Məhkəmə qərarları › İş №2(088)-127/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-127/2025

24.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-127/2025 24.09.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi, övladı 05 may 1988-ci il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi - Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək övladı 05 may 1988-ci il təvəllüdlü X1 27 avqust 1998-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında həyat yoldaşı X2 ilə birgə nikahlarından xx.xx.1988-ci il tarixində X3 dünyaya gəldiyini, lakin doğulduqdan 10 il sonra 27 avqust 1998-ci il tarixdə avtomobil qəzasında vəfat etdiyini, Dəmirçi kənd qəbiristanlığında dəfn edildiyini, övladının vəfatı ilə bağlı həmin illərdə ailəsi olaraq onlara çox təsir etdiyini, həmin dövr onun ölümü ilə bağlı heç bir sənədləşmə işi aparılmadığını, öz savadsızlıqları və məsuliyyətsizliyindən həmin dövrdə ailələrində olan problemlər ucbatından övladı vəfat etdikdən sonra ölüm haqqında tibbi arayış və ya ölüm haqqında şəhadətnamə almadıqlarını, savadsız olduqlarına görə də, heç vaxt maraqlanmadıqlarını, bu barədə heç nə fikirləşmədiklərini, ona görə də 05 may 1988-ci il təvəllüdlü X3 halhazırda sağ kimi qeydiyyatda durduğunu, onun ölümü ilə bağlı qeydiyyat şöbəsində heç bir məlumat tapılmadığını, həmin ölümü qeydiyyat şöbələrində təsdiq etmək üçün ölüm haqqında tibbi şəhadətnamə alınması tələb olunsa da, həmin vaxtı ölüm haqqında tibbi şəhadətnaməni almadıqlarını, ona görə də, ölüm haqqında şəhadətnamə alınmasının qeydiyyat şöbəsində mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətinin yarandığını, o və yoldaşının heç bir yerdə işləmədiyini, maddi imkanlarının aşağı olduğunu, övladlarının da onları saxlaması üçün maddi imkanlarının olmadığını, əlavə olaraq, maddi baxımdan əziyyət çəkdikləri üçün 5 uşaqlı ana kimi vaxtından əvvəl pensiya almaq üçün ƏSMM-nə müraciət etdiyini, lakin övladının sistemdə sağ görünməsinə və faktiki olaraq vəfat etməsinə görə, bu hüququndan ƏSMM tərəfindən imtina verildiyini, ona görədə övladı 05 may 1988-ci il təvəllüdlü X1 ölümünün müəyyən edilməsi zərurəti yarandığını, bununla bağlı Sədərək Rayon Qeydiyyat şöbəsinə müraciət etdiyini, lakin ölüm haqqında heç bir məlumat və ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə Qeydiyyat şöbəsi tərəfindən imtina verildiyini, bununla bağlı məhkəməyə müraciət etməli olduğunun bildirildiyini, ölüm haqqında tibbi şəhadətnamə və ya hər hansısa bir sənəd tapmaq üçün Sədərək rayonunda və Şərur rayonunda bütün arxivlərə onunla əlaqəli dövlət qurumlarına şifahi müraciət etsə də, rəsmi heç bir məlumat tapa bilmədiyini, həmçinin övladının avtonəqliyyat hadisəsi nəticəsində ölümü ilə bağlı sənədlər üçün Şərur Rayon Polis İdarəsinə müarciət etsə də, heç bir sənəd tapa bilmədiyini, övladının ölməsi və harada dəfn edilməsi ilə bağlı qeyd Sədərək Rayon Dəmirçi Bələdiyyəsi tərəfindən bununla bağlı qeydiyyat aparılmış və həmin qeydiyat müraciəti əsasında övladının vəfat etməsi və hansı qəbirstanlıqda dəfn edilməsi ilə bağlı arayış aldığını, övladı 05 may 1988ci il təvəllüdlü X1 27 avqust 1998-ci il tarixdə ölümü rayon ərazisində onları tanıyan qohumlar, qonşular hər kəsin şahid olduğunu, oğlunun ölümünə səbəb olan avtonəqliyyat hadisəsini törədən şəxsin haliyədə Sədərək Rayon Dəmirçi kəndində yaşadığını bildirərək 05 may 1988-ci il təvəllüdlü X1 27 avqust 1998-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş üzrə maraqlı şəxs Sədərək rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmənin yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırsada, maraqlı şəxs məhkəmə iclaslarına gəlməmişdir. Lakin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində məhkəməyə ərizələr ünvanlayaraq təyin edilmiş məhkəmə prossesində iş çoxluğunun nəzərə alınmasını bildirərək iştirakları olmadan baxılmasını qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədə müvafiq hesb etmişdir. Məhkəmə iclasında ərizəçinin şifahı vəsatəti əsasında dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, ömrü boyu oxuduğu illər istisna olmaqla Dəmirçi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşadığını, Ərizəçi ilə uzun illərdi yaxın qonşu olduqlarını, Qətibə xanımın ölən uşağı ilə birlikdə 5 övladının olduğunu, 1998-ci ilin avqust ayında Qətibənin oğlu X1 avtomobil qəzası nəticəsində vəfat etdiyini, Bəhruzun dəfnində və yas mərasimində bir qonşu kimi yaxından iştirak etdiyini, Bəhruzun Dəmirçi kənd qəbirstanlığında dəfn olunduğunu bildirdi. Məhkəmə iclasında ərizəçinin şifahı vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində bildirdi ki, Ərizəçi ilə həmkəndli olduqlarını, uzun illərdi Dəmirçi kəndində yaşadığını, ona görə də Ərizəçi bütün ailə üzvülərini yaxşı tanıdığını, 1998-ci ilin avqust ayında Dəmirçi kəndində avtomobil idarə edərkən traktorun arxasından qaçan bir uşağı avtomobili ilə vurduğunu, uşağın arxa düşdüyünü tez uşağı qucağına alaraq xəstəxanaya apardığını, uşağın həmkəndlisi Novruzun övladı olduğunu öyrəndiyini, onun tərəfindən törədilmiş hadisə nəticəsində 1998-ci ilin avqust ayında baş vermiş avtonəqliyat hadisəsi nəticəsində 05 may 1988-ci il təvəllüdlü X1 vəfat etdiyini, vəfat etdikdən sonra Bəhruzun Dəmirçi kənd qəbirstanlığında dəfn olunduğunu bildirdi. Məhkəmə təqdim edilmiş iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Dəmirçi kəndində qeydə alınan və VVAQ tərəfindən verilmiş 17 iyun 1988-ci il tarixli doğum haqqında şəhadətnamənin notarius təsdiqli sürətindən müəyyən edilir ki, X3 05 may 1988-ci il tarixdə Naxçıvan MR İliç rayon Dəmirçi kəndində anadan olmuşdur və atası X2 anası Ərizəçi göstərilmişdir. İş materiallarında olan Sədərək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/xx-xx-2025 saylı arayışından görünür ki, X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.1988-ci ildən xx.xx.2025-ci ilədk daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölümü haqqında akt qeydi Sədərək Rayon Qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Sədərək rayon Dəmirçi kənd Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 192 nömrəli arayışından da müəyyən olunur ki, Sədərək Rayonu Dəmirçi kənd sakini iş üzrə Ərizəçi övladı X3 xx.xx.1998-ci ildə Dəmirçi kəndində vəfat etmiş və Dəmirçi kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Sədərək Rayon Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-43-74/2-11642/2025 saylı məktubundan müəyyən olunur ki, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olmuş 05 may 1988-ci il təvəllüdlü X3 barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Sədərək Rayon Bölməsində heç bir qeydiyyat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının DİN-nin Naxçıvan Muxtar Respublikası DİN-nin Sədərək Rayon Polis Şöbəsinin 24 sentyabr 2025-ci il tarixli 3-13-43-9/2-4491/2025 nömrəli cavab məktubundan müəyyən edilir ki, Sədərək Rayonu Dəmirçi kəndində qeydiyyatda olmuş 05 may 1988-ci il təvəllüdlü X1 barəsində hər hansı itkin düşmə və axtarışda olması ilə bağlı Sədərək Rayon Polis Şöbəsində heç bir materal olmamışdır. İş materiallarına əlavə edilən Sədərək Rayon İcra Hakimiyyəti Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli arayışından aydın olur ki, Ərizəçi Sədərək royon Dəmirçi kəndində qeydiyyatdadır. İş materallarına əlavə olunmuş Sədərək Rayon İcra Hakimiyyəti Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli 5-26- 3/A-440/2025 saylı ailə tərkibi haqqında arayışından aydın olur ki, Ərizəçi 05 may 1988-ci il tarixli X3 övladı olmuş və vəfat etməsi qeyd edilmişdir. Məhkəmə yuxarıda göstərilən xüsusatlara qiymət verərək bir daha müəyyən edir ki ərizəçinin xahişi təmin olunmalıdır. Ona görə ki, işə əlavə olunmuş sənədlər və şahid ifadələri ərizəçinin izahatını bir daha təsdiq edir. Belə ki, ərizəçinin oğlu- X3 05 may 1988ci il tarixdə doğulmuş, 27 avqust 1998-ci ildə avtomobil qəzası nəticəsində vəfat etmiş, eyni zamanda Bəhruzun ölümünün qeydə alınması ilə bağlı Sədərək rayon Qeydiyyat şöbəsinə müraciət edildyini, lakin qeydiyyat şöbəsindən "ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməli olduğu cavablandırdığını, bundan sonra ərizəçi oğlunun ölüm şəhadətnaməsini almaq üçün müəyyən olunmuş müddəti buraxdığı üçün bir çox idarə və müəssisələrə müraciət etsədə ölüm haqqında şəhadətnamə ala bilmədiyini, ərizəçi 5 uşaqlı ana kimi vaxtından əvvəl pensiya ala bilmədiyini, övladının sistemdə sağ görünməsi səbəbindən bu hüququndan ƏSMM tərəfindən imtina verildiyini nəzərə alınaraq bu səbəbdən 05 may 1988-ci il təvəllüdlü X3 xx.xx.1998-ci il tarixində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin mətnindən görünür ki, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddısinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, işin araşdırılan halları ilə 05 may 1988-ci il təvəllüdlü X1 xx.xx.1998-ci il tarixində Dəmirçi kəndində ölməsi təsdiqini tapdığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası vətəndaşı 05 may 1988-ci il təvəllüdlü X1 xx.xx.1998-ci il tarixində ölməsi faktı müəyyən edilməli və ölümü akt qeydiyyatı kitabında qeydə alınmalıdır. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi xahişi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 305, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi xahişi təmin edilsin. xx.xx.1988-ci ildə Naxçıvan MR İliç rayon Dəmirçi kəndində anadan olmuş X1 xx.xx.1998-ci il tarixdə Şərur rayon Dəmirçi kəndində ölməsi faktı müəyyən edilsin. Ölüm faktının qeydə alınması Sədərək rayon Qeydiyyat şöbəsinə tapşırılsın. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar