Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-64/2022 21.02.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu İddiaçı cavabdeh X2 qarşı əmlak tələbinə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib. müəyyən etdim: İddiaçı cavabdeh X2 qarşı əmlak tələbinə üzrə babası olan X4 adına olan mənzilin X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum babası X4 hədiyyə olaraq ona verilmiş mənzilin əsassız olaraq X3 tərəfindən mənimsənilmişdir. Bu səbəbdən də əmlakını istəyir. Məhkəmə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən müəyyən edilmişdir ki, iddiaçının ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150,152-ci maddələrinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- cu maddəsinin tələbinə əsasən iddia ərizəsində öz ünvanını, cavabdehin ünvanını göstərməmiş və əlavə olaraq iddia ərizəsinin forma və məzmununa, riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1 ci maddəsinin tələbinə əsasən tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda həmin tələbə riayət edilməsinə dair məlumatı iddia ərizəsinə əlavə etməlidirlər. İddia ərizəsində mediasiya prosesinə dair sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı X2 qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. 14 fevral 2022-ci il tarixdə İddiaçı tərəfindən X6 filialına 21935 nömrəli qəbzlə (Ordubad Maliyyə şöbəsi hesabına) 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı oğluna qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə Ordubad Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədr: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-64/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-64/2022
21.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver