Məhkəmə qərarları › İş №2(090)-146/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-146/2020

23.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-146/2020 23.12.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : İddiaçı xx xxxxxxx 2020-ci ildə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh özünə məxsus olan cehiz, qızıl-gümüş zinət əşyalarının özünü və ya onların dəyəri olan 2620 (iki min altı yüz iyirmi) manat pulun, birgə nikah dövrü qazanılmış 5300 (beş min üç yüz) manatın yarısı olan 2650 (iki min altı yüz əlli) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə xx xxxxxxxx 2019-cu il tarixdə Şahbuz rayon qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşam. Birgə nikahımızdan uşağımız olmayıb. Bu mənim birinci, cavabdehin isə dördüncü evliliyi olub. Şəmsəddinin məndən əvvəlki evliliyindən iki azyaşlı övladı var. Cavabdeh mənim onlara baxmadığımı və laqeyd münasibət bəslədiyimi bildirib, evdə mübahisə yaradıb paltarlarımı da yığıb maşına ataraq məni gecə saat 1200 radələrində öz maşınına mindirib, gətirib atam evinə qoydu və bir ay sonra aramızda olan nikahın pozulması üçün məhkəmədə iddia qaldırdı. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-486/2020 nömrəli qətnaməsinə əsasən nikahımız pozuldu. Mən cavabdehlə ailə quran zaman apardığım cehiz, qızıl-gümüş, zinət əşyaları hal-hazırda Şəmsəddinin yaşadığı evdə qaldı. Bundan başqa biz 9 ay birlikdə yaşadığımız müddətdə Şəmsəddin birlikdə qazandığımız pulun 800 manatını verib, ölən arvadının qara mərmərlə qəbrini götürdü. 4500 manatla isə 10 ədəd arı yeşiyi alıb, Şahbuz rayonu, Qızıl Qışlaq kəndində özünə məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 3 metr eni, 4 metr uzunluğunda dəmir profillə, arakəsmələrlə arı saxlamaq rəfi yığdırdı. Mən nikahımız pozulandan sonra Şəmsəddindən onun yaşadığı evdə qalan cehiz, qızıl-gümüş, zinət əşyalarımı və birgə nikah dövründə qazandığımız vəsait hesabına qəbirin götürülməsinə çəkilən 800 manat pulun, 10 ədəd arı yeşiyinin alınmasına və arıların saxlanılması üçün dəmir profillə yığdırdığı rəfə xərclədiyi 4500 manat pulun yarısının mənə verilməsini dəfələrlə tələb etsəm də cavabdeh bundan qəti olaraq imtina edib verməyəcəyini bildirdi. İddiaçı iddia ərizəsində cehiz əşyalarının ümumi dəyəri 760 (yeddi yüz altmış) manat təşkil edən dəyəri 30 manat olan iki ədəd iç-içə sarı zərli peçenye qabı, dəyəri 20 manat olan boşqab dəsti, dəyəri 10 manat olan bir ədəd konfet qabı, dəyəri 20 manat olan bir cüt xrustal konfet qabı, dəyəri 10 manat olan altı ədəd maskor, dəyəri 15 manat olan bir cüt bir ayaqlı çərəz qabı, dəyəri 60 manat olan üçlü Tefal markalı qazan dəsti, dəyəri 50 manat olan bir ədəd mis qazan, dəyəri 100 manat olan 1 cüt iki nəfərlik çexol-mələfə, dəyəri 30 manat olan tək nəfərlik Türkiyə istehsalı çexol-mələfə, dəyəri 50 manat olan qırmızı rəngli örtük, dəyəri 10 manat olan 1 dəst altı nəfərlik fincan-nəlbəki, dəyəri 10 manat olan 1 dəst altı nəfərlik xrustal stəkan-nəlbəki, dəyəri 120 manat olan yemək dəsti, dəyəri 50 manat olan ətçəkən maşın, dəyəri 20 manat olan blender, dəyəri 25 manat olan iç-içə meyvə qabı, dəyəri 130 manat olan su rəngi pərdəli yataq örtüyü olması, qızılgümüş zinət əşyalarının isə ümumi dəyəri 1860 (bir min səkkiz yüz altmış) manat təşkil edən birinin dəyəri əlli manat olmaqla ümumi dəyəri 100 manat olan iki gümüş sırğa-üzük dəsti, dəyəri 50 manat olan bir ədəd gümüş üzük, dəyəri 20 manat olan bir ədəd qaşlı gümüş üzük, dəyəri 40 manat olan dörd bijuteriya dəsti, dəyəri 1200 manat təşkil edən İtaliya istehsalı, 750 əyarlı, çəkisi 2 qram olan bir ədəd boyunbağı, çəkisi 3 qram olan bir ədəd klon, çəkisi 6 qram olan bir cüt sırğa, çəkisi 3 qram olan bir ədəd üzükdən ibarət ümumi çəkisi isə 14 qram təşkil edən ağ qızıl dəsti, dəyəri 250 manat olan Azərbaycan istehsalı, 535 əyarlı, çəkisi 5 qram təşkil edən bir ədəd qızıl üzük, dəyəri 200 manat olan Türkiyə istehsalı, 585 əyarlı, 5 qramdan ibarət bir cüt dairəvi qızıl sırğa olmasını qeyd etmişdir. Həmçinin iddiaçı tələbində dəyəri 18 manat olan Vİ,Vİİİ,İX siniflər üçün Azərbaycan tarixindən, dəyəri 18 manat olan Vİ,Vİİİ,İX siniflər üçün ümumi tarixdən sinif testləri, dəyəri 9.50 manat olan Vİ-Xİ siniflər üçün Azərbaycan tarixi-kurikulum, dəyəri 9.50 manat olan Vİ-Xİ siniflər üçün ümumi tarix kurikulumla, Vİİİ siniflər üçün Azərbaycan və Ümumi tarix vəsaitlərinin cavabdehdə olduğunu bildirmişdi. İddiaçı xx xxxxxx 2020-ci ildə keçirilən məhkəmə baxışı iclasında işin məhkəmədə baxılması zamanı Cavabdeh iddia ərizəsində qeyd etdiyi əşyalardan dəyəri 30 manat olan iki ədəd iç-içə sarı zərli peçenye qabı, dəyəri 10 manat olan bir ədəd konfet qabı, dəyəri 10 manat olan altı ədəd maskor, dəyəri 50 manat olan qırmızı rəngli örtük və dörd bijuteriya dəstindən üç dəstin aldığını və işə baxılması zamanı bunun nəzərə almasını məhkəmədən xahiş etmişdi. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin həcmi qeyd edilən əşyalara münasibətdə azaldılmışdı. İddiaçı məhkəmədə verdiyi izahatında Şəmsəddinlə xx xxxxxxxx 2019-cu ildə Pakizə müəllimənin vasitəçiliyi ilə ailə qurduğunu, bunun özünün ikinci, cavabdehin isə dördüncü evliliyi olduğunu, Şəmsəddinin əvvəlki arvadı öldüyündən balaca uşaqlarına baxıb, qayğı göstərmək üçün onunla evləndiyini, cavabdehlə səkkiz ay Babək rayonu, Hacıvar kəndində yaşadığını, 2020-ci ilin aprel ayının 15-də isə onunla mübahisə etdiyindən Hacıvar kənd icra nümayəndəsi, həmin kəndin sahə müvəkkili və Pakizə müəllimənin iştirakı ilə evdən çıxdığını, həmin vaxt özü ilə heç nə aparmadığını, dörd gün sonra isə Şəmsəddinin bacısı Hicranla birlikdə onlara gəldiyi, həmin günü cavabdehin oğlunun doğum günü olduğunu, bu səbəbdən də Şəmsəddinlə barışaraq evə qayıtdığını, elə evə təzəcə çatmışdı ki, yəni təqribən 15 dəqiqə sonra aralarında yenidən mübahisə yarandığını, həmin zaman ancaq paltarlarını götürərək evi tərk etdiyini, digər əşyaların götürməsinə cavabdehin imkan vermədiyini, həmin günü orada Şəmsəddinin evində onun bacıları Qətibə, Hicran, sonuncunun əri, cavabdehin atası Nəriman, anası Xublar, qardaşı Müşfiq, onun arvadı Mədinə, sonuncunun anası, Şəmsəddinin rəhmətə gedən arvadının anası Səkinə və cavabdehin qardaşı oğlu Rəfalətin olduğunu, həmin vaxt cavabdehin özünə aid olan paltarları örtüyün arasına yığıb evdən bayıra atdığını və Qazel markalı avtomobilin sürücü olan Vüsal adlı şəxsi çağıraraq onun əşyalarını maşına yığdığını, bundan sonra isə özünün Şəmsəddinin maşınına oturaq təqribən gecə on iki radələrində evlərinə gəldiyini, cavabdehin onu qapının ağzında maşından düşürdərək çıxıb getdiyini, özünün Şəmsəddinin evinə köçən zaman cehiz aparmadığını, ondan tələb etdiyi əşyaların bir çoxunu ya sonradan cavabdehlə yaşadığı evə apardığını, ya da yaxın və tanışlarının ona hədiyyə aldığını, dəyəri 20 manat olan boşqab dəstini ona bacısının qızı Aysun tərəfindən bayram hədiyyəsi kimi alındığını, dəyəri 20 manat olan bir cüt xrustal konfet qabını iş yoldaşı Sahilə müəllimənin, dəyəri 15 manat olan bir cüt bir ayaqlı çərəz qabını isə Nuranə müəllimənin ona hədiyyə etdiyini, dəyəri 60 manat olan Tefal” markalı üçlü “qazan dəstini toydan qabaq özünün aldığını, cavabdehlə ailə qurdurdan sonra özünün istəyi əsasında qardaşı Tofiqin onun yaşadığı evə gətirdiyini, dəyəri 50 manat olan bir ədəd mis qazanın anası tərəfindən ona hədiyyə edildiyini, Şəmsəddinin balaca övladına yemək bişirmək üçün sonradan həmin qabı gətirdiyini, dəyəri 100 manat olan 1 cüt iki nəfərlik çexol-mələfə dəstinin cavabdehlə ailə qurduğu gün onun evinə apardığını, dəyəri 30 manat olan tək nəfərlik Türkiyə istehsalı çexol-mələfə dəstinin əvvəldən aldığını, Şəmsəddinin evinə isə sonradan apardığını, dəyəri 10 manat olan 1 dəst altı nəfərlik fincan-nəlbəki, dəyəri 10 manat olan 1 dəst altı nəfərlik xrustal stəkan-nəlbəki, dəyəri 120 manat olan yemək dəstlərini cavabdehlə ailə qurmamışdan öncə aldığını və həmin yemək dəstlərini ümumiyyətlə cavabdehin evində işlətmədiyini, onlardan yemək dəstindən başqa digər iki əşyanı da ailə qurdurdan sonra özünün istəyi əsasında qardaşı Tofiqin onun yaşadığı evə gətirdiyini, dəyəri 50 manat olan “BEKO” markalı ətçəkən maşını və dəyəri 20 manat olan blenderi birinci evliliyi dövründə aldığını, sonradan onları özü ilə apardığını, dəyəri 25 manat olan iç-içə meyvə qabını və dəyəri 130 manat olan su rəngi pərdəli yataq örtüyünü əvvəlki evliliyi dövründə aldığını və cavabdehin evində onları da işlətmədiyini, gümüşdən olan zinət əşyalarının hamısını özünün Kərbəla şəhərinə ziyarətinə gedən zaman aldığını, qızıl-gümüş taxmağa bir o qədər də marağının olmadığını, buna görə də daha çox bijuteriya dəsti aldığını, ümumiyyətlə isə Şəmsəddinin onun nə geyinib, nə taxdığı ilə maraqlanmadığını, dəyəri 1200 manat təşkil edən İtaliya istehsalı, 750 əyarlı, çəkisi 2 qram olan bir ədəd boyunbağı, çəkisi 3 qram olan bir ədəd klon, çəkisi 6 qram olan bir cüt sırğa, çəkisi 3 qram olan bir ədəd üzükdən ibarət ağ qızıl dəstini isə əvvəlki evliliyi zamanı alındığını, onları sonradan cavabdehin evinə apardığını, dəyəri 250 manat olan Azərbaycan istehsalı, 535 əyarlı, çəkisi 5 qram təşkil edən bir ədəd qızıl üzüyün də əvvəlki nikahı zamanı alındığını və cavabdehin evinə getdiyi gün barmağına taxdığını, dəyəri 200 manat olan Türkiyə istehsalı, 585 əyarlı, 5 qramdan ibarət bir cüt dairəvi qızıl sırğanı isə 2018-ci ildə Türkiyə Respublikasında yaşayan bacısının ona hədiyyə etdiyini, özünün müəllimə işlədiyini, tarix fənnini tədris etdiyini, buna görə də cavabdehlə birlikdə yaşadığı evə özü ilə bəzi dərs vəsaitlərini apardığını, lakin bəzi vəsaitlərin Şəmsəddin tərəfindən ona geri qaytarılmadığını, bunlara dəyəri 18 manat olan Vİ,Vİİİ,İX siniflər üçün Azərbaycan tarixindən, dəyəri 18 manat olan Vİ,Vİİİ,İX siniflər üçün ümumi tarixdən sinif testləri, dəyəri 9 manat, 50 qəpik olan Vİ-Xİ siniflər üçün Azərbaycan tarixi-kurikulum, dəyəri 9 manat, 50 qəpik olan Vİ-Xİ siniflər üçün ümumi tarix kurikulumla, Vİİİ siniflər üçün Azərbaycan tarixi və Ümumi tarix vəsaitinin aid olduğunu, bundan əlavə Şəmsəddinin 2019-cu ilin dekabr ayında rəhmətə gedən arvadının qəbir daşını düzəltdirdiyini, ona 800 manat pul xərcləndiyini və bunu evlilik müddətində etdiyini, həmçinin 2020-ci ilin fevral ayında əlinə qazanc gəlməsi üçün arı ailəsini artırmaq istədiyini, buna görə də birinin dəyəri 150 manat olan 10 yeşik arı aldığını, onları kimdən aldığını bilmədiyini, arıların qoyulması üçün Şahbuz rayonu, Qızıl Qışlaq kəndində rəf yığdırdığını, bunu üçün cavabdehin eşitdiyinə görə 4500 manat pul sərf etdiyini, həmin pulu isə bal satışından əldə etdiklərini, qeyd edilən məbləğdə pulu saxlanılması üçün Şəmsəddinin özünün ona verdiyini, həmin pul vəsaitləri evlilik dövründə əldə edildiyindən 5300 manat məbləğin yarının cavabdehdən alınaraq ona verilməsini istədiyini bildirərək, yekunda iddiasının təmin ediməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçıdan əvvəl Aytəkin adlı qadınla evli olduğunu, oğlunun dünyaya gəlməsindən on gün sonra onun rəhmətə getdiyini, uşaqları balaca olduğundan onların qayğısına qalmaq üçün Fatma ilə 2019-cu ilin sentyabr ayının 30-da ilə ailə qurduğunu, iddiaçı ilə səkkiz ay birlikdə yaşadığını, 2020-ci ilin aprel ayının 15-də isə aralarında baş verən mübahisəyə görə Hacıvar kənd icra nümayəndəsi Namiqin, həmin kəndin sahə müvəkkilinin və qonşuları Pakizə müəllimənin iştirakı ilə ayrıldıqlarını, həmin vaxt Fatmanın özü ilə heç nə aparmadığını, həmin hadisədən dörd gün sonra isə oğlu Nihadın doğum günü olduğundan bacısı ilə birlikdə iddiaçının yaşadığı evə gedib onunla barışdığını və evə qaytardığını, evə qayıtdıqdan təqribən otuz dəqiqə sonra qonaqlara çay süzməməyə görə Fatma ilə yenidən mübahisə etdiyini və bu dəfə qəti olaraq ayrılmaq qərarına gəldiyini, bunu da Fatmaya dediyini, həmin vaxt iddiaçının özünə məxsus olan əşyalarının çoxunu apardığını, həmin əşyaları əvvəlcə öz maşını ilə aparmaq istə də, onlar maşına yerləşmədiyindən məcbur qalıb Vüsal adlı “Qazel” markalı avtomobil sürüsünü çağırdığını, iddiaçıya məxsus olan əşyaların həmin maşına yığıldığını, Fatmanın qeyd etdiyi kimi özünün iddiaçıya məxsus olan paltarları örtüyün arasına yığmadığını, həmin əşyaları Fatmanın özünün yığdığını, onun hansı əşyaları apardığını bilmədiyini, iddiaçını isə öz maşını ilə aparıb onların qapısında düşürtdükdən sonra geri qayıtdığını, qarşı tərəfin tələb etdiyi cehiz və qızıl-gümüş zinət əşyalarından isə dəyəri 20 manat olan boşqab dəsti, dəyəri 20 manat olan bir cüt xrustal konfet qabı, dəyəri 15 manat olan bir cüt bir ayaqlı çərəz qabı, dəyəri 60 manat olan “Tefal” markalı üçlü qazan dəsti, dəyəri 100 manat olan 1 cüt iki nəfərlik çexol-mələfə dəsti, dəyəri 30 manat olan tək nəfərlik Türkiyə istehsalı çexol-mələfə dəsti, dəyəri 10 manat olan 1 dəst altı nəfərlik fincan-nəlbəki, dəyəri 10 manat olan 1 dəst altı nəfərlik xrustal stəkan-nəlbəki, dəyəri 120 manat olan yemək dəstləri, dəyəri 20 manat olan blender, dəyəri 25 manat olan iç-içə meyvə qabı, dəyəri 130 manat olan su rəngi pərdəli yataq örtüyü ümumiyyətlə görmədiyini, iddiaçın ona məxsus evdə yaşayan zaman ölən arvadının qablarını işlətdiyini, Fatmanı həmişə öz maşını ilə onun ata-anasının evinə aparıb gətirdiyini, onun evlilik müddətində başqa şəxslərin maşını ilə heç vaxt gedib-gəlmədiyini və buna görə də özünün evinə iddiaçının hər hansı qab gətirməsini görmədiyini, iddiaçının həqiqətən də uşağa yemək vermək üçün bir ədəd mis qazan gətirdiyini, lakin həmin qazanı apardığını, onun dəyərinin isə Fatmanın qeyd etdiyi ki, 50 manat olmadığını,15 manat ancaq olacağını, Fatmanın ümumiyyətlə onun evinə qızıl-gümüş zinət əşyaları gətirmədiyini, onun tələb etdiyi qızıl və gümüş əşyalardan heç birini görmədiyini, dəfələrlə onunla toy və başqa məclislərə gedəndə onun üzərində belə bir bəzək əşyası olmasını müşahidə etmədiyini, özündə nə var idisə onları Fatmaya geri qaytardığını, onların isə bijuteriya dəsti olduğunu, iddiaçı tələbində dəyəri 18 manat olan Vİ,Vİİİ,İX siniflər üçün Azərbaycan tarixindən, dəyəri 18 manat olan Vİ,Vİİİ,İX siniflər üçün ümumi tarixdən sinif testləri, dəyəri 9 manat, 50 qəpik olan Vİ-Xİ siniflər üçün Azərbaycan tarixi kurikulum, dəyəri 9 manat, 50 qəpik olan Vİ-Xİ siniflər üçün ümumi tarix kurikulumla, Vİİİ siniflər üçün Azərbaycan tarixi və Ümumi tarix vəsaitinə gəldikdə isə həqiqətən də Fatmanın özü ilə onun evinə çoxlu kitab gətirdiyini, evin hər yerində kitab qoyduğunu, onları da gedərkən özü ilə apardığını, rəhmətə gedən arvadının qəbir daşını isə onun ölümü ilə bağlı dövlət tərəfindən verilmiş pulla 720 manata düzətdirdiyini, bundan əlavə özünün arı saxlayıb onları satmaqla gəlir əldə etməklə məşğul olduğunu, bir arı ailəsinin qiymətinin 150-200 manat arasında dəyişdiyini, hər il arının artımını satdığını, 2020-ci ilin aprel ayının sonunadək birinin dəyəri 120 manata 5 yeşik arı satdığını, arı rəfini isə sahibkar Nazim və Rəhimin 25 yeşik arısına qulluq etdiyindən onlar tərəfindən həmin rəfin yığılıb, pulsuz ona verildiyini bildirib yekunda iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdi. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflərin xx xxxxxxxx 2019-cu ildə nikaha daxil olması, onlar arasında bağlanmış nikahın Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-486/2020 nömrəli qətnaməsi ilə pozulması, İddiaçı Cavabdeh ilə birlikdə yaşadığı evi tərk edərək hazırda ondan ayrı yaşaması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla öz təsdiqini tapır: -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-486/2020 nömrəli qətnaməsindən tərəflərin xx xxxxxxxx 2019-cu ildə nikaha daxil olması, onlar arasında bağlanmış nikahın həmin qətnamə ilə pozulması; -tərəflərin məhkəmədə verdiyi izahatlarından isə İddiaçı Cavabdeh ilə birlikdə yaşadığı evi tərk edərək hazırda ondan ayrı yaşaması aydın olur. Yuxarıda göstərilən halla ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-486/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İddiaçının cavabdehdən ümumi dəyəri 660 (altı yüz altmış) manat təşkil edən cehiz, 1830 (bir min səkkiz yüz otuz) manat təşkil edən qızıl və gümüş zinət əşyalarının dəyərini və ya özünü, həmçinin birgə nikah dövründə qazanılmış 5300 (beş min üç yüz) manat məbləğində pulun yarısını və özünə məxsus olan dərs vəsaitlərini tələb etməsi isə işin mübahisəli hallarıdır. Mülki işin mübahisəli hallarının hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının tələbindən aydın olur ki, o, cavabdehdən: - dəyəri 660 (altı yüz altmış) manat təşkil edən cehiz; - dəyəri 1830 (bir min səkkiz yüz otuz) manat təşkil edən qızıl və gümüş zinət əşyalarının özünü və ya dəyərini; - 5300 (beş min üç yüz) manat məbləğində pulun birgə nikah dövründə qazanıldığından onun yarısını və; - özünə məxsus olan dərs vəsaitlərini özünü və ya dəyərini tələb edir. Onun tələblərinə hüquqi aydınlıq gətirməzdən öncə məhkəmə mülki prosesdə sübutetmə vəzifəsini tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tələbində cavabdehdən ümumi dəyəri 660 (altı yüz altmış) manat təşkil edən əşyaları tələb edərək bu əşyaların bəzilərinin ona iş yoldaşları, qohumları tərəfindən hədiyyə alınmasını, bəzilərinin özü tərəfindən əldə edilməsini qeyd etsə də tələbini əsaslandıran faktların təsdiqi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdi. Belə ki, iddiaçı tələbini əsaslandıran halların təsdiqi üçün qardaşı X6 və bacının qızı X3 şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmədə şahid qismində dindirilən X6 verdiyi ifadəsində Fatmanın Şəmsəddinlə ailə qurmamışdan öncə özü ilə bir həyətdə yaşadığını, belə ki, hazırda yaşadığın həyətdə iki ev yerləşdiyini, birində özünün ailə ilə birlikdə yaşadığını, digərində isə bacısı Fatmanın qaldığını, iddiasının cavabdehlə evlənməsindən sonra yaşadığı evin açarını ona verdiyini, daha sonra isə özünün həmin mənzili kirayə verdiyini, Fatma Şəmsəddinlə ailə qurub onun evinə köçdükdən sonra onun yaşadığı evdə olan əşyaların elə yerində qaldırdığını, onları özü ilə aparmadığını, sonradan isə bacının istəyi əsasında bəzi əşyaları onun yaşadığı evə apardığını, bu əşyalara ət maşını və blender aid olduğunu, bundan əlavə Fatmanın hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri işə getməsi ilə bağlı olaraq Şəmsəddinin balaca oğlunu onlara verdiklərini, bacının isə işə getməsi ilə bağlı onlara gələn zaman özünə aid bəzi əşyaları özü ilə apardığını, amma bunların tam olaraq hansı əşya olduğunu özünün şəxsən görmədiyini, bundan əlavə 2020-ci ilin Novruz bayramı ərəfəsində özünün Fatmaya bayram hədiyyəsi olaraq 50 manat dəyərində üçlü qazan dəstini aldığını, onu bayram axşamı günü bacısına apardığı, qeyd edilən gün onlara tək getdiyini, həmin gün isə Şəmsəddinin evdə olmadığını, lakin evlərinə qayıdanda cavabdehlə yolda görüşdüyünü, daha sonra isə, yəni Novruz bayramı günü tərəflərin yaşadığı evə bacısının qızı Aysunla birlidə getdiyini qeyd etmişdi. İddiaçının təqdim etdiyi digər şahid X5 isə məhkəmədə verdiyi ifadəsində 2020-ci ilin mart ayının 20-də dayısı Tofiqin ona zəng edərək xalası Fatmagilə gedəcəyini, onunla getməyi istəyib-istəmədiyini soruşduğunu, özünün də anası ilə məsləhətləşməsindən sonra dayısına xalasıgilə getmək istəyini bildirdiyini, bundan sonra isə anasından aldığı pulla Naxçıvan şəhərində yerləşən “Vətən Mebel” adlanan mağaza ilə üz-üzə yerdə yerləşən mağazadan xalası Fatmaya altı ədəd balaca, altı ədəd böyük və altı ədəd dərin boşqabdan ibarət 20 manat dəyərində qab aldığını, xalasının yaşadığı evə dayının ailəsi ilə birlikdə taksi ilə getdiklərini, həmin vaxt Şəmsəddinin evdə olduğunu, lakin sonradan onun harasa getdiyini, xalasına aldığı qabı onu özünə verdiyini, Fatmanın da onu açıb baxdığını, həmin vaxt isə Şəmsəddində evdə olmadığını qeyd etmişdi. İddiaçının məhkəmə təqdim etdiyi şahidlərin ifadələrinin sübut kimi qəbul edilən sayılıbsayılmaması ilə bağlı məhkəmə qeyd edir ki, onun təqdim etdiyi şahid X4 ifadəsi sübut kimi qəbul edilə bilməz. Çünki şahidin məhkəmədə verdiyi ifadəsi iddiaçının verdiyi izahatla ziddiyyət təşkil edir. Belə ki, iddiaçı ona verilmiş sübut sualına cavab olaraq dəyəri 60 manat olan “Tefal” markalı üçlü qazan dəstini toydan qabaq özünün aldığını, cavabdehlə ailə qurdurdan sonra özünün istəyi əsasında qardaşı Tofiqin onun yaşadığı evə gətirdiyini qeyd etsə də, şahid məhkəmədə verdiyi ifadəsində həmin qazan dəstini özünün 50 manata bayram hədiyyəsi kimi bacısına aldığını bildirmişdi. Bundan əlavə iddiaçı iddia tələbində qeyd edilən əşyaların hər biri ilə bağlı ona verilmiş sübut suallarına cavab verərkən qardaşı Tofiqin sonradan öz istəyi əsasında dəyəri 10 manat olan 1 dəst altı nəfərlik fincan-nəlbəki, dəyəri 10 manat olan 1 dəst altı nəfərlik xrustal stəkan-nəlbəki və üçlü qazan dəstlərini gətirməsini qeyd etdiyi halda, şahid məhkəmədə verdiyi ifadəsində bu əşyaların ətçəkən maşın və blenderdən ibarət olmasını bildirmişdi. Göründüyü kimi iddiaçı ilə şahidin qeyd etdiyi əşyalar eynilik təşkil etmir. X1 verdiyi ifadənin sübut kimi mümkünlüyünə gəldikdə isə məhkəmə belə hesab edir ki, onun ifadəsi sübut kimi qəbul ediləndir. Çünki, şahidin ifadəsində qeyd etdiyi xüsusatlar işin faktiki halları ilə ziddiyyət təşkil etməmiş və onun qeyd etdiyi halları tərəflər inkar etməmişdi. Belə ki, onun xalasına aldığı dediyi qabı, iddiaçı da məhkəmədə əvvəl verdiyi izahatında Aysunun aldlğını qeyd etmiş, cavabdeh isə Novruz bayramı günü Aysunun onlara gəlməsini inkar etməmiş, Cavabdeh ona verilmiş sübut sualına Aysunun onlara gəlməsindən sonra evdən çıxaraq getdiyi bildirmişdi, yəni qabın iddiaçıya verilməsi zamanı cavabdeh orada olmamışdı. Cavabdeh isə iddiaçının tələb etdiyi cehiz əşyalarından bir ədəd mis qabın İddiaçı tərəfindən onun yaşadığı evə gətirməsini qeyd etdiyindən, məhkəmə onun nəzərinə çatdırmışdı ki, həmin halla bağlı sübutetmə vəzifəsində dönüş yaranmışdı. Yəni iddiaçının qeyd edilən mis qabı özü ilə aparmasını təsdiq etməsini sübuta yetirmək cavabdehin üzərinə düşmüşdü. Sonuncu da iddiaçı kimi, iddianın təkzibi kimi qeyd edilən halın təsdiqi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdi. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının 660 manat dəyərində olan cehiz əşyalarının dəyəri və ya özünün qaytarılması tələbinin bir ədəd mis qab və dəyəri 20 manat olan boşqab dəstinə dair hissəsi əsaslıdır. Mis qabın dəyərinə gəldikdə isə iddiaçı qabın dəyərinin 50 manat olmasını bildirsə də, cavabdeh bunu qəbul etməmiş və qabın dəyərinin 15 manat ola biləcəyini qeyd etmişdi. Nə qədər ki, iddiaçı öz tələbini əsaslandıran, yəni əşyaların dəyərini təsdiq edəcək sübutu məhkəməyə təqdim edə bilmirsə, belə olan halda məhkəmə həmin əşyanın dəyəri kimi cavabdehin qeyd etdiyi məbləği əsas götürərək onun dəyərini 15 manat kimi qəbul edir. İddiaçının cavabdehə qarşı olan digər tələbi dəyəri 1830 (bir min səkkiz yüz otuz) manat təşkil edən qızıl və gümüş zinət əşyalarının özünü və ya dəyərini qaytarılmasıdır. O, gümüş əşyalarını Kərbəla şəhərinə ziyarəti getdiyi zamana oradan aldığını, dəyəri 1200 manat təşkil edən İtaliya istehsalı, 750 əyarlı, çəkisi 2 qram olan bir ədəd boyunbağı, çəkisi 3 qram olan bir ədəd klon, çəkisi 6 qram olan bir cüt sırğa, çəkisi 3 qram olan bir ədəd üzükdən ibarət ağ qızıl dəstini isə əvvəlki evliliyi zamanı alındığını, onları sonradan cavabdehin evinə apardığını, dəyəri 250 manat olan Azərbaycan istehsalı, 535 əyarlı, çəkisi 5 qram təşkil edən bir ədəd qızıl üzüyün də əvvəlki nikahı zamanı alındığını və cavabdehin evinə getdiyi gün barmağına taxdığını, dəyəri 200 manat olan Türkiyə istehsalı, 585 əyarlı, 5 qramdan ibarət bir cüt dairəvi qızıl sırğanı isə 2018-ci ildə Türkiyə Respublikasında yaşayan bacısının ona hədiyyə etdiyini bildirsə də, məhkəməyə həmin bəzək əşyalarının cavabdehin evinə aparılması, həmin evdə olmasını və ya cavabdehin evində yaşadığı dövrdə istifadə etməsini təsdiq edə biləcək mötəbər sübut təqdim edə bilməmişdi. Bundan əlavə məhkəmə iddiaçının nəzərinə onu da çatdırır ki, həmin zinət əşyalarının hər hansı bir fotoşəkildə və ya video görüntüdə əks olması onların cavabdehin yaşadığı evə aparılmasını təsdiq etmir. Bu kimi sübutlar yalnız tələb edilən əşyaların həqiqətən də mövcud olmasını təsdiqləyən sübut kimi istifadə edilə bilər. Həminin onlar o halda hazırki mübahisə üzrə sübut kimi sayıla bilər ki, bu şəkillər və ya video görüntülər iddiaçı ilə cavabdehin nikaha daxil olmasından sonra onların cavabdehin yaşadığı evdə və ya onların nikahda olduqları dövrdə çəkilsin. Cavabdeh isə məhkəmədə verdiyi izahatında ümumiyyətlə iddiaçının nə geyinib, nə kimi bəzək əşyasından istifadə etməsi ilə ümumiyyətlə maraqlanmadığını bildirmiş və bu səbəbdən də onun gətirdiyi bəzək əşyalarına fikir vermədiyini qeyd etmişdi. İddiaçı isə cavabdehin dediyi xüsusatları təsdiq etmişdi. Belə olan halda məhkəmə yenidən iddiaçının nəzərinə bir daha Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini çatdıraraq onun tələbini əsaslı qəbul etmir. İddiaçı Cavabdeh tələb etdiyi digər bir əmlak birgə nikah dövründə qazanılmış 5300 (beş min üç yüz) manat məbləğində pulun yarısıdır. O bunu cavabdehin 4500 manat məbləğində arı sataraq həmin dəyərdə onları saxlamaq üçün arı rəflərinin yığdırmasına sərf etməsi, həmçinin cavabdehin rəhmətə gedən arvadının qəbir daşının düzəldilməsi ilə bağlı 800 manat verməsi və bu pulun birgə nikah dövründə əldə edilməsi ilə əsaslandırıb. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsində ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan əmlak qeyd olunmuşdur. Həmin maddəyə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan aydın olur ki, həqiqətən də tərəflərin birgə nikahda olduğu dövrdə, cavabdeh Fatma ilə ailə qurmamışdan öncəki arvadının qəbir daşını düzəldildirmişdi. Bu tərəflərin məhkəmədə verdiyi izahatları ilə öz təsdiqini tapır. İddiaçı, Cavabdeh bununla bağlı çəkdiyi xərcin 800 manat olmasını bildirsə də, cavabdeh bunu qəbul etməmiş və 720 manat müqabilində qəbir daşını düzəldiyini qeyd etmişdi. İddiaçı öz tələbinin əsası kimi məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə bununla bağlı cavabdehin etiraf etdiyi hissəni əsaslı sayır. Bu tələbin digər hissəsinə, yəni cavabdehin 4500 manat dəyərində arı satması və həmin dəyərdə arı rəfinin yığılmasına gəldikdə isə Cavabdeh iddianın bu hissəsini qəbul etməmiş, 2020-ci ilin aprel ayınadək birinin dəyəri 120 manat olmaqla 5 yeşik arı satdığını, arı rəfinin isə ona hədiyyə verildiyini bildirmişdi. Belə olan halda tərəflərin birgə nikahda olduqları dövr ərzində cavabdehin 600 manat dəyərində arı sataraq gəlir əldə etməsi müəyyən edilir. Bu səbəbdən də məhkəmə qeyd edir ki, iddiaçının tələbi bu hissədə qismən əsaslıdır. Yəni həm qəbir daşının düzəldilməsi ilə bağlı çəkilmiş 720 manat xərc, həm də arıların satılması üçün əldə edilmiş 600 manat məbləğində gəlir tərəflərin birgə nikahda olduqları dövrdə əldə edildiyindən o ər-arvadın birgə mülkiyyəti sayılır. İddiaçı isə qeyd edilən məbləğlərin yarısının cavabdehdən alınaraq ona verilməsini tələb edir. Belə olan halda 660 (altı yüz altmış) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Cavabdehin arı rəfini 4500 manata yığdırmadığını, onun hədiyyə edilməsi ilə bağlı məhkəmə onu da qeyd edir ki, sübut etmək vəzifəsi təkzib (inkar) edən tərəfin deyil, onun təsdiq etməkdə maraqlı olan şəxsin üzərinə düşür. İddiaçı öz sübut etmə vəzifəni yerinə yetirdikdən sonra cavabdehin təkzib etmək vəzifəsi yaranır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Yəni bu halda ilkin olaraq iddiaçı 4500 manat məbləğində pulun evlilik müddətində qazanılmasını, həmin məbləğin arı rəfinin yığılmasına sərf etməsini sübuta yetirdikdən sonra cavabdehin həmin məbləğdə pulun qazanılmaması və arı rəfinin ona hədiyyə kimi verilməsini sübut etmək vəzifəsi yaranır. İddiaçı ilə yenə də öz tələbinin təsdiqi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdi. İddiaçının cavabdehdən sonuncu tələbi isə dəyəri 18 manat olan Vİ,Vİİİ,İX siniflər üçün Azərbaycan tarixi, dəyəri 18 manat olan Vİ,Vİİİ,İX siniflər üçün Ümumi tarix fənni üzrə sinif testləri, dəyəri 9 manat 50 qəpik olan Vİ-Xİ siniflər üçün Azərbaycan tarixi kurikulum, dəyəri 9 manat 50 qəpik olan Vİ-Xİ siniflər üçün ümumi tarix kurikulumla, Vİİİ siniflər üçün Azərbaycan tarixi və Ümumi tarix vəsaitinin özünün və ya dəyərinin qaytarımasıdır. İddiaçı məhkəməyə qeyd edilən dərs vəsaitlərinin mövcud olması və cavabdehlə birlikdə yaşadığı evə aparılması təsdiq edən mötəbər sübut təqdim etməsə də, Cavabdeh məhkəmədə verdiyi izahatında həqiqətən də, İddiaçı onun evinə çoxlu kitab gətirdiyini, gedəndə isə özü ilə apardığını bildirmiş və bununla da sübutetmə vəzifəsinin dönüşünü yaratmışdı. Yəni dərs vəsaitlərinin iddiaçı tərəfindən evi tərk edən zaman aparması ilə bağlı sübutetmə yükü ona keçmişdi. Cavabdeh isə qeyd etdiyi halın təsdiqi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdi. Mülki iş materiallarını, iş üzrə tərəflərin izahatlarını, şahid ifadələrini qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan əmlak tələbini qismən əsaslıdır. İddianın əsaslı sayılması ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181-ci maddəsində daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları qeyd olunub. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. İş üzrə tərəflərin izahatları ilə sübuta yetirilir ki, iddiaçının tələb etdiyi əşyalardan bir ədəd mis qab və bir ədəd boşqab dəsti ona hədiyə olunub, yəni həmin əşyalara mülkiyyət hüququnun yaranmasının əsasını bağışlama müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində isə bağışlama müqaviləsinin anlayışı verilib ki, həmin maddəyə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. İş üzrə iddiaçının cavabdehdən tələb etdiyi daşınar əşyalara mülkiyyət hüququ mövcud olması sübuta yetirildiyindən məhkəmə onu da tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən olunur ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırki, mülki iş materiallarından isə aydın olur ki, iş üzrə iddiaçı özünə məxsus olan və cavabdehdən tələb etdiyi, iddia tələbinin əsaslı sayıldığı əşyalar üzrə mülkiyyət hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində qeyd olunur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinin tələbinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İddia qismən təmin olunduğundan məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsini tələbini nəzərə almaqla qeyd edir ki, iddianın təmin olunmuş hissəsində, yəni 2 (iki) manat 90 (doxsan) qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin edilməli; - dəyəri 15 (on beş) manat olan bir ədəd mis qazan, dəyəri 20 (iyirmi) manat olan bir boşqab dəsti, dəyəri 18 (on səkkiz) manat olan Vİ,Vİİİ,İX siniflər üçün Azərbaycan tarixindən sinif testi, dəyəri 18 (on səkkiz) manat olan Vİ,Vİİİ,İX siniflər üçün ümumi tarixdən sinif testi, dəyəri 9 (doqquz) manat 50 (əlli) qəpik olan Vİ-Xİ siniflər üçün Azərbaycan tarixi kurikulum dərs vəsaiti, dəyəri 9 (doqquz) manat 50 (əlli) qəpik olan Vİ-Xİ siniflər üçün Ümumi tarix kurikulumla dərs vəsaiti, Vİİİ sinif üçün Azərbaycan tarixi dərs vəsaiti və Vİİİ siniflər üçün Ümumi tarix dərs vəsaitinin özü və ya dəyəri, həmçinin 660 (altı yüz altmış) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli; - iddia digər hissədə əsassız olduğundan rədd edilməli; - Cavabdeh 2 (iki) manat 90 (doxsan) qəpik miqdarında dövlət rüsumu alınaraq iş üzrə İddiaçı ödənilməlidir. Məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia qismən təmin edilsin. Dəyəri 15 (on beş) manat olan bir ədəd mis qazan, dəyəri 20 (iyirmi) manat olan bir boşqab dəsti, dəyəri 18 (on səkkiz) manat olan Vİ,Vİİİ,İX siniflər üçün Azərbaycan tarixindən sinif testi, dəyəri 18 (on səkkiz) manat olan Vİ,Vİİİ,İX siniflər üçün Ümumi tarixdən sinif testi, dəyəri 9 (doqquz) manat, 50 (əlli) qəpik olan Vİ-Xİ siniflər üçün Azərbaycan tarixi kurikulum dərs vəsaiti, dəyəri 9 (doqquz) manat, 50 (əlli) qəpik olan Vİ- Xİ siniflər üçün Ümumi tarix kurikulumla dərs vəsaiti, Vİİİ sinif üçün Azərbaycan tarixi dərs vəsaiti və Vİİİ siniflər üçün Ümumi tarix dərs vəsaitinin özü və ya dəyəri, həmçinin 660 (altı yüz altmış) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia digər hissədə əsassız olduğundan rədd edilsin. Cavabdeh 2 (iki) manat, 90 (doxsan) qəpik miqdarında dövlət rüsumu alınaraq iş üzrə İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar