Məhkəmə qərarları › İş №2(090)-127/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-127/2020

13.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-127/2020 13.10.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxx 2020-ci ildə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iki baş yanı-balalı iribuynuzlu malın özünü və ya dəyəri olan 4000 (dörd min) manat pulun, həmçinin bir baş atın özünü və ya onun dəyəri olan 300 (üç yüz) manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə ailəli olmuşam birgə nikahımızdan üç övladımız olub. Nikahımız 20 il bundan öncə pozulub. Nikahımız pozulandan sonra Cavabdeh özünə aid nə varsa hamısını aparıb. Biz bir müddətdən sonra onunla birlikdə yaşadıq, sonradan mən təqribən 2001-ci ildə Türkiyə Respublikasına getdim və orada işləyib gələndən sonra özümə 06 markalı avtomobil aldım. Qısa zamandan sonra mənə məxsus olan avtomobilimi satıb bir baş iri buynuzlu yanı balalı mal aldım və hal-hazırda iki baş iri buynuzlu malım və yanlarında dörd aylıq balaları olmuş bundan başqa bir ədəd atım var. Malların yaşları 10-12 yaş arasındadırlar, atımın isə 7 yaşı var. Mən spirtli içki qəbul etdiyimdən cavabdeh polisə şikayət etmiş və mən 27 gün Naxçıvan MR Psixi Dispanserdə qaldım. Dispanserdən çıxıb evə gələndən sonra gördüm ki, cavabdeh iki baş iri buynuzlu yanı balalı malları və bir atımı aparıb. Mən Familə ilə əlaqə saxlayıb yanı balalı malları və atı gətirib verməsini bildirdirsəm də, o, qeyd edilənləri verməyəcəyini dedi. İdiaçı İddiaçı xx xxxxxxx 2020-ci ildə keçirilən məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı əmlaktələbinə dair məhkəmədə iddia qaldırdığını, hazırda həmin iddia tələbindən imtina etdiyini, mülki işin icraatına xitam verilməsini məhkəmə iclasının keçirməyi xahiş etmişdir. İddiaçının iddiadan imtina etməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiadan imtina etməsi haqqında iddiaçının ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərəflərə həmçinin izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılmalı olduğundan, İddiaçı tərəfindən iddia qaldırılarkən “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz filialı vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixli, TT**********73430 nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli hesaba ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrəicraata xitam verilsin. İddiaçı tərəfindən iddia qaldırılarkən Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz filialı vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixli, TT**********73430 nömrəli qəbzlə AZ21NABZ******************** nömrəli hesaba ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəf rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar