Məhkəmə qərarları › İş №2(089)-282/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-282/2024

29.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-282/2024 29.08.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, Maraqlı şəxs birgə nikahdan 17 iyun 2013-cü il tarixdə doğulmuş X1 üçün aliment öhdəliyinə dair X4 bağlanmış 27 sentyabr 2022-ci il tarixli, 1/A-837 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi izahatında bildirmişdir ki, Maraqlı şəxsla 12 sentyabr 2012-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahdan 17 iyun 2013-cü il tarixdə Abdurəhmanlı Nubar doğulmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah Culfa rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(089)-96/2020 nömrəli qətnaməsi ilə pozulmuş, uşaq onun yanında qalmışdır. Məhkəməyə müraciət edənədək Mediasiya Təşkilatına müraciət etmiş, Maraqlı şəxsla uşağın saxlanılması üçün alimentin ödənilməsi ilə bağlı aralarında 27 sentyabr 2022-ci il tarixdə barışıq sazişi bağlanmış, Maraqlı şəxs 2020-ci ilin oktyabr ayından başlayaraq uşağın saxlanılması üçün hər ay 150 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxsla aralarında barışıq sazişi bağlansa da o, üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, müxtəlif vaxtlarda cəmi 1000 manat aliment ödəmiş, hazırda aliment ödəməkdən imtina edir. Barışıq sazişinin təsdiq edilməsini, uşağın saxlanılması üçün hər ay 150 manat məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsini, aliment ödənilməsinin 01 oktyabr 2022-ci il tarixdən başlanmasını xahiş edir. İcra sənədinin icrası zamanı ödənilmiş aliment məbləğlərini nəzərə alacaq. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs məlumat verilmiş, lakin o, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən ərizəyə Maraqlı şəxs iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, onlara məcmu halda hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli, 1/A-837 nömrəli barışıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün hər ay 150 manat alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs hər ay 17 iyun 2013-cü il tarixdə doğulmuş X1 üçün 150 manat sabit pul məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişi imzalandıqdan sonra sazişin şərtlərini tam icra etməmiş, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin- 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəyə baxılan zaman Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş alimenti tam ödəməmişdir. Baxmayaraq ki, tərəflər arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli, 1/A-837 nömrəli barışıq sazişində Maraqlı şəxs hər ay bir uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür. Odur ki, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli, 1/A-837 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Maraqlı şəxs birgə nikahdan 17 iyun 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi hər ay 150 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür. Tərəflər alimentin 01 oktyabr 2022-ci il tarixdən Ərizəçi təqdim edəcəyi kart hesabı vasitəsilə ödənilməsi barədə razılığa gəlirlər. Maraqlı şəxs 17 iyun 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilsin. Alimentin tutulması 01 oktyabr 2022-ci il tarixdən hesablansın, ödənilmiş aliment məbləği nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar