Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-323/2024 28.11.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı, barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi barədə ərizəsinə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə Maraqlı şəxs ilə 14 oktyabr 2024-ci il tarixdə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi izahatında bildirmişdir ki, Bildirirəm ki, 18 dekabr 2008-ci il tarixdə rəsmi olaraq nikah qeydiyyatından keçməklə Maraqlı şəxs ilə ailə həyatı qurmuşam və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 32 nömrə ilə qeydiyyat aparılmışdır. Birgə nikahda yaşadığımız dövrdə 3 övladımız 10 aprel 2011 -cu il tarixdə X11 15 avqust 2012-ci il tarixdə X10 06 iyun 2014 il tarixdə X12 doğumuşdur 14 oktyabr 2024-cü il tarixdə M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı barışıq sazişi imzaladıq Qarşı tərəf Maraqlı şəxs uşaqların saxlanılması üçün aliment ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxs birinci ay alimenti ödəsə də, sonra alimentin ödənilməsindən boyun qaçırmışdır. Mənə deyir ki, artıq aliment ödəməyəcəm, hara şikayət edirsən elə. Mən də məcbur qalıb məhkəməyə müraciət etməli oluram. Bu səbəbdən, M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə Maraqlı şəxs ilə 14 oktyabr 2024-ci il tarixdə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs bildirmişdir ki Ərizəçi Xeyrulla qızı ilə övladlarının saxlanılması üçün M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə Ərizəçi Xeyrulla qızı ilə 14 oktyabr 2024-ci il tarixdə aralarında bağlanmış barışıq sazişi bağlanmış barışığ sazişinin şərtlərinə uyğun olaraq aliment oktyabr ayı üçün nəzərdə tutulmuş hissəsini ödəmiş qalan hissəsini isə imkanı olmadığı üçün ödəyə bilməmişdir. Məhkəmə ərizəçinin və Maraqlı şəxs izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, onlara məcmu halda hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Ərizəçi Xeyrulla qızı və Maraqlı şəxs arasında bağlanmış 14 oktyabr 2024-cü il tarixli, MŞN/24-Q-01324 nömrəli barışıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs hər ay 10 aprel 2011 -cu il tarixdə X11 15 avqust 2012-ci il tarixdə X10 06 iyun 2014 il tarixdə X7 yetkinlik yaşına çatana kimi hər uşağa 150 (yüz manat ) manat olmaqla cəmi 450 (dörd yüz əlli ) manat sabit pul məbləğində alimentin sabit olaraq Ərizəçi ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişi imzalandıqdan sonra sazişin şərtlərini tam icra etməmiş, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin- 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəyə baxılan zaman Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş alimenti tam ödəməmişdir. Baxmayaraq ki, tərəflər arasında bağlanmış 14 oktyabr 2024-cü il tarixli, MŞN/24-Q-01324 nömrəli barışıq sazişində Maraqlı şəxs hər ay hər uşağa 150 (yüz manat ) manat olmaqla cəmi 450 (dörd yüz əlli ) manat sabit pul məbləğində alimentin sabit olaraq Ərizəçi ödənilməsini öhdəsinə götürmüşdür. Odur ki, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 14 oktyabr 2024-cü il tarixli, MŞN/24- Q-01324 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Tərəflər birgə nikahdan 10 aprel 2011-cu il tarixdə X11, 15 avqust 2012-ci il tarixdə X10 və 06 iyun 2014 il tarixdə X12 adlı övladlarının doğulduğunu bildirdilər. Ailədə yaranmış münaqişəyə görə haliyədə Ərizəçi Xeyrulla qızı atasının yanında yaşadığını və övladlarının onunla birlikdə yaşadığını bildirir və buna görə də uşaqların saxlanılması üçün qarşı tərəfin ona hər ay uşaqlar yetkinlik yaşına çatana kimi stabil olaraq hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat məbləğində aliment ödəməsini xahiş edir. Qarşı tərəf Maraqlı şəxs uşaqların saxlanılması üçün aliment ödənilməsinə etiraz etmədiyini bildirdi. .Maraqlı şəxs birgə nikahdan 10 aprel 2011-cu il tarixdə doğulmuş X8, 15 avqust 2012-ci il tarixdə doğulmuş X6 və 06 iyun 2014 il tarixdə doğulmuş X1 üçün hər ay uşaqlar yetkinlik yaşına çatana kjmi X2 olaraq hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 ( dörd yüz əlli) manat məbləğində aliment ödənilməsini öhdəsinə götürür. Alimentin Ərizəçi təqdim edəcəyi bankomat kart hesabına hər 01-dən 10-na kimi köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlirlər. Maraqlı şəxs ilkin aliment ödənişinin 2024-cü ilin oktyabr ayının 01-dən ödənilənilməsini öhdəsinə götürür. Alimentin tutulması 01 oktyabr 2024-cü il tarixdən hesablansın, ödənilmiş aliment məbləği nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-323/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-323/2024
28.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver