Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-56/2022 16.03.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, Aqil Akif oğlu Əsədovun məhkəmə iclas katibliyi, Ərizəçi oğlunun, Ordubad rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X2, şahidlər Şahid1 və Şahid2 oğlunun iştirakı ilə, Ərizəçi oğlunun hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi oğlunun ərizə ilə məhkəməyə müraciət etmiş, qardaşı X14 oğlunun 17 avqust 1996-cu il tarixdə Ordubad şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi oğlu ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, qardaşı X8 20 sentyabr 1949-cu ildə Ordubad şəhərində doğulub, 17 avqust 1996-cı ildə vəfat edib və Ordubad şəhər qəbirstanlığında dəfn olunub. El adəti ilə yas mərasimini təşkil edib mərhumu dəfn edərək digər yas mərasimi adətlərini yerinə yetirmişlər. Yas mərasimində o və bütün yaxınları həmçinin şəhər əhli də iştirak etmişdir. Mərhum qardaşı X4 ölümü ilə bağlı həkim sənədi vaxtında alınmayıb və ölümün qeydə alınması barədə Qeydiyyat şöbəsinə təqdim edilməyib. Atasının mülkiyyətində həyətyanı sahə və ev olduğundan və qardaşının ölümü barədə şəhadətnamə olmadığından vərəsəliyin açılması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi onlara vərəsəliyin açılması üçün ölüm haqqında şəhadətnamənin olması zəruridir. Buna görə də ölümün qeydə alınması və şəhadətnamənin verilməsi üçün Ordubad rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişlər, X4 ölümü barədə akt qeydiyyatı tapılmamışdır. Bu səbəbdən də məhkəməyə ərizə ilə müraciət edir. X1 ölməsi barədə hüququ faktın təsdiq edilməsində Şahid1 və Şahid2 bu məsələ üzrə şahid qismində dindirilməsini xahiş etmişdir. Ərizəçi oğlu mərhum qardaşı X4 17 avqust 1996-cu il tarixdə Ordubad şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Ordubad rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Ərizəçi oğlu mərhum qardaşı , 20 sentyabr 1949-cu ildə doğulmuş X4 17 avqust 1996-cu il tarixdə Ordubad şəhərində ölməsi faktının qeydiyyata alınması və ölüm haqqında şəhadətnamə verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmişdir. X4 17 avqust 1996-cu il tarixdə ölməsi ölüm akt qeydləri kitabında qeydə alınmamışdır. Həmçinin mərhum A.İbrahimovun ölümünü təsdiq edən tibbi şəhadətnamə və ya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından, onun 17 avqust 1996-cu il tarixdə Ordubad şəhərində ölməsinin qeydiyyata alınmasından, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, ərizəçiyə ölüm akt qeydinin tapılmaması barədə arayış təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan- Ordubad Rayon Polis Şöbəsi tərəfindən 15.04.2015-cü il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi oğlu xx.xx.1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuş və Naxçıvan Muxtar Respublikası ünvan 1 ünvanında qeydiyyatdadır. 03.07.1991-ci il tarixdə verilmiş XXX-J 670923 saylı pasportun surətindən görünür ki, X8 20.09.1949-cu ildə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olmuşdur. 26.01.2022-ci il tarixli, №03 saylı Ordubad şəhər Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 1996-cu ildə vəfat etmiş və Ordubad şəhər qəbiristanlığında dəfn edilmişdir. 25.01.2022-ci il tarixli, 364040 nömrəli Ordubad Rayon Qeydiyyat Şöbəsinin çıxarışından müəyyən olunur ki, X8 20 sentyabr 1949-cu ildə anadan olmuş atası X11 oğlu, anası X15 qızıdır. Ordubad rayon Mərkəzi Xəstəxanasından verilmiş 73 nömrəli, 26 yanvar 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, Ordubad rayon Mərkəzi Xəstəxanasında 17 avqust 1996-cu ildə X4 Ordubad rayon X10 Hüquqi şəxsində ölümünü təstiq edən heç bir sənəd yoxdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilməli olan müvafiq sənəd yoxdur, ümumiyyətlə ölüm haqqında həkim şəhadətnaməsinin alınması üçün müraciət edilməmiş, ölümün qeydə alınmasından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarına əlavə edilmiş sübutlarla X4 17 avqust 1996-cı il tarixdə Ordubad şəhərində ölməsi və Ordubad şəhər qəbirstanlığında dəfn edilməsi təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində X4 17.08.1996-cu ildə Ordubad şəhərində ölməsini, Ordubad şəhər qəbirstanlığında dəfn edilməsini təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə görə Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307-ci maddəsinin göstərişinə əsasən hesab edir ki, X4 17.08.1996-cu ildə Ordubad şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-cü maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 sentyabr 1949-cu ildə doğulmuş X4 17 avqust 1996-cu il tarixdə Ordubad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X7 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan apellyasiya şikayət verilmədiyi halda, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-56/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-56/2022
16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver