Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-402/2024 25.12.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, Maraqlı şəxs birgə nikahlarından 07 aprel 2013-cü il tarixdə doğulmuş X6 və 17 noyabr 2016-cı il tarixdə doğulmuş X1 üçün aliment öhdəliyinə dair X2 bağlanmış 03 noyabr 2023-cü il tarixli, İ-1650 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə Culfa rayon VVADQ şöbəsində 17 fevral 2011-ci il tarixdə nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Birgə nikahlarından 07 aprel 2013-cü ildə X6 və 17 noyabr 2016-ci ildə X5 doğulmuşdur. Maraqlı şəxs ilə aralarında olan nikah Culfa Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(089)-195/2024 nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən uşaqlar onun yanında saxlanılmışdır. Maraqlı şəxs uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərmədiyindən aliment alınması üçün mediasiya təşkilatına müraciət etmiş, Maraqlı şəxs ilə X2 uşaqların saxlanılması üçün aliment ödənilməsi barədə aralarında razılıq əldə olunmuş, Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixli, İ-1650 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs uşaqların saxlanılması üçün ona 01 mart 2022-ci il tarixdən başlamaqla hər ay 400 manat ödəməli idi. Müvafiq sazişə əsasən saziş imzalandıqdan sonra 10 gün müddətində ilkin aliment öhdəliyi yerinə yetirilməli idi. Lakin Maraqlı şəxs müvafiq sazişdən irəli gələn öhdəliyini, uşaqların saxlanılması üçün aylıq ödəməli olduğu 400 manat aliment pulunu sazişdə göstərilən müddətdə ona vaxtında ödəməmişdir. Bu səbəbdən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi və Maraqlı şəxs məlumat verilmiş, lakin onlar üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən ərizəyə Ərizəçi və Maraqlı şəxs iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, onlara məcmu halda hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli, İ-1650 nömrəli barışıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün hər ay 400 manat məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs hər ay 07 aprel 2013-cü il tarixdə doğulmuş X6 və 17 noyabr 2016-ci il tarixdə doğulmuş X1 üçün 400 manat məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür. Həmçinin il ərzində əmək haqqına olan əlavələrin də 1/3 hissəsini alimentə əlavə edəcəyini öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişi imzalandıqdan sonra sazişin şərtlərini tam icra etməmiş, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin- 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəyə baxılan zaman Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş alimenti tam ödəməmişdir. Baxmayaraq ki, tərəflər arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli, İ- 1650 nömrəli barışıq sazişində Maraqlı şəxs hər ay iki uşağın saxlanılması üçün 400 manat sabit pul məbləğində aliment ödənilməsini, həmçinin il ərzində əmək haqqına olan əlavələrin 1/3 hissəsini alimentə əlavə edəcəyini öhdəsinə götürmüşdür. Odur ki, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli, İ-1650 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Maraqlı şəxs birgə nikahlarından 07 aprel 2013-cü il tarixdə doğulmuş X6 və 17 noyabr 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Ərizəçi 400 manat məbləğində aliment ödəyəcəyini, həmçinin il ərzində əmək haqqına olan əlavələrin 1/3 hissəsi miqdarını alimentə əlavə edəcəyini öhdəsinə götürür. Tərəflər alimentin 03 noyabr 2023-cü il tarixdən Ərizəçi təqdim edəcəyi kart hesabı vasitəsilə ödənilməsi barədə razılığa gəlirlər. Maraqlı şəxs 07 aprel 2013-cü il tarixdə doğulmuş X6 və 17 noyabr 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 400 manat sabit pul məbləğində, həmçinin il ərzində əmək haqqına olan əlavələrin 1/3 hissəsi miqdarında aliment alınıb Ərizəçi verilsin. Alimentin tutulması 03 noyabr 2023-cü il tarixdən hesablansın, ödənilmiş aliment məbləği nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-402/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-402/2024
25.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver