Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-217/2023 27.07.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, Ərizəçi Maraqlı şəxs Mərdan oğluna qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 21-460 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə Maraqlı şəxs ilə 10 may 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini, Maraqlı şəxs barışıq sazişi üçün ödədiyi 150 (bir yüz əlli) manatı və 100 (bir yüz) manat dövlət rüsumunun, ümumilikdə 250 (iki yüz əlli) manat pulun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 152 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçi ərizəsində yaşayış yerini ünvan 1östərmiş, həmçinin “Elektron Məhkəmə” İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumata (verilmə tarixi xx.xx.2022) əsasən Ərizəçi rəsmi qeydiyyatda olduğu ünvanı ünvan 1östərilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə ərizəçinin yaşadığı yer üzrə verilmədiyi üçün ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi Maraqlı şəxs Mərdan oğluna qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi geri qaytarılsın. Ərizəçi yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-217/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-217/2023
27.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver