Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-148/2022 29.07.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin sədri Səfərov Daşqın Yaqub oğlu ____________ etiraz ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin icraatında İddiaçı QİZİ Cavabdeh qarşı əmlak tələbi tələbinə dair mülki iş vardır. Qeyd edilən mülki iş hakim ______ icraatındadır. Məhkəmədə işə baxılarkən ______ etiraz ərizəsi verərək işə Naxçıvan MR Şahbuz Rayon Məhkəməsində baxılmasına etirazını bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, __________________ . Bu səbəbdən bütün məhkəmə tərkibinə etiraz etmiş, işin baxılması üçün mülki işin etiraz məsələsi həll olunması üçün ______ Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən əgər hakim şəxsən bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Belə olan halda hesab edirəm ki __________ etiraz ərizəsi təmin olunmalı və mülki iş başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə baxılması üçün ______ Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 22 və 263-cü maddələrini rəhbər tutub QƏRARA ALDİM: ____________ işə Naxçıvan MR Şahbuz Rayon Məhkəməsində baxılmasına dair etiraz ərizəsi təmin edilsin və mülki iş başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə baxılması üçün _______ Məhkəməsinə göndərilsin. Məhkəmənin sədri Daşqın Səfərov
Məhkəmə qərarları › İş №2(090)-148/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-148/2022
29.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver