Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-174/2020 11.09.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakim əvəzi X1, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Ərizəçi anası X2 xx xxxx 1989 -cu ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki,1950–ci ildə Culfa Rayon Milax kəndində doğulmuş, atasından və anasından qalma evdə yaşayır. Culfa rayon Milax kəndində 1913-cü ildə doğulmuş anası X3 xx.xx.1989-cu ildə Culfa rayonunun Milax kəndində vəfat etmiş və Milax kənd qəbiristanlığında dəfn edilmişdir. Anasının ölümü haqqında tibbi şəhadətnamənin alınması üçün tibb müəssisəsinə, həmçinin ölümün qeydiyyata alınması üçün qeydiyyat şöbəsinə müraciət etməmişdir. Hazırda anasından miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin alınması üçün ölümün qeydiyyatının aparılması zərurəti yaranmışdır. Ölümün qeydiyyata alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydiyyata alınmasından imtina edilmişdir. Bu səbəbdən də anası X2 xx xxxx 1989-cu ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatının mümkünlüyünü yoxlayarkən müəyyən edilmişdir ki, iddiaçının ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, iddiaçı iddia ərizəsinə anası, mərhum X2 xx xxxx 1989-cu ildə ölməsini təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə, həmçinin tibbi şəhadətnamənin alınması üçün müraciət etməsini təsdiq edən sənədləri əlavə etməmişdir. Belə olan halda hesab edirəm ki, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 9.2-ci bəndində qeyd edilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə ,,Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinin tələbərinə əməl edilmədiyinə görə ərzə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №2(089)-174/2020
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-174/2020
11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver