Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-47/2024 09.02.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1976-cı il tarixdə Ordubad rayon Vələver kəndində doğulmuş X3 xx.xx.2020-ci il tarixdə Ordubad rayon Vələver kəndində ölməsi faktı müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Ərizədə Bakı şəhəri Ordubad rayon Qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi Məhkəmədə ərizəni müdafiə edərək ərizəsinin məzmununa uyğun izahatında bildirmişdir ki, mərhum həyat yoldaşı X1 Rayonu Vələver kəndində yaşamış və 04 iyun 2020-ci ildə Vələver kənddə vəfat edərək Ordubad Rayonu Vələver kənd qəbiristanlığında dəfn olunmuşdur. Mərhum həyat yoldaşı X3 yas mərasimi kənddə saxlanılmışdı. Mərhum Ordubad Rayonu Vələver kəndində qəbiristanlığında dəfn olunmu, onun vəfatından sonra onun ölüm haqqında şəhadətnamə almamışdır. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Naxçıvan Muxtar Respublika Ordubad Rayon Mərkəzi X10 şəxsə ünvanladığı sorğuya cavab verilərək X3 ölümü haqqında tibbi şəhadətnamə sənədini təqdim edə bilmədiklərini, Ordubad Rayon Qeydiyyat Şöbəsinə ünvanladığı ərizəsinə isə cavab verilərək ölüm faktlarının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Mərhum həyat yoldaşı X3 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir, ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.1976-cı il tarixdə Ordubad Rayonu Vələver kəndində doğulmuş, mərhum həyat yoldaşı X3 04 iyun 2020-ci ildə Ordubad Rayonu Vələver kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə maraqlı şəxs Ordubad rayon Qeydiyyat Şöbəsinə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərmişdir. Lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Ordubad rayon Qeydiyyat Şöbəsi xx.xx.2023-cü il tarixli 292 nömrəli məktubu ilə X3 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi X5 tövsiyyə etmişdir. Mülki işə əlavə olunmuş Ordubad Rayon mərkəzi xəstəxanası PHŞ-in arayışından görünür ki, xəstəananın arxivindən X3 ölümləsini təsdiq edən heç bir sənəd tapılmamışdır. Mülki işə əlavə olunmuş Ordubad Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE 17755190 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə Azərbaycanda anadan olmuşdur. Mülki işə əlavə olunmuş Ordubad rayonunun Vələver kənd Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X7 xx.xx.2020-ci ildə Vələver kəndində vəfat etmiş, Vələver kənd qəbristanlığında dəfn olunmuşdur. Mülki işə əlavə edilmiş iki ədəd qəbirüstü baş daşının fotoşəklində X7 xx.xx.1954- 2020-ci illər yazılmışdır. 266918 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və X7 arasında nikah 07 aprel 1994-cü il tarixdə Ordubad rayon Vənənd İcra nümayəndəsində bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1976-cı il tarixdə Ordubad rayon Vələver kəndində doğulmuş X2 Mərdan Təmi oğlunun həyat yoldaşıdır. X7 xx.xx.2020-ci il tarixdə Ordubad rayon Vələver kəndində vəfat etmişdir və Ordubad rayon Vələver kəndind qəbristanlığında dəfn edilmişdir. Ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdim: Ərizə təmin edilsin. xx.xx.1976-cı il tarixdə Ordubad rayon Vələver kəndində doğulmuş X3 xx.xx.2020ci il tarixdə Ordubad rayon Vələver kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X6 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan apellyasiya şikayət verilmədiyi halda, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-47/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-47/2024
09.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver