Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-79/2024 20.06.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi X2 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi - Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 15 avqust 1992-ci il tarixində doğulmuş övladı X2 xx.xx.1992-ci il tarixində ölməsi faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə izahatında ərizəçinin doğma qardaşı olduğunu, ərizəçinin həyat yoldaşı X3 ilə birgə nikahlarından 15 avqust 1992-ci il tarixində X2 dünyaya gəldiyini, doğulduqdan 4 ay sonra xx.xx.1992-ci il tarixində xəstəlikdən vəfat etdiyini, Sədərək rayon qəbirstanlığında dəfn edildiyini, övladının vəfatı ilə bağlı həmin illərdə birinci qarabağ müharibəsi dövrünə təsadüf etdiyindən və Sədərək rayonunda qızğın döyüşlər getdiyindən öz savadsızlığından həmdə məsuliyyətsiliyindən həmin dövr ailələrində olan problemlərdən övladı sağ ikən doğum haqqında şəhadətnamə alsalarda vəfat etdikdən sonra ölüm haqqında tibbi arayış və ya ölüm haqqında şəhadətnamə almadıqlarını, X2 hal-hazırda sağ kimi qeydiyyatda durduğunu, onun ölümü ilə bağlı qeydiyyat şöbəsində heç bir məlumat tapılmadığını, həmin ölümü qeydiyyat şöbələrində təsdiq etmək üçün ölüm haqqında tibbi şəhadətnamə alınması tələb olunsada həmin vaxt ölüm haqqında tibbi şəhadətnaməni almadıqlarını, ona görə də ölüm haqqında şəhadətnamə alınması qeydiyyat şöbəsində mümkün olmadığını, ərizəçinin və həyat yoldaşının heç bir yerdə işləmədiklərini, maddi imkanlarının aşağı olduğunu, bünün üçün dövlət orqanına sosial yardım üçün müraciət etdiklərini, lakin vəfat etmiş 15 avqust 1992-ci il təvəllüdlü X2 ailə tərkibində sağ kimi görsəndiyi üçün dövlət orqanına verdiyi məlumatda uyğunsuzluq yarandığı üçün imtina edildiyini, ərizəçinin övladının vəfat etməsi və hansı qəbirstanlıqda dəfn olunması barədə Sədərək kən İƏD üzrə Nümayəndəliyindən arayış aldığını, ərizəçinin övladının xx.xx.1992-ci il tarixdə ölməsinə rayon ərazisində yaşayan qohumları və qonuşularının şahid olduğunu bildirərək 15 avqust 1992-ci il tarixində doğulmuş X2 xx.xx.1992-ci il tarixində ölməsi faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmədə şahid qismində dindirilən Sədərək rayon Sədərək kənd sakini X6 ifadəsində bildirdi ki, Ərizəçi və onun həyat yoldaşı X3 ilə həmkəndli olmaqla onları yaxından tanıdığını, onlarla bir müddət bir məhəllədə yaşadıqlarını, həqiqətən də onaların 15 avqust 1992-ci ildə X5 adlı oğlan uşağının dünyaya gəldiyini, lakin bir neçə ay sonra uşağın xəstələnərək xx.xx.1992-ci il tarixdə Sədərək kəndində vəfat etdiyini və onun Sədərək rayon qəbirstanlığında dəfn edildiyinin şahidi olduğunu bildirdi. Mülki iş üzrə məhkəmədə şahid qismində dindirilən Sədərək rayon Sədərək kənd sakini X4 ifadəsində bildirdi ki, Ərizəçi və onun həyat yoldaşı X3 ilə uzun müddət qonşu kimi eyni kənddə yaşadıqlarını, onların toylarında da şəxsən iştirak etdiyini, onların birgə nikahlarından 3 övladları dünyaya gəldiyini, lakin həmin uşaqlardan biri 15 avqust 1992-ci ildə doğulmuş X5 dünyaya gəldikdən bir neçə ay sonra 07 dekabr 1992-ci ildə Sədərək kəndində qızğın döyüşlər gedən zaman vəfad etdiyini, bir neçə qonşu və qohumlarla birlikdə həmin uşağı Sədərək kənd qəbirstanlığında dəfn etdiklərini bildirdi. Məhkəmə mülki iş üzrə maraqlı şəxs Sədərək rayon Qeydiyyat Şöbəsinin nümayəndəsini məhkəmənin yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırsada, maraqlı şəxs məhkəməyə hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Bu baxımdan məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədə müvafiq hesb etmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sədərək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamədən çıxarışdan müəyən edilir ki, X5 15 avqust 1992-ci il tarixdə Naxçıvan MR Sədərək rayon Sədərək kəndində anadan olmuşdur. İş materiallarında olan Sədərək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5-8/xx-xx/2024 saylı arayışından və məktubundan görünür ki, X2 ölümü akt qeydiyyatı kitablarında tapılmamışdır. Əlavə olaraq məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyil. X2 ölüm faktının müəyyən edilməsi üçün aiddiyəti üzrə məhkəməyə müracət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Sədərək rayon İcra Hakimiyyəti Sədərək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli 520 saylı arayışdan müəyyən olunur ki, X5 15 avqust 1992-ci il tarixində Sədərək kəndində anadan olmuş və həmin ildə vəfat etmişdir. Onun vəfatından sonra Sədərək rayon qəbirstanlığında dəfn olunmuşdur. İşə əlavə olunan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin 11 iyun 2024-cü il tarixli 3-43-74/2-314/2024 saylı məktubundan da aydın olur ki, 15 avqust 1992-ci il təvəllüdlü X5 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsində heç bir qeydiyyatı yoxdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək Rayon Polis Şöbəsinin 12 iyun 2024cü il tarixli 2-13-43-9/2-2645/2024 saylı məktubundan müəyyən olunur ki, 2024-cü ilin may ayına kimi, 15 avqust 1992-ci ildə Sədərək rayon Sədərək kəndində doğulmuş X5 barəsində hər hansı axtarış işi və ya itkin düşməsi ilə bağlı Sədərək rayon Polis Şöbəsinə müraciət daxil olmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 15 avqust 1992-ci il tarixdə Sədərək rayonunun Sədərək kəndində doğulmuş oğlu X5 07 dekabr 1992-ci il tarixdə Sədərək kəndində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi oğlunun ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin mətnindən görünür ki, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddısinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İş materiallarında olan Sədərək rayon İcra Hakimiyyəti Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 518 saylı arayışından görünür ki, Ərizəçi Sədərək rayon Sədərək kəndində qeydiyyatda durur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, işin araşdırılan halları ilə X2 xx.xx.1992-ci il tarixdə ölməsi təsdiqini tapdığından məhkəmə hesab edir ki, X2 xx.xx.1992-ci il tarixdə ölməsi faktı müəyyən edilməli və ölümü akt qeydiyyatı kitabında qeydə alınmalıdır. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi xahişi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 305, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi xahişi təmin edilsin. xx.xx.1992-ci ildə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Sədərək kəndində anadan olmuş X2 xx.xx.1992-ci il tarixdə Sədərək rayon Sədərək kəndində ölməsi faktı müəyyən edilsin. Ölüm faktının qeydə alınması Sədərək rayon Qeydiyyat şöbəsinə tapşırılsın. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-79/2024
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-79/2024
20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver