Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-151/2020 12.11.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı İddiaçı Cavabdeh Cavabdeh İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim etmiş, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etməmiş və işə mahiyyəti üzrə baxılmasına tələb etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixdə 40965 nömrəli qəbzlə Kapital Bank ASC-in Culfa filialına (Culfa rayonunun maliyyə şöbəsinin hesbına) ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Naxçıvan MR Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-151/2020
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-151/2020
12.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver