Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-136/2025 15.10.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi, Maraqlı şəxs Sədərək Rayon Qeydiyyat Şöbəsinin rəisi X2 iştirakı ilə, Ərizəçi, övladı 10 iyul 1992-ci il təvəllüdlü X3 ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi - Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1992-ci il tarixdə doğulmuş övladı X3 23 sentyabr 2001-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə ərizəçi xahişini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X5 ilə birgə nikahlarından xx.xx.1992-ci il təvəllüdlü X12 dünyaya gəldiyini, lakin doğulduqdan 9 il sonra yəni 23 sentyabr 2001-ci il tarixdə anadangəlmə xəstəlik səbəbindən vəfat etdiyini, Sədərək kənd qəbirstanlığında dəfn edildiyini, övladının vəfatı ilə bağlı həmin illər ailəsi olaraq onlara çox təsir etdiyini, həmin dövr onun ölümü ilə bağlı heç bir sənədləşmə işi aparılmadığını, öz savadsızlıqları, həm də məsuliyyətsizliklərindən həmin dövrdə ailəsində olan problemlər ucbatından övladları sağ ikən doğum haqqında şəhadətnamə alsalar da, övladı vəfat etdikdən sonra ölüm haqqında tibbi arayış və ya ölüm haqqında şəhadətnamə almadıqlarını, ona görə də xx.xx.1992-ci il təvəllüdlü X3 hal-hazırda sağ kimi qeydiyyatda durduğunu və onun ölümü ilə bağlı qeydiyyat şöbəsində heç bir məlumat tapılmadığını, həmin ölümü qeydiyyat şöbələrində təsdiq etmək üçün ölüm haqqında tibbi şəhadətnamə alınması tələb olsa da, həmin vaxtı ölüm haqqında tibbi şəhadətnamənin alınmadığını, ona görə də, ölüm haqqında şəhadətnamə alınması qeydiyyat şöbəsində mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyəti yarandığını, o və yoldaşının heç bir yerdə işləmədiyini, maddi imkanının çox aşağı olduğunu, övladlarının onları saxlaması üçün maddi imkanlarının olmadığını, maddi baxımdan əziyyət çəkdiyi üçün sosial yardım almaq məqsədi ilə ƏSMM-nə müraciət etdiyini, lakin övladının sistemdə sağ görünməsinə və faktiki olaraq vəfat etməsinə görə, bu hüququndan ƏSMM tərəfindən imtina cavabı verildiyini, ona görə də övladı xx.xx.1992-ci il tarixində X3 ölümünün müəyyən edilməsi zərurəti yarandığını, bununla bağlı Sədərək Rayon Qeydiyyat şöbəsinə müraciət etdiyini lakin ölüm haqqında heç bir məlumat və ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə Qeydiyyat şöbəsi imtina cavabı verdiyini və bununla bağlı məhkəməyə müraciət etməli olduğumuzu bildirdiyini, ölüm haqqında tibbi şəhadətnamə və ya hər hansısa bir sənəd tapmaq üçün Sədərək rayonunda bütün arxivlərə onunla əlaqəli dövlət qurumlarına şifahi müraciət etsə də, rəsmi heç bir məlumat tapa bilmədiyini, yalnız övladının ölməsi və harada dəfn edilməsi ilə bağlı qeyd Sədərək Rayon İH-nin Sədərək kənd İcra nümayəndəliyində tərəfindən bununla bağlı qeydiyyat aparılmış və həmin qeydiyat müraciəti əsasında övladının vəfat etməsi və hansı qəbirstanlıqda dəfn edilməsi ilə bağlı arayış aldığını, övladının xx.xx.1992-ci il tarixində X3 doğumu və 23 sentyabr 2001-ci il tarixdə ölümü rayon ərazisində onları tanıyan qohumlar, qonşular hər kəsin şahid olduğunu və haliyədə Sədərək Rayonunda faktiki olaraq yaşadıqlarını bildirərək xx.xx.1992-ci il təvəllüdlü X3 23 sentyabr 2001-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş üzrə Ərizəçi məhkəmənin yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırsada, ərizəçi məhkəmə iclaslarına gəlməmişdir. Lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqrama ünvanlamış, ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etdiyini, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında ailə vəziyyəti ilə bağlı Bakı şəhərində yaşadığı üçün iştirak edə bilməyəcəyini, iş üzrə əlində olan bütün sübutları təqdim edərək həmin halları ərizədə göstərdiyini, heç bir əlavəsinin olmadığını, lakin ərizə üzrə tələbinin tam sübuta yetirilməsi üçün xx.xx.2025-ci il tarixə saat 10:00-a təyin edilmiş məhkəmə iclasında şahid qismində onun tərəfindən dəvət olunan Sədərək Rayon kənd sakinləri qonşuları Şahid1 və Şahid2 məhkəmə iclasına iş üzrə şahid qismində qəbul edilməsini, həmin şəxslərlə heç bir yaxın qohumluğum və ədavətinin olmadığını bildirərək təqdim etdiyi sübutlar və şahidlərin ifadələri əsasında ərizəsinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Sədərək Rayon Qeydiyyat Şöbəsinin rəisi X4 məhkəmə iclasında izahat verərkən bildirdi ki, ərizəçi Sədərək rayon sakini Ərizəçi 2025-ci ilin iyul ayında Sədərək rayon Qeydiyyat şöbəsinə yazılı müraciət edərək xx.xx.1992-ci il təvəllüdlü X3 ölüm akt qeydinin bərpa edilməsini xahiş etdiyini, tərəflərindən qeydiyyat şöbəsinin arxivini və elektron sistemini yoxlayarkən X3 ölümü ilə bağlı aktının qeydinin aparılmadığının müəyyən edildiyini, bu baxımdan Ərizəçi ölüm akt qeydinin bərpa edilməsinin mümkün olmadığını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarına əsasən ərizəçinin ölüm akt qeydinin bərpa edilməsini mümükün olmadığını, ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin şifahı vəsatəti əsasında dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, ........ tarixdə Şərur Rayonu, Sədərək kəndində anadan olduğunu, Sədərək kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşadığını, Ərizəçi ilə uzun illərdi yaxın qonşu olduqlarını, Ənvərin xx.xx.1992-ci il tarixdə bir qızının dünyaya gəldiyini, adının Aynur olduğunu, anadangəlmə xəstəliyi olduğunu, 2001-ci ilin sentyabr ayının 23-də vəfat etdiyini, Aynurun dəfnində və yas mərasimində bir qonşu kimi yaxından iştirak etdiyini, Aynurun Sədərək kənd qəbirstanlığında dəfn olunduğunu bildirdi. Məhkəmə iclasında ərizəçinin şifahı vəsatəti əsasında dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ........ tarixdə Şərur Rayonu, Sədərək kəndində anadan olduğunu, Sədərək kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşadığını, Ərizəçi ilə həmkəndli olduqlarını, uzun illər Sədərək kəndində yaşadığını, ona görə də Ərizəçi bütün ailə üzvülərini yaxşı tanıdığını, Ənvərin xx.xx.1992-ci il tarixdə bir qızının dünyaya gəldiyini, adını Aynur qoyduqlarını, anadangəlmə xəstəliyi olduğunu üçün, 2001-ci ilin sentyabr ayının 23-də vəfat etdiyini, Aynurun dəfnində və yas mərasimində bir qonşu kimi yaxından iştirak etdiyini, Aynurun Sədərək kənd qəbirstanlığında dəfn olunduğunu bildirdi. Məhkəmə təqdim edilmiş iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, maraqlı şəxsin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sədərək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamənin çıxarışından müəyyən edilir ki, X12 10 iyul 1992-ci il tarixdə Sədərək Rayon Sədərək kəndində anadan olmuşdur və atası Ərizəçi anası X5 göstərilmişdir. İş materiallarında olan Sədərək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/xx-xx-2025 saylı arayışından görünür ki, X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.1992-ci ildən xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölümü haqqında akt qeydi Sədərək Rayon Qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Sədərək rayon İH-nin Sədərək kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-26-2/2-575/25 nömrəli arayışından da müəyyən olunur ki, Sədərək Rayonu Sədərək kənd sakini iş üzrə Ərizəçi övladı X1 Rayonu Sədərək kəndində vəfat etmiş və Sədərək kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının DİN-nin Naxçıvan Muxtar Respublikası DİN-nin Sədərək Rayon Polis Şöbəsinin 29 sentyabr 2025-ci il tarixli 3-13-43-9/2-4608/2025 nömrəli cavab məktubundan müəyyən edilir ki, Sədərək Rayonu Sədərək kəndində anadan olmuş 10 iyul 1992-ci il il təvəllüdlü X3 barəsində hər hansı itkin düşmə və axtarışda olması ilə bağlı Sədərək Rayon Polis Şöbəsində heç bir materal olmamışdır. İş materiallarına əlavə edilən Sədərək Rayon İcra Hakimiyyəti Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2025-ci il tarixli arayışından aydın olur ki, ərizəçi Usubov X11 royon Sədərək kəndində qeydiyyatdadır. İş materallarına əlavə olunmuş Sədərək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli 05/09İS/088187-25 saylı arayışından aydın olur ki, Ərizəçi ailə tərkibi arvadı X5, qızları X7, X6, X8, X12 və X9 ibarətdir. Məhkəmə yuxarıda göstərilən xüsusatlara qiymət verərək bir daha müəyyən edir ki ərizəçinin xahişi təmin olunmalıdır. Ona görə ki, işə əlavə olunmuş sənədlər maraqlı şəxsin izahatı və şahid ifadələri bir daha təsdiq edir ki, Ərizəçinin qızı- X12 xx.xx.1992-ci il tarixdə doğulmuş, 23 sentyabr 2001-ci ildə anadangəlmə xəstəlik nəticəsində vəfat etmiş, eyni zamanda Aynurun ölümünün qeydə alınması ilə bağlı Sədərək rayon Qeydiyyat şöbəsinə müraciət edildiyini, lakin qeydiyyat şöbəsindən "ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməli olduğunu cavablandırdığını, bundan sonra ərizəçi qızının ölüm şəhadətnaməsini almaq üçün müəyyən olunmuş müddəti buraxdığı üçün bir çox idarə və müəssisələrə müraciət etsədə ölüm haqqında şəhadətnamə ala bilmədiyini, ərizəçinin sosial yardım ala bilmədiyini, övladının sistemdə sağ görünməsi səbəbindən bu hüququndan ƏSMM tərəfindən imtina verildiyini nəzərə alınaraq bu səbəbdən 10 iyul 1992-ci il təvəllüdlü X3 xx.xx.2001-ci il tarixində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin mətnindən görünür ki, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, işin araşdırılan halları ilə 10 iyul 1992-ci il təvəllüdlü X3 xx.xx.2001-ci il tarixində Sədərək kəndində ölməsi təsdiqini tapdığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası vətəndaşı 10 iyul 1992-ci il təvəllüdlü X3 xx.xx.2001-ci il tarixində ölməsi faktı müəyyən edilməli və ölümü akt qeydiyyatı kitabında qeydə alınmalıdır. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi xahişi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsini, Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası qanunun 5-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 305, 307ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi xahişi təmin edilsin. 10 iyul 1992-ci ildə Sədərək rayon Sədərək kəndində anadan olmuş X3 xx.xx.2001ci il tarixdə Sədərək rayon Sədərək kəndində ölməsi faktı müəyyən edilsin. Ölüm faktının qeydə alınması Sədərək rayon Qeydiyyat şöbəsinə tapşırılsın. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-136/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-136/2025
15.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver