxivində mərhumun ölümünün qeyd edilməsi barədə heç bir sənəd tapılmamışdır. Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olmuş və bunun üçün ərizəçiyə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (Hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə aparılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X6 xx.xx.2013-cü ildə Ordubad rayonunun Aza kəndində vəfat etməsi faktı müəyyən edilməli və bu barədə Ordubad Rayon Qeydiyyat şöbəsində müvafiq qeydiyyat aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdim: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X6 xx.xx.2013-cü il tarixdə Ordubad rayonunun Aza kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X7 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar