Məhkəmə qərarları › İş №2(080)-319/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-319/2024

27.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-319/2024 27.11.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi, maraqlı şəxs X8 qarşı, barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi barədə ərizəsinə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, MŞM/24-Z-00905 nömrəsi ilə qeydiyyatdan keçmiş mediatorun iştirakı ilə Maraqlı şəxs ilə arasında bağlanmış 01 avqust 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi izahatında bildirmişdir ki, X11 ilə 25 fevral 2015-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahdan 05 dekabr 2018-cı ildə X9-və 06 oktyabr 2023-cü ildə X12 doğulduğunu, cavabdehlə aralarında bağlanmış nikah MŞM/24-Z-00905 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X10 iştirakı ilə Maraqlı şəxs ilə 01 avqust 2024cü il tarixdə barışıq sazişi imzaladıqlarını, Barışıq sazişinin şərtlərinə əsasən tərəflər arasında münasibətlərin korlandığını, tez-tez ailədə mübahisələrin olduğunu, aralarındakı nikahın formal xarakter daşıdığını və faktiki olaraq iki aya yaxdın ayrı yaşadıqlarını nəzərə alaraq tərəflər arasında bağlanılmış 25 fevral 2015-ci il tarixdə, 02 nömrəli nikah akt qeydinin ləğv olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi üçün öhdəlik götürərək razılaşdıqlarını, hal-hazırda nikahın pozulması və uşaqların ananın yanında saxlanılması ilə bağlı qaldırılan iddia Babək rayon Məhkəməsinin icraatında olduğunu, 05 dekabr 2018-cı il təvəllüdlü X3 və 06 oktyabr 2023-cü il təvəllüdlü X1 üçün ataları Maraqlı şəxs hər ayın 25-30 arısı hər uşağa 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli ) manat pulun 25 avqust 2024-cü il tarixdən başlayaraq Ərizəçi məxsus bank hesabına ödəyəcəyini öhdəsinə götürməklə Maraqlı şəxs ilə razılığa gəldiklərini, X11 uşaqların saxlanılması üçün alimentin ödənilməsi ilə bağlı aralarında 01 avqust 2024-cü il tarixdə barışıq sazişi bağlanmış, X11 25 avqust 2024-cü il tarixdən başlayaraq 05 dekabr 2018-cı il təvəllüdlü X3 və 06 oktyabr 2023-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli ) manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüş, X11 ilə aralarında barışıq sazişi bağlansa da o, üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, müxtəlif vaxtlarda alimenti ödəsə də, hazırda aliment ödəməkdən imtina edir. Barışıq sazişinin təsdiq edilməsini, uşaqların saxlanılması üçün hər ay 350 manat məbləğində alimentin X4 alınıb ona verilməsini, aliment ödənilməsinin 25 avqust 2024-cü il tarixdən başlanmasını xahiş edir. İcra sənədinin icrası zamanı ödənilmiş aliment məbləğlərini nəzərə alacaq. Məhkəmə iclasının vaxtı və yeri barədə X8 məlumat verilmiş, lakin o, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən ərizəyə X7 iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, onlara məcmu halda hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Ərizəçi və X11 arasında bağlanmış 01 avqust 2024cü il tarixli, MŞN/24-Z-00905 nömrəli barışıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün alimentin ödənilməsi barədə razılığa gəlmişlər. X11 hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli ) manat sabit pul məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür. X2 barışıq sazişi imzalandıqdan sonra sazişin şərtlərini tam icra etməmiş, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin- 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəyə baxılan zaman Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş alimenti tam ödəməmişdir. Baxmayaraq ki, tərəflər arasında bağlanmış 01 avqust 2024-cü il tarixli, MŞN/24-Z-00905 barışıq sazişində X11 hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli ) manat sabit pul məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür. Odur ki, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizəçi və X11 arasında bağlanmış 01 avqust 2024-cü il tarixli, MŞM/24-Z-00905 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. X11, Ərizəçi ilə birgə nikahlarından doğulmuş 05 dekabr 2018-cı il təvəllüdlü X3 və 06 oktyabr 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşların çatanadək saxlanılmaları üçün Ərizəçi hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli ) manat məbləğində aliment ödəyəcəyin öhdəsinə götürür. Tərəflər alimentin 25 avqust 2024-cü il tarixdən Ərizəçi təqdim edəcəyi kart hesabı vasitəsilə ödənilməsi barədə razılığa gəlirlər. X4 05 dekabr 2018-cı il təvəllüdlü X3 və 06 oktyabr 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşların çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli ) manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilsin. Alimentin tutulması 25 avqust 2024-cü il tarixdən hesablansın, ödənilmiş aliment məbləği nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar