Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-268/2024 01.11.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, həyat yoldaşı X4 30 dekabr 1979-cu il tarixdə Ordubad şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, xx xxxxxxx 1953-cü il tarixdə anadan olmuşdur. Həyat yoldaşı X7 30 dekabr 1979-cu il tarixdə Ordubad şəhərində ölmüşdür. Mərhum həyat yoldaşı X4 yas mərasimi kənddə saxlanılmışdı. Mərhum Ordubad şəhər qəbiristanlığında dəfn olunmuşur. Mərhum həyat yoldaşı X4 vəfatından sonra onun ölüm haqqında şəhadətnamə almamışıq. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Naxçıvan Muxtar Respublika Ordubad Rayon Mərkəzi X8 şəxsə ünvanladığı sorğuya cavab verilərək X4 ölümü haqqında tibbi şəhadətnamə sənədini təqdim edə bilmədiklərini bildirmişlər. X2 ölüm haqqında şəhadətnamənin verilməsi barədə Ordubad Rayon Qeydiyyat Şöbəsinə ünvanladığı ərizəyə cavab verilərək ölüm faktlarının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. X1 vəfat etməsini və Ordubad şəhər qəbiristanlığında dəfn olunmasını, qonşularımız və digər şəhər sakinləri şahid qismində təsdiq edə bilərlər. O, mərhum həyat yoldaşı X4 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir, bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ölüm faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Maraqlı şəxs Ordubad rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin ərizəsini nəzərə alıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan- 805967 nömrəli doğum akt qeydindən çıxarışdan müəyyən olunur ki, 15 yanvar 1953-ci il tarixdə doğulmuş X4 atası X9, anası Tənarə Məhərrəm qızıdır. 266004 nömrəli nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, X7 və Ərizəçi arasında nikah 16 may 1974-cü il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. Ordubad rayon Mərkəzi Xəstəxanasından verilmiş 392 nömrəli, 08 avqust 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Ordubad şəhər sakini 15 yanvar 1953-cü il təvəllüdlü X4 1979-cu ildə vəfatını təsdiq edən heç bir sənəd yoxdur və məhrumun ölüm haqqında tibbi şəhadətnaməsi xəstəxanda yazılmamışdır. Ordubad rayon qeydiyyat şöbəsinin 3-16-5/8-11-160/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli məktubunda Ərizəçi ərizəsinə cavab olaraq qeyd edilmişdir ki, “vətəndaşın ölümünün qeydiyyatını aparmaq üçün tibb müəssisəsindən tibbi şəhadətnamə və ya ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi təqdim edilməlidr. Siz göstərilən sənədlərdən hər hansı birini Ordubad rayon Qeydiyyat şöbəsinə təqdim etmədiyinizdən, əriniz X4 1979-cu il də ölməsinə dair ölüm haqqında şəhadətnamə verilə bilməz” İş materiallarına əlavə edilmiş bir ədəd fotoşəkildə olan qəbir daşı üzərində “X7, xx.xx.1953-xx.xx.1979” qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilməli olan müvafiq sənəd yoxdur, ümumiyyətlə ölüm haqqında həkim şəhadətnaməsinin alınması üçün müraciət edilməmiş, ölümün qeydə alınmasından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarına əlavə edilmiş sübutlarla X4 30 dekabr 1979-cu il tarixdə Ordubad şəhərində ölməsi, Ordubad şəhər qəbristanlığında dəfn edilməsi təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Mülki iş materiallarına əlavə edilmiş Ordubad rayon Bələdiyyəsi tərəfindən verilmiş 35 nömrəli, 08 avqust 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, həqiqətən mərhum X7 1979-ci ildə vəfat etmiş, Ordubad şəhər qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə görə Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307-ci maddəsinin göstərişinə əsasən hesab edir ki, X4 Ordubad şəhərində 30 dekabr 1979-cu il il tarixində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-cü maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1953-cü il tarixdə Ordubad şəhərində doğulmuş X4, xx.xx.1979-cu il tarixdə Ordubad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X6 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan apellyasiya şikayət verilmədiyi halda, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-268/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-268/2024
01.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver