Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-8/2021 02.03.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil1, İlkin iddia üzrə Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “ birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh1 “Cavabdeh1 onun mülkiyyətində olan Sədərək rayon Sədərək kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla, özünün və uşaqları X11, X19 ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülmələrinə” və əlavə olaraq iddia tələbinin həcmini artıraraq Cavabdeh2 da həmin yaşayış evindən çıxarılmasına dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə cavabdeh İddiaçı Sədərək rayon Sədərək kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.2 ha həyətyanı torpaq sahəsinin və üzərində tikilmiş fərdi yaşayış evinin “birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə ona çatan ½ payın ayrılıb verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. Məhkəmədə iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə qarşılıqlı iddianı qəbul etdiyini, İddiaçı irəli sürdüyü iddianı müdafiə edərək vermiş olduğu izahatında bildirdi ki, 2000-ci ildə Vüsalənin həmkəndliləri Cavabdeh1 ilə faktiki ailə qurduğunu, 2003cü ildə nikahlarını rəsmiləşdirdiklərini, Cavabdeh1 ilə Vüsalənin birgə yaşadıqları müddətdə üç övladlarının dünyaya gəldiyini, Rəhimlə yola gedə bilmədikləri üçün xx xxxxxx 2020-ci ildə Sədərək rayon məhkəməsi vasitəsi ilə boşandıqlarını, Vüsalənin haliyyədə uşaqları ilə birlikdə Sədərək rayon Sədərək kəndində yerləşən anasına məxsus evdə yaşadıqlarını, Vüsalənin Rəhimlə birgə yaşadıqları və nikahda olan müddətdə yəni 2009-cu ildə Sədərək rayon Sədərək kəndindən torpaq sahəsi alaraq 2010-cu ildə torpaq sahəsinin üzərində ev tikdiklərini, həmin evi Rəhimin atası və özü tikdiyini, Vüsalənin atasının və qardaşının sadəcə olaraq evin təmirinə kömək etdiklərini, 2017-ci ildə Rəhim həbsdə olduğuna görə onun razılığına əsasən torpaq sahəsi Vüsalənin adına rəsmiləşdirildiyini, 2010-cu ildən 2020-ci ilin yayına kimi Vüsalə ailəsi ilə birlikdə həmin evdə yaşadığıını, lakin haliyyədə həmin evdə yaşaya bilmədiyini, mülkiyyət hüququnun pozulduğunu, Cavabdeh1 başqa qadınla ailə quraraq Vüsalənin mülkiyyətində olan evdə yaşadıqlarını, Vüsalənin və uşaqlarının həmin evdə yaşamasına mane olduğunu, Cavabdeh1 yeni aldığı qadını Vüsalənin icazəsi olmadan Vüsalənin mülkiyyətində olan evə köçürməsi tam qanunsuz olduğunu, ona görə də Sədərək rayon Sədərək kəndində yerləşən 0.2 ha torpaq sahəsinin üzərində tikilmiş Vüsaləyə məxsus fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və Vüsalənin uşaqları X11 və X19 ilə birlikdə öz mülkiyyəti olan həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə izahat verən ilkin iddia üzrə İddiaçı vəkili Vəkil1 qarşılıqlı iddianı qəbul etməklə ilkin iddia tələbini müdafiə etdiyini, ilkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə verdiyi izahata uyğun izahat verib və məhkəmədən ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddianı qismən qəbul etdiyini, öz iddiasını müdafiə edərək izahatında bildirdi ki, həqiqətən həmkəndlisi İddiaçı ilə 2000-ci ildə nikaha düşmədən ailə qurduqlarını, 2003-cü ildə nikahlarını rəsmiləşdirdiklərini, birgə nikahdan üç uşaqlarının olduğunu, Vüsalə ilə əvvələr mehriban yaşadıqlarını sonradan aralarında soyuq münasibətin yarandığını, 2016-cı ildə ehtiyatsızlıqdan avtoqəza törətdiyini və 3 il müddətinə azadlıqdan məhrum edildiyini, ondan sonra Vüsalənin tamamı ilə dəyişdiyini, onu bir ər kimi saymadığını, İddiaçı ilə birlikdə yaşadıqları müddətdə yəni 2009-cu ildə atası Talıbın Sədərək rayon Sədərək kəndində yerləşən X12 məxsus olan torpaq sahəsini 900 manat ödəməklə X3 aldığını, atasının onlara torpaq alındıqdan sonra 2010-cu ildə özünün və qardaşlarının köməyi ilə evi tikdiklərini, Vüsalənin həmin evin tikintisində bir manat da olsun xərcləmədiyini, sadəcə olaraq onun həbsdə olduğu müddətdə 2017-ci ildə Vüsalənin qanunsuz olaraq torpağı adına saldırdığını, uşaqları olduğu üçün əvvəldən həmin sənədlərin ləğv edilməsini mübahisələndirmədiyini, Vüsaləni və uşaqlarını heç vaxt evdən qovmadığını və yaşamaq üçün onlara mane olmadığını, istədikləri vaxt evə gəlib yaşaya biləcəklərini, başqa yerdə yaşayış yeri olmadığı üçün evdən çıxarılmasını qəbul etmədiyi, ona görə də İddiaçı ilə birgə nikah dövründə qazandıqları Sədərək rayon Sədərək kəndində yerləşən 0.2 ha torpaq sahəsinin və üzərində tikilmiş əmlakın ½ hissəsinin bölünüb ona verilməsinə dair qətnamə qəbul edilməsini bildirdi. Məhkəmədə izahat verən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək, Cavabdeh1 verdiyi izahata uyğun izahat verib və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianının isə qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ilkin iddia üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə ilkin iddia üzrə Cavabdeh2 heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Mülki işə əlavə olunmuş xx xxxxxx 2021-ci il, xx xxxxxx 2021-ci il və xx xxxxxx 2021-ci il tarixli xəbərnamələrdən bir daha müəyyən edilir ki, ilkin iddia üzrə Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi olaraq məhkəmə tərəfindən məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində uzun illər Sədərək rayon Sədərək kəndində yaşadığını, 2001-ci ildə həmkəndlisi X4 0.2 ha torpaq sahəsi aldığını və 2009-cu ilə kimi həmin torpaq sahəsini əkib becərdiyini, 2009-cu ildə pula ehtiyacı olduğu üçün həmin torpaq sahəsini 900 manata həmkəndlisi X2, Xudaverdidən torpağı alanda da və Talıba satandada heç bir sənədləşmə aparmadıqlarını, kənd yeri olduğundan və biribirlərinə inandıqlarından sənədləşmə aparmadıqlarını, bu günə kimi torpaqla bağlı aralarında heç bir mübahisə olmadığını bildirdi və göstərdiklərini yazılı surətdə (ərizəsini) məhkəməyə təqdim etdi. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Sədərək rayon Sədərək kəndində yaşamaqla uzun illərdi dülgərliklə məşğul olduğunu, demək olar ki, kənddə çox adamın şiferini vurduğunu, 2015-ci ildə həmkəndlisi Elyasov Talıbın onu həyətlərinə çağırdığını və oğlu Rəhimin yaşadığı evin dam örtüyünün vurulmasını ondan xahiş etdiyini, Talıb kişi ilə razılaşdığını və Talıb kişidən 500 manat aldıqdan sonra Sədərək kəndində işıqlı yolun kənarında yerləşən Rəhimin evinin şferini işlədiyini, həmin vaxt Rəhim və ailə üzvülərinin həmin evdə yaşadığınının şahidi olduğunu bildirdi. Məhkəmə iş üzrə iddiaçı-cavabdehin, cavabdeh-iddiaçının və onların nümayəndələri və vəkillərinin izahatlarını, məhkəmə iclaslarına dəvət edilmiş şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq belə hesab edir ki, ilkin iddia üzrə iddia tələbi qismən təmin edilməli və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiası isə tam təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərə əsasən izah edir. Belə ki, tərəflərin izahatlarından və iddia ərizəsinə əlavə edilmiş, xx xxxxxxxx 2003cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin və Sədərək rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(088)-20/2020 saylı qətnaməsinin surətlərindən görünür ki, Cavabdeh1 ilə İddiaçı 2000-ci ildə faktiki olaraq ailə qurmuş, 2003-cü ildə isə rəsmi nikah qeydiyyatından keçmişlər. 2020-ci ilin noyabr ayının 27 də isə məhkəmənin qərarı ilə ayrılmışlar. İşə əlavə olunmuş Seriya MH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Sədərək rayon Sədərək kəndində yerləşən 0.2 ha torpaq sahəsinin üzərində olan 89.72 kvm. fərdi yaşayış evi xx xxxxxx 2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ İddiaçı adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə xx xxxx 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə x xxx 2008-ci il tarixli Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın xx xxxxx 2002-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya olunmuş bir saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki mülki iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilir ki, ilkin iddia üzrə İddiaçı həmkəndlisi Cavabdeh1 ilə 2000-ci il tarixdə faktiki ailə qurmuş, 2003-cü ildə isə nikahları qeydiyyat orqanında rəsmiləşdirilmişdir. Tərəflər birgə nikahda olduqları və birgə yaşadıqları müddətdə yəni 2009-cu ildə həmkəndliləri X10 adına olan Sədərək rayon Sədərək kəndində yerləşən torpaq sahəsini həmkəndliləri X1 alaraq üzərində ev tikməklə, həmin evdə yaşamış, 2017-cı ildə Cavabdeh1 həbsdə olduğu müddətdə həyat yoldaşı İddiaçı mübahisəli əmlakın torpaq sahəsini öz adına sənədləşdirməklə, 2020-ci ilin 18 noyabrında daşınmaz əmlaka hüquq əldə etmiş, 2020-ci ilin noyabr ayında Sədərək rayon məhkəməsinin qərarı ilə aralarında bağlanmış nikah aktı ləğv edildikdən sonra ayrıayrı ünvanlarda yaşamağa davam etmişlər. Belə ki, ilkin iddia üzrə İddiaçı üç övladı ilə birlikdə haliyyədə öz anası evində yaşayır. İlkin iddia üzrə Cavabdeh1 isə mübahisəli evdə yeni ailə qurduğu Cavabdeh2 ilə birgə yaşamağa davam edir. Haliyyədə İddiaçı mülkiyyətində olan fərdi yaşayış evində yaşamasına maneələr yarandığından nəticədə ilkin iddia üzrə İddiaçı hazırki tələblə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddiasını da hər tərəfli və obyektiv tədqiq edərkən, belə hesab edir ki, qarşılıqlı iddia təmin edilməlidir. Ona görə ki, Cavabdeh1 2000-ci ildə həmkəndlisi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə faktiki ailə qurmuş, nikahları 2003-cü ildə rəsmiləşdirilmiş və tərəflərin birgə nikahdan üç uşaqları dünyaya gəlmişdir. Tərəflər birgə nikahda olduqları və birgə yaşadıqları müddətdə yəni 2009-cu ildə Cavabdeh1 atası X5 rayon Sədərək kəndində yerləşən həmkəndliləri X10 adına olan torpaq sahəsini 900 manat ödəməklə həmkəndliləri X3 alaraq 2010-cu ildə həmin torpaq sahəsi üzərində ev tikdirməklə, oğlu Rəhimi və onun ailə üzvülərini həmin mənzilə köçürmüş, Rəhim və ailə üzvüləri 2010-cu ildən həmin mənzildə yaşamışlar. 2017cı ildə Cavabdeh1 həbsdə olduğu müddətdə torpaq sahəsi İddiaçı adına keçirilmiş, 2020-ci ilin noyabr ayının 18-də İddiaçı həmin fərdi yaşayış evini öz adına rəsmiləşdirmiş, 2020-ci ilin noyabr ayında tərəflər arasında bağlanmış nikah qeydiyyatı ləğv edildikdən sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı uşaqlarını götürərək öz anası evinə getmiş və orada yaşamağa davam etmişdir. Cavabdeh1 isə yeni ailə qurduğu həyat yoldaşı Cavabdeh2 ilə birlikdə İddiaçı mülkiyyətində olan birgə nikah müddətində əldə etdikləri Sədərək rayon Sədərək kəndində yerləşən fərdi yaşayış evində yaşamağa davam edir. Mülki iş üzrə proses iştirakçılarının izahatları, şahid ifadələri, şahid Sadıq İsmayılbəylinin xx xxxxxx 2021-ci il tarixli yazılı ərizəsi və mülki işə əlavə olunmuş xx xxxxxxxx 2003-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin, xx xxxxxx 2019ci il tarixli 8 saylı X22 Müəssisəsinin 13 nömrəli arayışının, Sədərək rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(088)-20/2020 saylı qətnaməsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin surətləri göstərilənləri bir daha təsdiqləyir. Belə olan halda tərəflər arasında əmlak hüquq münasibətləri yaranır. Ona görə də, Sədərək rayon Sədərək kəndində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlak hesab olunur. Məhkəmə xüsusi ilə iki şərtin olmasına diqqət yetirərkən hesab edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin olması zəruridir. Birincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. İkincisi, əmlak ər-arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdir. Mülki iş hərtərəfli və obyektiv araşdırılarkən mülki iş üzrə hər iki şərtin mövcudluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. “X7rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Əlavə olaraq məhkəmə belə hesab edir ki, hər-hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X23 Məhkəməsi özünün bir çox qərarlarında, (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “De Cubber Belçikya qarşı” iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə tələb qismən təmin edilməli, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırki iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: İlkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə Cavabdeh1 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı uşaqları X21 və X19 ilə birlikdə mülkiyyətində olan Sədərək rayonu Sədərək kəndində yerləşən 0.2 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə köçürülsün. İlkin iddia üzrə İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, İddiaçı “birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Sədərək rayonu Sədərək kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.2 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evi, İddiaçı və Cavabdeh1 birgə nikah dövründə qazanılmış əmlakı hesab edilsin və həmin əmlakın ½ hissəsi pay olaraq ayrılıb Cavabdeh1 verilsin. İddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədikləri dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sədərək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №2(088)-8/2021
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-8/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver