Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-20/2025 22.01.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi, xx.xx.1993-cü il təvəllüdlü X1 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi - Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.2006-cı il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında qızı-X1 xx.xx.1993-cü il tarixdə doğulduğunu, 09 iyul 2006-cı ildə Şərur rayonu Dəmirçi kəndində yaşadığı evdə dünyasını dəyişdiyini, rəhmətə gedən zaman rayon təcili yardım bölməsinin həkimlərinin çağırış vasitəsilə saat 15:35 radələrində hadisə yerinə gəldiyini və ölüm faktına dair arayış verildiyini, hadisədən sonra ölüm səbəbinin "Asfeksiya" qeyd edildiyini, qızının xəstəliyi ilə bağlı poliklinka qeydiyyatı olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə ala bilmədiyini, eyni zamanda qızının ölümünün qeydə alınması ilə bağlı Şərur rayon Qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etdiyini, lakin qeydiyyat şöbəsindən "ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməli olduğu cavabının verildiyini, bundan sonra qızının ölüm şəhadətnaməsini almaq üçün müəyyən olunmuş müddəti buraxdığı üçün bir çox idarə və müəssisələrə müraciət etsədə ölüm haqqında şəhadətnamə ala bilmədiyini, haliyyədə həyat yoldaşından qalmış avtomobili adlarına qanun üzrə vərəsəliklə keçirə bilmədiklərini, miras əmlakın adlarına keçirmək istəyərkən ailə üzvü kimi qızı Türkanə sağ olduğu göstərildiyini, bu səbəbdən xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.2006-cı il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş üzrə maraqlı şəxs Şərur rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmənin yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırsada, maraqlı şəxs məhkəmə iclaslarına gəlməmişdir. Lakin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində məhkəməyə ərizələr ünvanlayaraq təyin edilmiş məhkəmə prossesində iş çoxluğunun nəzərə alınmasını bildirərək iştirakları olmadan baxılmasını xahiş etmişdir. Bu baxımdan məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədə müvafiq hesb etmişdir. Məhkəmə iclasında ərizəçinin şifahı vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində bildirdi ki, Dəmirçi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşadığını, Ərizəçi ilə uzun illərdi qonşu olduqlarını, Yasəmən xanımın ölən uşağı ilə birlikdə 5 övladının olduğunu, 2006-cı ilin iyul ayında Yasəmənin qızı X1 xəstəlikdən vəfat etdiyini, Türkanənin dəfnində və yas mərasimində bir qonşu kimi yaxından iştirak etdiyini , Türkanənin Dəmirçi kənd qəbirstanlığında dəfn olunduğunu bildirdi. Məhkəmə iclasında ərizəçinin şifahı vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində bildirdi ki, Yasəmən xanım ilə hasar qonşu yaşadıqlarını 2006-cı ilin iyul ayında axşam saatlarında Yasəmən xanım gilin evlərindən ağlamaq səsləri gəldiyini, valideynləri ilə birlikdə tez onlara getdiklərini, Yasəmənin xəstə qızı Türkanənin öldüyünü gördüyünü, Türkanənin dəfnində və yas mərasimində bir qonşu kimi yaxından iştirak etdiyini, üç-dörd gün hər gün Yasəmən xanımgilin evində oturduqlarını, Yasəmən xanımın qızı Sədərək rayon Dəmirçi kəndində dəfn edildiyini bildirdi. Məhkəmə təqdim edilmiş iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sədərək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamədən çıxarışdan müəyyən edilir ki, X3 04 may 1993-cü il tarixdə Naxçıvan MR Şərur rayon Dəmirçi kəndində anadan olmuşdur və atası X6 anası Ərizəçi göstərilmişdir. İş materiallarında olan Sədərək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-69-108-2024 saylı arayışından görünür ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1993-cü ildə Şərur Rayonu Dəmirçi kəndində anadan olmuş X1 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə xx.xx.2024-cü ilədək yoxlama aparılmış və ölümü haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Şərur rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 xx.xx.1993-cü il tarixdə anadan olmuş, xx.xx.2006-cı il tarixdə Şərur rayon Dəmirçi kəndində Asfeksiya, spazmafliya, bronxopnormoniya səbəbindən vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Sədərək rayon Dəmirçi kənd Bələdiyyəsinin 22 yanvar 2025-ci il tarixli 162 nömrəli arayışından da müəyyən olunur ki, Sədərək Rayonu Dəmirçi kənd sakini iş üzrə Ərizəçi övladı X4 09 iyul 2006-cı ildə Dəmirçi kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə yuxarıda göstərilən xüsusatlara qiymət verərək bir daha müəyyən edir ki ərizəçinin xahişi təmin olunmalıdır. Ona görə ki, işə əlavə olunmuş sənədlər və şahid ifadələri ərizəçinin izahatını bir daha təsdiq edir. Belə ki, ərizəçinin qızı- X3 xx.xx.1993-cü il tarixdə doğulmuş, 09 iyul 2006-cı ildə Şərur rayonu Dəmirçi kəndində yaşadığı evdə dünyasını dəyişdiyini və rəhmətə gedən zaman rayon təcili yardım bölməsinin həkimlərinin çağırış vasitəsilə saat 15:35 radələrində hadisə yerinə gəldiyini və ölüm faktına dair arayış verdiyini, hadisədən sonra ölüm səbəbinin "Asfeksiya" qeyd edildiyini, Türkanənin xəstəliyi ilə bağlı poliklinka qeydiyyatı olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilmədiyini, eyni zamanda Türkanənin ölümünün qeydə alınması ilə bağlı Şərur rayon Qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət edildyini, lakin qeydiyyat şöbəsindən "ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməli olduğu cavablandırdığını, bundan sonra ərizəçi qızının ölüm şəhadətnaməsini almaq üçün müəyyən olunmuş müddəti buraxdığı üçün bir çox idarə və müəssisələrə müraciət etsədə ölüm haqqında şəhadətnamə ala bilmədiyini, ərizəçi haliyyədə həyat yoldaşından qalmış avtomobili adlarına qanun üzrə vərəsəliklə keçirə bilmədiklərini, miras əmlakın adlarına keçirmək istəyərkən ailə üzvü kimi qızı Türkanənin sağ olduğu göstərildiyini, bu səbəbdən xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.2006-cı il tarixində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin mətnindən görünür ki, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddısinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İş materiallarında əlavə edilən Ərizəçi Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, ərizəçi Sədərək royon Dəmirçi kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, işin araşdırılan halları ilə xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.2006-cı il tarixində ölməsi təsdiqini tapdığından məhkəmə hesab edir ki, xx.xx.1993-cü il təvəllüdlü X1 xx.xx.2006-cı il tarixində ölməsi faktı müəyyən edilməli və ölümü akt qeydiyyatı kitabında qeydə alınmalıdır. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi xahişi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 305, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi xahişi təmin edilsin. xx.xx.1993-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Dəmirçi kəndində anadan olmuş X1 xx.xx.2006-cı il tarixdə Şərur rayon Dəmirçi kəndində ölməsi faktı müəyyən edilsin. Ölüm faktının qeydə alınması Sədərək rayon Qeydiyyat şöbəsinə tapşırılsın. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-20/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-20/2025
22.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver