Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-198/2025 05.06.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, Maraqlı şəxs ilə aralarında bağlanmış 24 yanvar 2025-ci il tarixli, MŞN/25-S-00045 nömrəli barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilmədiyindən Barışıq sazişinin təsdiq edilməsi və sazişin məcburi icrası ilə əlaqədar məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 20 avqust 2014-cü il tarixində ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X5, xx.xx.2017-ci il tarixdə X6 və xx.xx.2019-cu il tarixdə X7 doğulmuşdur. Aralarında bağlanmış nikah Culfa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(089)-202/2024 nömrəli qətnaməsi ilə pozulmuş, nikahın pozulmasından sonra X5, X6 və X1 Fatma Elşən qızının yanında saxlanılmışdır. Hər ay uşaqların saxlanılması üçün aliment ödəyir və onların hər cür tələbatlarını da qarşılamağa hazırdır. Onunla Maraqlı şəxs arasında olan nikah pozulduqdan sonra Fatmanın qohumları uşaqların onunla görüşməsinə mane olmuşlar. Dəfələrlə uşaqlarla görüşmək istədiyini Fatmaya bildirsə də buna imkan verməmişdir. Məcbur qalıb uşaqlarla görüşə maneənin aradan qaldırılması və aralarında yaranmış ailə mübahisəsinin məhkəmədə həll olunması üçün qanunvericiliyin tələblərinə müvafiq qaydada mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatında mediasiya prosesi zamanı cavabdeh Maraqlı şəxs ilə razılıq əldə etmiş və aralarında 24 yanvar 2025-ci il tarixli, MŞN/25-S-00045 nömrəli Barışıq Sazişi imzalanmışdır. X16 şərtləri aşağıdakı kimi olmuşdur: Birinci tərəfin şərtləri: Onun, qarşı tərəf Maraqlı şəxs “uşaqla ünsiyyət’’lə bağlı tələbi budur ki, birgə nikahdan olan övladları X5, X6 və X4 hər həftənin 5-ci (beşinci) günü dərsdən sonra saat 5-də (beşdə) yaşadıqları ünvandan Culfa rayonunun Saltaq kəndindən anasından təhvil alıb, bazar günü saat 11 (on bir)-də həmin ünvanda anasına təhvil verməyi öhdəlik olaraq üzərinə götürür. Əlavə olaraq, öhdəlik olaraq üzərinə götürür ki, uşaqların ad günlərində, bayram günlərində saat 11:00-da yaşadıqları ünvanda anasından təhvil alıb, saat 15:00-da həmin ünvanda anasına təhvil verəcək. Tətil günlərində isə uşaqların istəyi ilə aparıb yaşadığı ünvanda Culfa rayonunun Saltaq kəndində yanında saxlayıb, istədikləri vaxt anasına təhvil verməyi öhdəlik olaraq üzərinə götürür. Uşaqları anasının razılığı olmadan Bakı şəhərinə aparmamağı öhdəlik olaraq üzərinə götürür, ancaq anasının razılığı olduqda aparacaq. İkinci tərəfin şərtləri: O, qarşı tərəf Ərizəçi qeyd etdiyi bütün şərtlərlə - birgə nikahdan olan övladları X5, X6 və X2 hər həftənin 5-ci (beşinci) günü dərsdən sonra saat 17:00-da (saat beşdə) yaşadıqları ünvandan ondan təhvil alıb, bazar günü saat 11:00-da Culfa rayonunun Saltaq kəndində təhvil verilməsinə heç bir etirazı yoxdur. Həmin şəraitin yaradılmasını öhdəlik olaraq üzərinə götürür. Əlavə olaraq uşaqları ad günlərində, bayram günlərində saat 11:00-da ondan yaşadıqları ünvandan təhvil almağı, həmin günü saat 15:00-da, tətil günlərində uşaqların istəyi ilə aparıb Culfa rayonunun Saltaq kəndində yanında saxlamasına və uşaqların istəyi ilə ona təhvil verməsinə etirazı yoxdur. Uşaqlarla görüşə maneənin aradan qaldırılması Barışıq Sazişi ilə tənzimləndiyindən məhkəməyə müraciət etməmişdir. Qarşı tərəf (Maraqlı şəxs və qohumları) Barışıq Sazişinin icrasından yayınır və uşaqlarla görüşə mane olurlar. Yəni, Maraqlı şəxs Barışıq Sazişi ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi və Maraqlı şəxs məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə mülki işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxmışdır. İş materiallarına əlavə edilmiş 308325, 748760 və 965299 nömrəli doğum akt qeydlərindən çıxarışdan görünür ki, 24 aprel 2016-cı il tarixdə X5, 03 iyul 2017-ci il tarixdə X6, 30 yanvar 2019-cu il tarixdə X7 doğulmuş, uşaqların atası Ərizəçi, anası X9r. Tərəflər arasında bağlanmış 24 yanvar 2025-ci il tarixli, MŞN/24-S-00045 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs Ərizəçi birgə nikahdan doğulmuş uşaqları, 24 aprel 2016-cı il tarixdə doğulmuş X5, 03 iyul 2017-ci il tarixdə doğulmuş X6, 30 yanvar 2019-cu il tarixdə doğulmuş X7 ilə ünsiyyət yaratması üçün aşağıdakı qaydada razılığa gəlmişlər: Birinci tərəfin şərtləri: Ərizəçi, qarşı tərəf Maraqlı şəxs “uşaqla ünsiyyət’’lə bağlı iddia üzrə tələbi budur ki, birgə nikahdan olan övladları X5, X6 və X4 hər həftənin 5-ci (beşinci) günü dərsdən sonra saat 5-də (beşdə) yaşadıqları ünvandan, Culfa rayonunun Saltaq kəndindən anasından təhvil alıb, bazar günü saat 11 (on bir)-də həmin ünvanda anasına təhvil verməyi öhdəlik olaraq üzərinə götürür. Əlavə olaraq, öhdəlik olaraq üzərinə götürür ki, uşaqların ad günlərində, bayram günlərində saat 11:00-da yaşadıqları ünvanda anasından təhvil alıb, saat 15:00-da həmin ünvanda anasına təhvil verəcək. Tətil günlərində isə uşaqların istəyi ilə aparıb yaşadığı ünvanda Culfa rayonunun Saltaq kəndində yanında saxlayıb, istədikləri vaxt anasına təhvil verməyi öhdəlik olaraq üzərinə götürür. Uşaqları anasının razılığı olmadan Bakı şəhərinə aparmamağı öhdəlik olaraq üzərinə götürür, ancaq anasının razılığı olduqda aparacaq. İkinci tərəfin şərtləri: Maraqlı şəxs, qarşı tərəf Ərizəçi qeyd etdiyi bütün şərtlərlə - birgə nikahdan olan övladları X5, X6 və X2 hər həftənin 5-ci (beşinci) günü dərsdən sonra saat 17:00-da (saat beşdə) yaşadıqları ünvandan ondan təhvil alıb, bazar günü saat 11:00-da Culfa rayonunun Saltaq kəndində təhvil verilməsinə heç bir etirazı yoxdur. Həmin şəraitin yaradılmasını öhdəlik olaraq üzərinə götürür. Əlavə olaraq uşaqları ad günlərində, bayram günlərində saat 11:00-da ondan yaşadıqları ünvandan təhvil almağı, həmin günü saat 15:00-da, tətil günlərində uşaqların istəyi ilə aparıb Culfa rayonunun Saltaq kəndində yanında saxlamasına və uşaqların istəyi ilə ona təhvil verməsinə etirazı yoxdur. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, onlara məcmu halda hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 24 yanvar 2025-ci il tarixli, MŞN/25-S-00045 nömrəli barışıq sazişindən müəyyən olunur ki, tərəflər arasında birgə nikahlarından doğulmuş X5, X6 və X2 ataları Ərizəçi ilə ünsiyyətdə olmaları üçün görüş qaydası müəyyən edilmiş, tərəflər Ərizəçi X5, X6 və X7 ilə hər həftənin beşinci günü dərsdən sonra saat 17:00-da uşaqların yaşadıqları ünvandan – Culfa rayonunun Saltaq kəndindən Maraqlı şəxs təhvil alınıb, bazar günü saat 11:00-da həmin ünvanda uşaqların anasına təhvil verilməsi, uşaqların ad günlərində, bayram günlərində saat 11:00-da yaşadıqları ünvanda Maraqlı şəxs təhvil alınıb saat 15:00-da həmin ünvanda uşaqların Maraqlı şəxs təhvil verilməsi və tətil günlərində uşaqların istəyi ilə onları Ərizəçi yaşadığı ünvanda- Culfa rayonunun Saltaq kəndində yanında saxlaması və uşaqların istədiyi vaxt Maraqlı şəxs təhvil verməsi barədə razılığa gəlmişlər. Lakin, Maraqlı şəxs barışıq sazişi imzalandıqdan sonra sazişin şərtlərini icra etməmiş, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin- 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəyə baxılan zaman Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş öhdəliklərini icra etməmiş, Ərizəçi X5, X6 və X7 ilə ünsiyyətinə mane olmuşdur. Baxmayaraq ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞN/25-S-00045 nömrəli barışıq sazişində Maraqlı şəxs Ərizəçi X5, X6 və X7 ilə hər həftənin beşinci günü dərsdən sonra saat 17:00da yaşadıqları ünvandan ondan təhvil alıb bazar günü saat 11:00-da Culfa rayonunun Saltaq kəndində ona təhvil verməsi, uşaqların ad günlərində, bayram günlərində saat 11:00-dan ondan yaşadıqları ünvandan təhvil alıb həmin gün saat 15:00-da təhvil verməsi, tətil günlərində isə uşaqların istəyi ilə aparıb Culfa rayonunun Saltaq kəndində yanında saxlaması üçün şərait yaradılması barədə üzərinə öhdəlik götürmüşdür. Odur ki, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Məhkəmə ərizəçinin ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən tutulması tələbi ilə bağlı belə nəticəyə gəlir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs alınıb Ərizəçi verilməlidir . Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞN/25-S-00045 nömrəli barışıq sazişinin 9-cu bəndində tərəflər razılığa gəlmişlər ki, sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞN/25-S- 00045 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Ərizəçi 24 aprel 2016-cı il tarixdə doğulmuş X5, 03 iyul 2017-ci il tarixdə doğulmuş X6 və 30 yanvar 2019-cu il tarixdə doğulmuş X7 ilə ünsiyyətdə olması üçün hər həftənin beşinci günü dərsdən sonra saat 17:00-da uşaqları yaşadıqları ünvandan – Culfa rayonunun Saltaq kəndindən Maraqlı şəxs təhvil alsın, bazar günü saat 11:00-da həmin ünvanda uşaqları anasına təhvil versin. Uşaqların ad günlərində, bayram günlərində saat 11:00-da yaşadıqları ünvanda Maraqlı şəxs təhvil alsın, saat 15:00-da həmin ünvanda uşaqları Maraqlı şəxs təhvil versin. Tətil günlərində uşaqların istəyi ilə onları yaşadığı ünvanda- Culfa rayonunun Saltaq kəndində yanında saxlasın və uşaqların istədiyi vaxt Maraqlı şəxs təhvil versin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs alınıb Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-198/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-198/2025
05.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver