Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-303/2024 20.09.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi nümayəndəsi, vəkili Nümayəndə və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, 15 sentyabr 2016-cı il tarixdə doğulmuş X5 ilə hər həftənin şənbə günü saat 10:00-dan etibarən onunla görüşməsi və uşağın razılığı əsasında onunla gecələməsi və ertəsi gün saat 12:00-da anasına qaytarılması, həmçinin uşağın ad günündən bir gün qabaq və ümumi bayram günlərinin birində onunla görüşməsi barədə X1 Cəlilova (Nağıyeva) Təzəgiil İntizam qızı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, N-1161 nömrəli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Cəlilova (Nağıyeva) Təzəgül İntizam qızı ilə 06 iyun 2016-cı il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından 15 sentyabr 2016-cı il tarixdə Nağıyeva Ayan doğulmuşdur. Aralarında olan nikah Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında pozulmuş, X5 anası Cəlilova (Nağıyeva) Təzəgül İntizam qızının yanında saxlanılmışdır. Cəlilova (Nağıyeva) Təzəgül İntizam qızı ilə X4 onunla ünsiyyətdə olma qaydaları barədə X1 aralarında razılıq əldə olunmuş və mediasiya təşkilatında xx.xx.2023-cü il tarixli, N-1161 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən qızı X5 ilə hər həftənin şənbə günü saat 10:00-dan etibarən görüşməsi və uşağın razılığı əsasında həmin günün gecəsinin onunla qalması və ertəsi günü saat 12:00-da anasına qaytarılması, həmçinin uşağın ad günündən bir gün qabaq və ümumi bayram günlərinin birində onunla görüşməsi barədə razılığa gəlmişlər. Cəlilova (Nağıyeva) Təzəgül intizam qızı sazişin 6-cı bəndinə əsasən barışıq sazişi imzalandığı gündən 10 təqvim günü müddətində müvafiq sazişdən irəli gələn öhdəliyini könüllü olaraq icra etməli olduğu halda, bu öhdəliyini qərəzli olaraq yerinə yetirməmişdir. Belə ki, qızı Ayanla görmək üçün sazişdə qeyd edilən gündə Ordubad rayonunun Aza kəndinə getmiş, lakin Cəlilova (Nağıyeva) Təzəgül İntizam qızı eləcə də ailə üzvləri ona uşağı ilə görüşməyə imkan verməmişlər. Bu günədək Cəlilova (Nağıyeva) Təzəgül İntizam qızı uşağımın görüşü ilə bağlı müvafiq barışıq sazişində üzərinə götürdüyü öhdəlikləri qərəzli olaraq yerinə yetirmir. Barışıq sazişinin 9-cu bəndinə əsasən sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında ərizəçinin nümayəndəsi, vəkili iştirak etmişdir. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi, vəkili Nümayəndə ərizədə qeyd edilənlərlə eyni məzmunlu izahat vermiş, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs izahatında bildirmişdir ki, ərizəçinin ərizəsində qeyd etdikləri ilə razı deyil. Belə ki, ərizəçi ilə aralarında barışıq sazişi bağlanmış, barışıq sazişində ərizəçinin uşaqla ünsiyyətdə olması üçün görüş qaydası müəyyən edilmişdir. Ərizəçi bir dəfə uşaqla görüşməsi üçün gəlmiş, uşağı özü ilə aparmaq istəmiş, lakin uşaq onunla getmək istəməmişdir. Ərizəçinin uşaqla ünsiyyətinə mane olmamışdır. Ərizənin təmin edilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş 532948 nömrəli doğum akt qeydindən çıxarışdan görünür ki, X5 15 sentyabr 2016-cı il tarixdə doğulmuş, bu barədə 13 oktyabr 2016-cı il tarixdə akt qeydləri kitabında 353 nömrə ilə qeyd edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, N-1161 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi və Cəlilova (Nağıyeva) X3 Elvin Cəfər oğlunun 15 sentyabr 2016-cı il tarixdə doğulmuş X5 ilə hər həftənin şənbə günü saat 10:00-dan etibarən onunla görüşməsi və uşağın razılığı əsasında onunla gecələməsi və ertəsi gün saat 12:00-da anasına qaytarılması, həmçinin uşağın ad günündən bir gün qabaq və ümumi bayram günlərinin birində onunla görüşməsi barədə razılığa gəlmişlər. Məhkəmə ərizəçinin nümayəndəsi, vəkilinin, maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, onlara məcmu halda hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Ərizəçi və Cəlilova (Nağıyeva) Təzəgül İntizam qızı arasında bağlanmış 14 avqust 2023-cü il tarixli, N-1161 nömrəli barışıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından doğulmuş X4 atası Ərizəçi ilə ünsiyyətdə olması üçün görüş qaydası müəyyən edilmiş, tərəflər Ərizəçi X5 ilə hər həftənin şənbə günü saat 10:00-dan etibarən onunla görüşməsi və uşağın razılığı əsasında onunla gecələməsi və ertəsi günü saat 12:00-da anasına qaytarılması, həmçinin uşağın ad günündən bir gün qabaq və ümumi bayram günlərinin birində onunla görüşməsi barədə razılığa gəlmişlər. Lakin Cəlilova (Nağıyeva) Təzəgül qızı barışıq sazişi imzalandıqdan sonra sazişin şərtlərini icra etməmiş, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin- 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəyə baxılan zaman Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş öhdəliklərini icra etməmiş, Ərizəçi X5 ilə ünsiyyətinə mane olmuşdur. Baxmayaraq ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, N-1161 nömrəli barışıq sazişində Maraqlı şəxs Ərizəçi X5 ilə hər həftənin şənbə günü saat 10:00-dan etibarən görüşməsi və uşağın razılığı əsasında onunla gecələməsi və ertəsi günü saat 12:00-da anasına qaytarılması, həmçinin uşağın ad günündən bir gün qabaq və ümumi bayram günlərinin birində onunla görüşməsi üçün şərait yaradılması barədə üzərinə öhdəlik götürmüşdür. Odur ki, Ərizəçi “barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Məhkəmə ərizəçinin ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən tutulması tələbi ilə bağlı belə nəticəyə gəlir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs alınıb Ərizəçi verilməlidir . Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, N-1161 nömrəli barışıq sazişinin 9-cu bəndində tərəflər razılığa gəlmişlər ki, sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, N-1161 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Ərizəçi 15 sentyabr 2016-cı il tarixdə doğulmuş X5 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 10:00-dan onunla görüşsün, X4 razılığı əsasında Ərizəçi ilə gecələsin və ertəsi günü saat 12:00-da anasına qaytarılsın. X4 ad günündən bir gün qabaq və ümumi bayram günlərinin birində Ərizəçi X5 ilə görüşsün. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs alınıb Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-303/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-303/2024
20.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver