Məhkəmə qərarları › İş №2(080)-22/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-22/2025

07.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-22/2025 07.01.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 08 iyun 1999-cu ildə Ordubad Rayon Kələki kəndində doğulmuş, mərhum qızı X4 10 fevral 2001-ci ildə Ordubad Rayonu Kələki kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, mərhum qızım X9 08 iyun 1999-cu ildə Ordubad Rayonu Kələki kəndində doğulmuş 2 il yaşamış və 10 fevral 2001-ci ildə Kələki kəndində vəfat edərək Ordubad Rayonu Kələki kənd qəbiristanlığında dəfn olunmuşdur, qızım X4 yas mərasimi kənddə saxlanılmışdı. Mərhum qızım X4 vəfatından sonra onun ölüm haqqında şəhadətnaməsini almamışıq. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Naxçıvan Muxtar Respublika Ordubad Rayon Mərkəzi X11 şəxsə ünvanladığımız sorğuya cavab verilərək X4 ölümü haqqında tibbi şəhadətnamə sənədini təqdim edə bilmədiklərini bildirmişlər. X2 ölüm haqqında şəhadətnamənin verilməsi barədə Ordubad Rayon Qeydiyyat Şöbəsinə ünvanladığımız ərizəmə cavab verilərək ölüm faktlarının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. X1 vəfat etməsini və Ordubad Rayonu Kələki kənd qəbiristanlığında dəfn olunmasını, qonşularımız və digər kənd sakinləri şahid qismində təsdiq edə bilərlər. Mən mərhum qızım X4 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmirəm. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mərhum qızım X4 10 fevral 2001-ci ildə Ordubad Rayonu Kələki kəndində vəfat etməsi faktının müəyyən olunmasının məhkəmə qaydasında təsdiq olunmasın istəyirəm. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək Ərizəçi mərhum qızı X4 10 fevral 2001-ci ildə Ordubad rayon Kələki kəndində vəfat etməsi faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahidlər X10 və X12 məhkəməyə verdikləri ifadələrində mərhum X6 Ərizəçi övladı kimi tanıdıqlarını, X4 Ordubad Rayon Kələki kəndində valideyinlərinin himayəsində yaşadığını 10 fevral 2001-ci ildə Ordubad Rayonu Kələki kəndində vəfat etdiyini və və Ordubad Rayonu Kələki kənd qəbiristanlığında dəfn olunduğunu , el adəti ilə yas mərasimi təşkil edildiyini, mərhumun yas mərasimində onlar və bütün yaxınları və tanışları iştirak etdiyini ifadələrində bildirmişlər. Ordubad Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Ordubad Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə Ordubad Rayon Qeydiyyat Şöbəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, ərizəçinin və şahid ifadələrini dinləyərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş imtina məktubundan görünür ki, X4 ölümü barədə qeydiyyatını aparmaq üçün tibb müəssisəsindən tibbi şəhadətnamə və ya ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin təqdim edilməsini bildirmişdir. Mülki işə əlavə olunmuş “Ordubad Rayon Mərkəzi Xəstəxanası”X13 arayışından görünür ki, xəstəananın arxivindən X4 ölümünü təsdiq edən heç bir sənəd tapılmamışdır. Mülki işə əlavə olunmuş 09 aprel 2024-cü il tarixdə verilmiş Doğum Haqqında şəhadətnamənin çıxarışından görünür ki, X9 xx.xx.1999-cu ildə Ordubad rayon Kələki kəndində doğulmuş atası Ərizəçi,anası X7r. Mülki işə əlavə olunmuş Ordubad Rayon Polis Şöbəsi tərəfindən verilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Kələki kənd İƏDÜ nümayəndəliyinin 21 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, Məmmədov X8 Ruxtar Respublikası Ordubad rayonu Kələki kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş üç ədəd qəbirüstü baş daşının fotoşəklində doğum və ölüm tarixi yazılmamış qəbiristü müəyyən olunur. Mülki işə əlavə olunmuş Kələki kənd bələdiyyəsinin 02 oktyabr 2024-cü il tarixli 24 nömrəli Arayışında göstərilir ki, X9 qızı 10 fevral 2001-ci ildə ölmüş və Ordubad Rayon Kələki kənd qəbristanlığında dəfn olunmuşlar. Mülki işə əlavə olunmuş Kələki kənd İƏD-si üzrə nümayəndəliyinin 21 oktyabr 2024-cü il tarixli Arayışında göstərilir ki, X9 qızı 10 fevral 2001-ci ildə ölmüş və Ordubad Rayon Kələki kənd qəbristanlığında dəfn olunmuşlar Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə zamanı müəyyən olundu ki, həqiqətən də mərhum X9 10 fevral 2001-ci il vəfat etmiş, lakin həmin vaxt səhlənkarlıq üzündən ölüm haqqında şəhadətnamə alınması üçün müraciət olunmamışdır. Həmçinin Ordubad Rayon Qeydiyyat Şöbəsinin arxivində mərhumun ölümünün qeyd edilməsi barədə heç bir sənəd tapılmamışdır. Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olmuş və bunun üçün ərizəçiyə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (Hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə aparılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X4 10 fevral 2001-ci il tarixdə, Ordubad Rayon Kələki kəndində vəfat etməsi faktı müəyyən edilməli və bu barədə Ordubad Rayon Qeydiyyat şöbəsində müvafiq qeydiyyat aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X4 10 fevral 2001-ci il tarixdə Ordubad Rayon Kələki kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar