Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-121/2020 12.08.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edənƏliyev X2 Bəhruz Həmzə oğlunun Cavabdeh qarşı torpaq sahəsi və yaşayış evinin ayrılması tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və yaşayış evinin ayrılması tələbinə dair iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə xx xxxxxx 2020-ci ildə daxil olmuşdur. Məhkəmə iddiaçıya bildirir ki, məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində müstəsna aidiyyət qaydaları da müəyyən edilmişdi. Qeyd edilən Məcəllənin 39.1-ci maddəsinin tələbindən aydın olur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Mülki-prosessual qanunvericiliyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Yuxarıda qeyd edilən prosessual normaları iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə əlaqəli şəkildə nəzərdən keçirən məhkəmə iddiaçının nəzərinə çatdırır ki, onun Cavabdeh torpaq sahəsi və yaşayış evinin ayrılması tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş tələbidir və həmçinin bu tələb müstəsna aidiyyəti olan tələbdir. İddiaçı tələbində mülkiyyət hüququnun tanınmasını tələb etdiyi daşınmaz əmlakın Şahbuz rayonu, Biçənək kəndində yerləşməsini və bunun atası X1 məxsus olmasını qeyd etsə də, onun məhkəməyə təqdim etdiyi, daha dəqiq ifadə etsək iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirən zaman müəyyən olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsinə dair sənədlər iddia ərizəsinə əlavə edilməyib. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmçinin həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən hal isə özlüyündə Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd edilən müstəsna aidiyyət qaydalarının müəyyən edilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və yaşayış evinin ayrılması tələbi barədə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən "Kapital Bank"ın Şahbuz filialı vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixdə TT**********01510 nömrəli qəbzlə AZ21NABZ**********000005944 nömrəli hesaba ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və yaşayış evinin ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "Kapital Bank"ın Naxçıvan filialı vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixdə TT**********01510 nömrəli qəbzlə AZ21NABZ**********000005944 nömrəli hesaba ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(090)-121/2020
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-121/2020
12.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver