Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-85/2022 06.07.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X16 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahibdən qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Məlum edirəm ki,babam X3r.Qonşu ərazi olan ev və torpaq sahəsi mərhum babasına məxsus olmuşdur. Bunu fars dilində yazılan sənəd bir daha təsdiq edir.Həmin sənəddə qeyd olunur: Babam 1868-ci il tarixdə anadan olmuş və 1934-cü ildə vəfat etmişdir.Babamın evi və torpaq sahəsi qonşu X10 tərəfindən zəbt edilmişdir. Qeyd olunanlara əsasən mərhum babası X2 mülkiyyətində olan, bizə miras qalmış,ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin cavabdeh X5 alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edən mülki işə İddiaçı və Cavabdehnın iştirakı ilə baxmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ifadəsində bildirmişdir babası X1 ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin cavabdeh X6 alınıb ona verilməlidir.Həmin əmlakı babası X4 atasına verib, atası isə ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin ona verdiyini ifadəsində bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh Abəsət oğlu, ifadəsində bildirmişdir ki, iddiaçı tərəfindən qaldırılmış iddianı rədd edir.iddiaçı tərəfindən tələb edilən ünvan 1 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsi onun mülkiyyətində və sahibliyinə deyil. İddiaçı tərəfindən tələb edilən əmlak babası olan X7 adına qeydiyyata alınmışdır. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya)öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə görə sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə görə Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunur Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə tərəflərin ifadələrinin qiymətləndirilməsi əsasında və sübutların araşdırılması nəticəsində belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki İddiaçı babası X2 mülkiyyətində olan, ona miras qamış ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X15 üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsinin arayışında Cavabdeh mülkiyyətində hər hansı fərdi yaşayış evi daşınmaz əmlakın qeydiyyata alınmadığını bildirmişdir. Məhkəm araşdırması zamanı və sübutların qiymətləndirilməsi üzrə məhkəmə müəyyən etmişdir ki, Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında adına heç bir fərdi yaşayış evi daşınmaz əmlak dövlət reyesterində qeydiyyata alınmamışdır. Məhkəmə belə qənatə gəlir ki, iddiaçının iddia tələbinin yönəldiyi Cavabdeh mülki iş üzrə cavabdeh deyildir. Belə ki ünvan 1 ünvanında Cavabdeh mülkiyyətində əmlak yoxdur. X22 Respublikası Daşınmaz Əmlak və X15 üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsinin 06 iyul 2022-ci il tarixli arayışı təsdiq edir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsinin 06.07. 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh mülkiyyətində hər hansı daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmamışdır. 23 fevral 2022-ci il tarixli 181 saylı arayışdan görünür ki, Cavabdeh Ordubad şəhəri, N. Babayev 26/33 ünvanında qeydiyyatdadır. 23 fevral 2022-ci il tarixli 180 saylı arayışdan görünür ki, İddiaçı Ordubad şəhəri, R. Məmmədov 3/5 ünvanında qeydiyyatdadır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu o deməkdir ki iddiaçı onun xeyrinə olan lakin cavabdehin qəbul etmədiyi halları sübut etməlidir. İddiaçı Cavabdeh tələb etdiyi ünvan 1 ünvanında Cavabdeh mülkiyyətində və sahibliyində əmlak olmadığı təsdiqini tapır. Məhkəmə araşdırılan sübutlara istinadən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin cavabdeh X5 alınıb ona qaytarılması barədə iddiası rədd edilməlidir. İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin Cavabdeh alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsümu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X8 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-85/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-85/2022
06.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver