Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-259/2023 04.12.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X2 xx.xx.2016-cı il tarixində Vələver kəndində vəfat etməsi faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Ərizəçi Məhkəmədə ərizəni müdafiə edərək ərizəsinin məzmununa uyğun izahatında bildirmişdir ki, atası X5 xx.xx.2016-cı il tarixində Vələver kəndində vəfat etmişdir. X3 ölüm haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı Ordubad Rayon Qeydiyyat şöbəsinə müraciət etsələr də, xx.xx.2023-cü il tarixdə həmin qurum tərəfindən təqdim edilən cavab məktubunda ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmadığını bildirmişdir. Ərizəçi atasının ölməsi barədə hüququ faktın təsdiq edilməsində Şahid1 və Şahid2 bu məsələ üzrə şahid qismində dindirilməsini, mərhum X2 xx.xx.2016-cı il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş edir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində mərhum X5 ilə həmkəndli və qonşu olduqlarını, mərhum ölən günə qədər Ordubad Rayonu Vələver kəndində yaşadığını, xx.xx.2016-cı il tarixində Ordubad Rayonu Vələver kəndində vəfat etdiyini, Vələver kənd qəbristanlığında dəfn olunduğunu, mərhumun yas mərasimində bir qonşu kimi iştirak etdiklərini ifadələrinində bildirmişlər. Ordubad Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Ordubad Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə Ordubad Rayon Qeydiyyat Şöbəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, ərizəçinin və şahid ifadələrini dinləyərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş imtina məktubundan görünür ki, X2 ölümü barədə Qeydiyyat şöbəsinin arxivində ölüm akt qeydiyyatı tapılmamış və onun ölüm haqqında akt qeydiyyatı aparılmamışdır. Mülki işə əlavə olunmuş Ordubad Rayon mərkəzi xəstəxanası PHŞ-in arayışından görünür ki, xəstəananın arxivindən X2 ölümləsini təsdiq edən heç bir sənəd tapılmamışdır. Mülki işə əlavə olunmuş Ordubad Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZE 05640012 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1954-cü ildə Naxçıvan Ruxtar Respublikası Ordubad rayonu Vələver kəndində anadan olmuş və Naxçıvan Ruxtar Respublikası Ordubad rayonu Vələver kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Ordubad Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Ordubad rayonu Vələver kəndində anadan olmuş və Ordubad rayonu Vələver kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Ordubad rayonunun Vələver kənd Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X5 xx.xx.2016-cı ildə Vələver kəndində vəfat etmiş, xx.xx.2016-cı ildə Vələver kənd qəbristanlığında dəfn olunmuşdur. Mülki işə əlavə edilmiş iki ədəd qəbirüstü baş daşının fotoşəklində X5 5.07.1954- 08.09. 2016-cı illər yazılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə zamanı müəyyən olundu ki, həqiqətən də mərhum X5 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, lakin həmin vaxt səhlənkarlıq üzündən ölüm haqqında şəhadətnamə alınması üçün müraciət olunmamışdır. Həmçinin Ordubad Rayon Qeydiyyat Şöbəsinin arxivində mərhumun ölümünün qeyd edilməsi barədə heç bir sənəd tapılmamışdır. Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olmuş və bunun üçün ərizəçiyə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (Hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə aparılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X2 xx.xx.2016-cı ildə Ordubad rayonunun Vələver kəndində vəfat etməsi faktı müəyyən edilməli və bu barədə Ordubad Rayon Qeydiyyat şöbəsində müvafiq qeydiyyat aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdim: Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə Ordubad rayonunun Vələver kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X4 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-259/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-259/2023
04.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver