Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-126/2024 06.04.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, Maraqlı şəxs birgə nikahdan 10 fevral 2016-cı il tarixdə doğulmuş X5 və 27 aprel 2018-ci il tarixdə doğulmuş X1 üçün aliment öhdəliyinə dair X2 05 fevral 2024-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 15 yanvar 2015-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından 10 fevral 2016-cı il tarixdə X5 və 27 aprel 2018ci il tarixdə X6 doğulmuşdur. Uzun müddətdir ki, cavabdehlə ayrı yaşayırlar. Aralarında olan nikahın pozulması barədə mülki iş Culfa rayon Məhkəməsinin icraatındadır. Maraqlı şəxs ilə aralarında 05 fevral 2024-cü il tarixdə barışı sazişi bağlanmış, Maraqlı şəxs 10 fevral 2016-cı il tarixdə doğulmuş X5 və 27 aprel 2018-ci il tarixdə doğulmuş X1 ona hər ay 900 manat aliment ödəməsi, özünü isə Maraqlı şəxs hər həftənin şəndə günü saat 10:00-dan 20:00-dək uşaqlarla ünsiyyətdə olması üçün ona maneə yaratmayacağı barədə üzərlərinə öhdəlik götürmüşlər. Barışıq sazişi imzalandığı gündən Maraqlı şəxs uşaqların saxlanması üçün barışıq sazişi ilə müəyyən edilmiş alimenti ona ödəməmişdir. Alimenti ödəməsi üçün Maraqlı şəxs dəfələrlə müraciət etmiş, vatshap vasitəsilə ona kart şəklini atmış, lakin o, “sən evdən çıxanda mən də pulu göndərəcəyəm” cavabını yazmışdır. Barışı sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir . Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs, izahatında bildirmişdir ki, Ərizəçi ilə 15 yanvar 2015-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından 10 fevral 2016-cı il tarixdə Nağıyev Cavidan və 27 aprel 2018-ci il tarixdə Nağıyeva Fidan doğulmuşdur. İddiaçı ilə ayrı yaşayırlar. Aralarında olan nikahın pozulması barədə mülki iş Culfa rayon Məhkəməsinin icraatındadır. Ərizəçi ilə aralarında 05 fevral 2024-cü il tarixdə barışıq sazişi bağlanmış, iki uşağın saxlanılması Ərizəçi hər ay 900 manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmçinin Ərizəçi İlə şifahi olaraq razılaşmışlar ki, yaşadıqları evdən çıxacaq. ********** telefon nömrəsi ona məxsusdur. Ərizəçi evdən çıxmadığı üçün alimenti ödəməmişdir. Naxçıvan Baş Gömrük İdarəsində işləyir, 3000-3500 manat əməkhaqqı alır. Barışı sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə, maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, onlara məcmu halda hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında 05 fevral 2024-cü il tarixdə bağlanmış MŞN/24-N-00180 nömrəli barışıq sazişindən görünür ki, tərəflər nikahın pozulması barədə məhkəməyə müraciət etmələri barədə, birgə nikahdan 10 fevral 2016-cı il tarixdə doğulmuş X5 və 27 aprel 2018-ci il tarixdə doğulmuş X4 Ərizəçi yanında qalması, Maraqlı şəxs birgə nikahdan 10 fevral 2016-cı il tarixdə doğulmuş X5 və 27 aprel 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi hər ay 900 manat məbləğində aliment ödəməsi barədə razılığa gəlmişlər. Həmçinin Ərizəçi üzərinə öhdəlik götürmüşdür ki, hər həftənin şənbə günü saat 10:00-dan 20:00-dək Maraqlı şəxs uşaqlarla ünsiyyətinə mane olmayacaq. Maraqlı şəxs barışıq sazişi imzalandığı andan 10 gün ərzində sazişin şərtlərini icra etməmiş, barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş vatshap yazışmasından çıxarışdan müəyyən edilir ki, Aytən Əzimova (Nağıyeva) ********* nömrəsinə **********857182 nömrəli kartın surətini göndərmiş, cavab mesajında “sən evdən çıxanda mən də pul göndərəcəm” yazılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin- 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş alimenti ödəməmişdir. Baxmayaraq ki, tərəflər arasında 05 fevral 2024-cü il tarixdə bağlanmış MŞN/24-N-00180 nömrəli barışıq sazişində Maraqlı şəxs hər ay iki uşağın saxlanılması üçün 900 manat sabit pul məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür. Odur ki, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizəçi və Maraqlı şəxs arasında 05 fevral 2024-cü il tarixdə bağlanmış MŞN/24-N- 00180 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin. 1.Tərəflər nikahın pozulması barədə məhkəməyə müraciət etmələri barədə razılığa gəlirlər 2.Tərəflər birgə nikahdan 10 fevral 2016-cı il tarixdə doğulmuş X5 və 27 aprel 2018ci il tarixdə doğulmuş X4 Ərizəçi yanında qalması barədə razılığa gəlirlər. 3.Tərəflər razılığa gəlir ki, Maraqlı şəxs birgə nikahdan 10 fevral 2016-cı il tarixdə doğulmuş X5 və 27 aprel 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi hər ay 900 manat məbləğində aliment ödəsin. 4.X9 üzərinə öhdəlik götürür ki, hər həftənin şənbə günü saat 10:00-dan 20:00-dək Maraqlı şəxs uşaqlarla ünsiyyətinə mane olmayacaq. Maraqlı şəxs 10 fevral 2016-cı il tarixdə doğulmuş X5 və 27 aprel 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 900 manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilsin. Alimentin tutulması 05 fevral 2024-cü il tarixdən hesablansın Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-126/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-126/2024
06.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver