Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-218/2025 30.01.2026 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi övladı xx.xx.2003-cü il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2003-cü il təvəllüdlü övladı X1 12 aprel 2005-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında X1 xx.xx.2003-cü il tarixdə doğulduğunu, 12 aprel 2005-ci il tarixdə Sədərək rayon Sədərək kəndində yaşadığı evdə vəfat etdiyini, vəfat etdikdən sonra yaxın qohumların və qonşuların iştirakı ilə Sədərək kənd Bələdiyyəsinin ərazisindəki Sədərək kənd Qəbristanlığında dəfn olunduğunu, oğlu rəhmətə gedən zaman rayon təcili yardım bölməsinin həkimlərinə məlumat verilmədiyindən ölüm faktına dair arayış alınmadığını, oğlunun xəstəliyi ilə bağlı polikilinka qeydiyyatı olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə ala bilmədiklərini, oğlu rəhmətə getdikdən sonra onun ölüm haqqında şəhadətnamə almağı üçün doğum haqqında şəhadətnaməsini Qarağac kənd İcra Nümayəndəsinə versə də sonradan şəhadətnamənin arxasınca getmədiyi üçün ölüm haqqında şəhadətnamə almadıqlarını, xx.xx.2025-ci il tarixdə oğlunun ölümünün qeydə alınması ilə bağlı Sədərək Rayon Qeydiyyat Şöbəsinə rəsmi ərizə ilə müraciət etdiyini, lakin qeydiyyat şöbəsindən “ölüm haqqında tibbi şəhadətnamə almadığı üçün Qeydiyyat Şöbəsinin arxivində aşkar olunmaması” barədə arayış verildiyini, eyni zamanda 10 dekabr 2025-ci il tarixdə faktın Qeydiyyat şöbəsində müfafiq sənədlər olmadan qeydiyyatın aparılması mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilməsi barədə imtina məktubu verildiyini, ölüm haqqında akt qeydinin bərpa etmək üçün məhkəməyə müraciət etməyin tövsiyyə olunduğunu, hazırda çoxuşaqlı olaraq təqaüdə çıxdığını lakin, oğlu X2 vəfat etməmiş olaraq sistemdə göründüyü üçün təqaüdünü dayandıraraq müfaviq sənədləri tələb olunduğunu, həmin uşaq sistemdə ölməmiş kimi qeydiyyatda durduğunu, uşağın vəfat etmiş olduğunu bildirdikdə isə ölüm haqqında şəhadətnaməsi tələb edildiyini, həmin şəhadətnaməni almadığı üçün təqdim edə bilmədiyindən pensiyasını buraxmadıqları üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin şifahi vəsatətinə əsasən dəvət edilmiş şahid X7 ifadəsində bildirdi ki, Sədərək rayon Sədərək kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşadığını, Ərizəçi ilə həmkəndli olmaqla yanaşı uzun illərdi qonşu yaşadıqlarını, Bəxtiyarı və ailə üzvülərini yaxından tanıdığını, Bəxtiyarın dörd-beş uşağının olduğunu bildiyini, bir oğlan övladının isə 2005-ci ildə vəfat etdiyini, həmin ildən uzun illər keçdiyinə görə və uşaq azyaşlı olduğundan onun hansı xəstəlikdən ölməsini xatırlamadığını, ancaq həmin uşağın dəfnində və evlərində oturulan məylisdə iştirak etdiyini, Bəxtiyarın azyaşlı oğlunun 2005-ci ilin yaz aylarında Sədərək kənd Qəbirstanlığında dəfn edildiyini bildirdi. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə dəvət edilmiş şahid X3 ifadəsində göstərdi ki, xx.xx.1960-cı ildə Şərur rayon Sədərək kəndində anadan olduğunu və bu günə kimi Sədərək kəndində yaşadığını, Ərizəçi ilə bir kənddə yaşamaqla qonşu yaşadıqlarını, bu baxımdan həm Bəxtiyarı həm də onun ailə üzvülərini yaxşı tanıdığını, hətda mütəmadi olaraq onların evinə gedib-gələn ailə olduğunu, həqiqətən Bəxtiyarın 2003-cü ildə bir oğlan övladının doğulduğunu, adının isə Ramin olduğunu, iki ildən sonra 2005-ci ildə vəfat etdiyini, həmin uşağın dəfnində yaxından iştirak edərək aparıb Sədərək kənd Qəbirstanlığında dəfn etdiklərini, yas mərasiminin geniş keçmədiyini, 20-25 nəfər qohumqonşu ev şəraitində iştirak etdiklərini bildirdi. Məhkəmə təqdim edilmiş iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sədərək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamənin çıxarışından müəyyən edilir ki, X2 xx.xx.2003-cü il tarixdə Sədərək Rayon Qaraağac kəndində anadan olmuşdur və atası Ərizəçi anası X4 göstərilmişdir. İş materiallarında olan Sədərək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/xx-xx-2025 saylı arayışından görünür ki, X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2003-cü ildən xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölümü haqqında akt qeydi Sədərək Rayon Qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Sədərək rayon İH-nin Qaraağac kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 21/408 nömrəli arayışından da müəyyən olunur ki, Sədərək Rayonu Qaraağac kənd sakini iş üzrə Ərizəçi övladı X2 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və Sədərək kənd Bələdiyyəsinin ərazisindəki Sədərək kənd qəbrstanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş Sədərək Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 63 nömrəli arayışından da müəyyən olunur ki, iş üzrə Ərizəçi övladı X2 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və Sədərək kənd Bələdiyyəsinin ərazisindəki Sədərək kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmənin sorğusu əsasında alınmış və mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək Rayon Polis Şöbəsinin 19 yanvar 2026-cı il tarixli 313-43-9/2-229/2026 nömrəli məktubundan belə məlum olur ki, 20 sentyabr 2003-cü il təvəllüdlü X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək Rayon Polis Şöbəsində bu günə kimi heç bir məlumat daxil olmamışdır. Məhkəmənin sorğusu əsasında alınmış və mülki işə əlavə olunmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin 12 yanvar 2026-cı il tarixli 5-90/2-8/2026 nömrəli məktubundan da məlum olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsi üzrə arxiv-uçot sənədlərində, əlifba qeydiyyat kitablarında xx.xx.2003-cü il təvəllüdlü X1 barəsində heç bir məlumat tapılmamışdır. Məhkəmə yuxarıda göstərilən xüsusatlara qiymət verərək bir daha müəyyən edir ki ərizəçinin xahişi təmin olunmalıdır. Ona görə ki, işə əlavə olunmuş sənədlər ərizəçinin izahatı və şahid ifadələri bir daha təsdiq edir ki, Ərizəçinin oğlu- X2 xx.xx.2003-cü il tarixdə doğulmuş, xx.xx.2005-ci il tarixdə vəfat etmiş, eyni zamanda Raminin ölümünün qeydə alınması ilə bağlı Sədərək rayon Qeydiyyat şöbəsinə müraciət edildiyini, lakin qeydiyyat şöbəsindən "ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməli olduğunu cavablandırıldığını, bundan sonra ərizəçi oğlunun ölüm şəhadətnaməsini almaq üçün müəyyən olunmuş müddəti buraxdığı üçün bir çox idarə və müəssisələrə müraciət etsədə ölüm haqqında şəhadətnamə ala bilmədiyini, ərizəçinin çox uşaqlı kimi təqaüd ala bilmədiyini, övladının sistemdə sağ görünməsi səbəbindən bu hüququndan ƏSMM tərəfindən imtina verildiyini nəzərə alınaraq bu səbəbdən xx.xx.2003-cü il təvəllüdlü X1 xx.xx.2005-ci il tarixdə ev şəraitində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin mətnindən görünür ki, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, işin araşdırılan halları ilə xx.xx.2003-cü il təvəllüdlü X1 xx.xx.2005-ci il tarixdə Sədərək Rayon Sədərək kəndində ölməsi təsdiqini tapdığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.2003-cü il təvəllüdlü X1 xx.xx.2005-ci il tarixdə ölməsi faktı müəyyən edilməli və ölümü akt qeydiyyatı kitabında qeydə alınmalıdır. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi xahişi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsini, Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası qanunun 5-ci maddəsini, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220 və 305, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi xahişi təmin edilsin. xx.xx.2003-cü ildə Sədərək rayon Qaraağac kəndində anadan olmuş X1 xx.xx.2005-ci il tarixdə Sədərək rayon Sədərək kəndində ölməsi faktı müəyyən edilsin. Ölüm faktının qeydə alınması Sədərək rayon Qeydiyyat şöbəsinə tapşırılsın. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-218/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-218/2025
30.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver