Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-321/2024 28.11.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X6 iclas katibliyi, ilə Ərizəçi, Maraqlı şəxs qarşı, barışıq sazişinin məcburi icrası-ödənilməmiş aliment məbləğinin tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə ərizəsinə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, Maraqlı şəxs ilə X2 aralarında bağlanmış 23 may 2022-ci il tarixli “barışıq sazişi” nin təsdiq edilməsi, habelə bəhs edilən sazişdə müəyyən olunmuş və həmin tarixdən etibarən cavabdeh Maraqlı şəxs tərəfindən müxtəlif vaxtlarda natamam ödənilmiş 1700 manatlıq məbləğ nəzərə alınmaqla, 2022-ci ilin iyun ayından bəri, yəni 26 aydır ki, ödənilməyən 7800 manat məbləğində aliment borcunun cavabdeh Maraqlı şəxs tərəfindən tam şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 9 yanvar 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 dünyaya gəlmiş, Cavabdehlə münasibətləri əvvəllər qaydasında olsa da, sonradan aralarında müəyyən səbəblərdən mübahisələr yaranmış, nəticədə ailə münasibətləri pozulduğundan nikahın pozulması tələbi barədə məhkəməyə müraciət edilmiş, məhkəmədən əvvəlki dövrdə X2 aramızda 23 may 2022-ci il tarixli “barışıq sazişi’’ imzalanmış, Bəhs edilən sazişdə nikahın pozulması mübahisəsi üzrə razılığa gəlməsələrdə, uşaqlara aliment verilməsi üzrə ortaq məxrəcə gəlmişlər. Belə ki aralarında barışıq sazişinin 2.1-ci bəndində birbaşa qeyd olunmuşdur ki; “Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşlarına çatana kimi X12ma hər ay “300”(üç yüz) AZN məbləğində aliment ödəyəcəyin öhdəsinə götürür. .Tərəflər aliment ödənişinin iyun ayından ödənilməsi razılığına gəlirlər.” Daha sonra Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(080)- 92/2024 nömrəli qətnaməsi əsasında Maraqlı şəxs ilə aramızda Ordubad Rayon Qeydiyyat Şöbəsində 9 yanvar 2013-cü il tarixdə bağlanılmış nikah pozulmuş, X2 aramızda 23 may 2022-ci il tarixli “barışıq sazişi” imzalandığından birgə nikahımızdan doğulmuş uşaqlara aliment ödənilməsi ilə bağlı məsələyə təkrar toxunulmamışdır. Cavabdeh ilə aralarında barışıq sazişi bağlandığı tarixdən etibarən aliment tam şəkildə ödənilməmişdir. Maraqlı şəxs yalnız Mediasiya razılığından sonra uşaqların ad günlərində iki dəfə hərəsinə 100 manat və əlavə 50 manat olmaqla, cəmi 450 manat; uşaqların məktəb ləvazimatlarının alınması üçün 200 manat; cavabdehin qohumları vasitəsilə 300 manat; daha sonra əlavə 200 manat; habelə rəsmi nikaha xitam verildikdən sonra avqust ayında 300 manat, sentyabr ayında da 250 manat, yəni ümumilikdə 1700 manat göndərmişdir. Bununla da cavabdeh Maraqlı şəxs həm müqavilə şərtlərini kobud şəkildə və üzrsüz səbəbdən pozmuş, həm də ata kimi öz valideynlik vəzifələrini tam şəkildə yerinə yetirməmişdir. Hazırda ərizəçinin maddi vəziyyəti uşaqlarımı saxlamağa kifayət etmir. Belə ki yaşamağa şəxsi evi olmadığından övladları ilə birlikdə atası evində yaşayır və hazırda heç bir yerdə işləmir. Odur ki, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 696701 və 304125 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, 13 avqust 2015-ci ildə X10 və 10 may 2013-cü ildə X9 doğulmuş, atası Maraqlı şəxs, anası X7r Belə ki, iş materiallarında olan X11 və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022ci il tarixli M-00129 nömrəli barışıq sazişindən görünür ki: "Tərələr” fərdi və birgə sessiyalardan ibarət tam mediasiya prosesində qarşılıqlı - anlaşma nümayiş etdirərək müzakirə olunan məsələlər üzrə aşağıdakı razılığa gəlirlər: -nikahın pozulması mübahisəsi üzrə tərəflər arasında barışıq əldə olunmur və onlar mübahisənin məhkəmə vasitəsilə həll olunması razılığına gəlirlər. - uşaqlara aliment verilməsi üzrə tərəflər aşağıdakı razılığa gəlirlər: - Maraqlı şəxs həyat yoldaşı X11 ilə birgə nikahdan 10 may 2013-cü ildə doğulmuş X4 və 13 avqust 2015-ci ildə doğulmuş X1 üçün uşaqlar yetkinlik yaşına çatana kimi X12ma hər ay “300” ( üç yüz) AZN məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür; tərəflər aliment ödənişinin Ləman Hüseynovanın təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi razılığına gəlirlər. Lakin Maraqlı şəxs barışıq sazişi imzalandıqdan sonra sazişin şərtlərini tam icra etməmiş, ərizəçi X11 barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin- 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəyə baxılan zaman Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş alimenti tam ödəməmişdir. Baxmayaraq ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli M-00129 nömrəli barışıq sazişindən görünür ki: uşaqlara aliment verilməsi üzrə tərəflər aşağıdakı razılığa gəlirlər: - Maraqlı şəxs həyat yoldaşı X11 ilə birgə nikahdan 10 may 2013-cü ildə doğulmuş X4 və 13 avqust 2015-ci ildə doğulmuş X1 üçün uşaqlar yetkinlik yaşına çatana kimi X12ma hər ay 300 (üç yüz) AZN məbləğində aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Odur ki, X11 “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi X11 və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli M-00129 barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Maraqlı şəxs, X11 ilə birgə nikahdan 10 may 2013-cü ildə doğulmuş X4 və 13 avqust 2015-ci ildə doğulmuş X1 üçün uşaqlar yetkinlik yaşına çatana kimi X12ma hər ay “300” ( üç yüz) manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür. Tərəflər alimentin 23 may 2022-ci il tarixdən X5 təqdim edəcəyi kart hesabı vasitəsilə ödənilməsi barədə razılığa gəlirlər. Maraqlı şəxs 10 may 2013-cü ildə doğulmuş X4 və 13 avqust 2015-ci ildə doğulmuş X1 üçün uşaqlar yetkinlik yaşına çatana kimi X12ma hər ay cəmi olaraq “300” ( üç yüz) manat sabit pul məbləğində aliment alınıb X8 verilsin. Alimentin tutulması 23 may 2022-ci il tarixdən hesablansın, ödənilmiş aliment məbləği nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-321/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-321/2024
28.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver