Məhkəmə qərarları › İş №2(080)-246/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-246/2023

13.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-246/2023 13.12.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, anası 1951-ci il təvəllüdlü X1 xx.xx.1994-cü il tarixdə Ordubad şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X6 xx.xx.1994-cü ildə vəfat etmişdir. Ərizəçi anasından qalan mirası qəbul etmək məqsədilə müvafiq orqanlara müraciət edən zaman miras qoyanın ölüm faktını təsdiq edən sənəd tələb olundu. Həmin sənədi əldə etmək üçün mən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ordubad rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, Ordubad rayon Qeydiyyat Şöbəsində ona bildirilmiş ki, mərhumun ölüm faktının qeydiyyatı sistemdə yoxdur. Ölüm faktının qeydiyyatını aparmaq üçün isə tibb müəssisəsindən tibbi şəhadətnamə və ya ölüm faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi təqdim edilməlidir. Ərizəçi aidiyyəti orqanlara, hətta arxiv idarəsinə bununla bağlı müraciət etsə də, ölüm faktının qeydi tapılmadı. Ərizəçi mərhum anasının ölüm faktının müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edir. Mərhum anası X3 vəfat etməsini və Ordubad şəhər qəbiristanlığında dəfn olunmasın, qonşuları və digər şəhər sakinləri şahid qismində təsdiq edə bilərlər.Çünki mərhum ansı X3 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Mərhum anası X3 xx.xx.1994-cü ildə Ordubad şəhərində vəfat etməsi Ordubad şəhərində dəfin edilmiş, yas mərasimi keçirilmişdir. Mərhumun xx.xx.1994-cü ildə Ordubad şəhərində ölməsi, Ordubad şəhərində dəfin olunması qəbir daşının üzərindəki yazılarla da öz təsdiqini tapır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf Ordubad rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin ərizəsini nəzərə alıb, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan- Doğum akt qeydindən çıxarışdan müəyyən olunur ki, Ərizəçi atası X7, anası Əliyeva(Quliyeva) Fizzə Məmməd qızıdır. Ordubad rayon Mərkəzi Xəstəxanasından verilmiş 203 nömrəli, 29 avqust 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, 1951-cı ildə anadan olmuş Ordubad şəhərində yaşamış X1 vəfatı ilə əlaqədar Ordubad rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində heç bir məlumat yoxdur. Ordubad rayon qeydiyyat şöbəsinin 136 nömrəli, 10 may 2023-cü il tarixli məhktubunda Ərizəçi ərizəsinə cavab olaraq qeyd edilmişdir ki, “vətəndaşın ölümünün qeydiyyatını aparmaq üçün tibb müəssisəsindən tibbi şəhadətnamə və ya ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi təqdim edilməlidr. Siz göstərilən sənədlərdən hər hansı birini Ordubad rayon qeydiyyat şöbəsinə təqdim etmədiyinizdən, X1 ölməsinə dair ölüm haqqında şəhadətnamə verilə bilməz”. İş materiallarına əlavə edilmiş bir ədəd fotoşəkildə olan qəbir daşı üzərində “X12 xanım Məmməd qızı, 1951-1994,” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 20 iyun 2023-cü il tarixli 96 saylı Ordubad Rayon Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, 1951-ci il təvəllüdlü X4 01 fevral 1994-cü ildə vəfat etmiş və Ordubad şəhər “Malik İbrahim” qəbrstanlığında dəfn edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilməli olan müvafiq sənəd yoxdur, ümumiyyətlə ölüm haqqında həkim şəhadətnaməsinin alınması üçün müraciət edilməmiş, ölümün qeydə alınmasından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarına əlavə edilmiş sübutlarla X4 qızının 01 fevral 1994-cü il tarixdə Ordubad şəhərində ölməsi, Ordubad şəhər “Malik İbrahim” qəbristanlığında dəfn edilməsi təsdiq edilir. Mülki iş materiallarına əlavə edilmiş Ordubad şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 1054 nömrəli, 31 avqust 2023-cü il tarixli arayışda da qeyd edilmişdir ki, Quliyev X8 şəhərinin Sərşəhər küçəsindəki 49 nömrəli evdə yaşayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə görə Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307-ci maddəsinin göstərişinə əsasən hesab edir ki, X1 Ordubad şəhərində 01 fevral 1994-cü il il tarixində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-cü maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1951-ci il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixdə Ordubad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X5 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar