Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-241/2024 11.12.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı daşınmaz əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz rayon Keçili kəndində yerləşən JN-101D saylı , 0.03 ha ölçüdə olan torpaq sahəsinin üzərində özünün, mərhum X2, mərhum qayınanası X1, keçmiş həyat yoldaşı Cavabdeh1, övladları Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şahbuz rayon Keçili kəndində yerləşən 0,03 ha ölçüdə olan torpaq sahəsi özünün, mərhum X2, mərhum qayınanası X1, keçmiş həyat yoldaşım Cavabdeh1, övladları X4, X5 və Cavabdeh4 birgə mülkiyyətində olduğunu, Şahbuz rayon Keçili kəndində yerləşən JN-101D saylı,0.03 hektar torpaq sahəsində özünün aldığı pensiya vəsaiti və oğlum Cavabdeh4 böyük zəhmətləri hesabına abadlaşdırdıqlarını, X2 xx.xx.2011-cı ildə vəfat etdiyini, qayınanası X1 xx.xx.2009-cu ildə vəfat etdiyini, həmin torpaq sahələrinə paylarının hansı hissəsində olması, paylarından istifadə ilə bağlı aralarında narazılıqlar yarandığını, buna görə hər birinin payının müəyyən olunmasını istədiyini göstərmişdir. İddiaçı 07 noyabr 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində iddia ərizəsinin xahiş etdim hissəsində mərhum qayınatasının adının səhvliklə X12 olaraq qeyd edildiyini, məhkəmədən qayınatasının adının X13 olaraq nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı izahatında işin halları barədə iddia ərizəsində göstərdiyini, iddia ərizəsinə əlavəsinin olmadığını, məhkəmədən payların müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən cavabdeh izahatında 2011-ci ildə nikaha daxil olduğunu nikaha daxil olduqdan sonra ona yoldaşının soyadı x verildiyini, paylı mülkiyyətdə olan torpaq sahəsinə payların müəyyən olunmasını, həmin torpaq sahəsində iki yaşayış evinin olduğunu, həmin evlərin sənədləşdirilmədiyini, evlərdən birinin anasına verilməsini istədiyini, onların torpaq və evdən heçnə istəmədiklərini, torpaqda payları müəyyən olunduqdan sonra öz payını anası İddiaçı verəcəyini bildirərək, məhkəmədən payların müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən cavabdeh izahatında 2010-cu ildə nikaha daxil olduğunu nikaha daxil olduqdan sonra ona yoldaşının soyadı Məmmədova verildiyini, torpaq sahəsində payların müəyyən olunması xahiş etmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan məlumatlarla müəyyən olunur ki, İddiaçı Şahbuz rayonu, Keçil kəndində qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan məlumatlarla müəyyən olunur ki, Cavabdeh1 Şahbuz rayonu, Keçil kəndində qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan məlumatlarla müəyyən olunur ki, Cavabdeh2 Şahbuz rayonu, Keçil kəndində qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan məlumatlarla müəyyən olunur ki, Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan məlumatlarla müəyyən olunur ki, Cavabdeh4 Şahbuz rayonu, Keçil kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olan Keçili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 334364 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 21 noyabr 2009-cu il tarixdə ölmüş və bu barədə ölüm akt qeydləri kitabında 18 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olan Keçili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 436053 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X12 08 dekabr 2011-ci il tarixdə ölmüş və bu barədə ölüm akt qeydləri kitabında 07 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-101D Kod 10500078 nömrəli şəhadətnaməyə əsasən Şahbuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il, tarixli 08 nömrəli qərarı ilə 0.03 hektar torpaq sahəsi X13 və onun ailə üzvləri X3, Cavabdeh1, İddiaçı, X5 və Cavabdeh4 mülkiyyətinə verilməsi, bu barədə 166 nömrəli kitabda qeydiyyata alınması müəyyən olunur. İş materiallarına əlavə olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 433719 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh1 və İddiaçı arasında bağlanmış nikaha 27 sentyabr 2024-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması akt qeydləri kitabında 36 nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə aşağıdakılara görə iddianın təmin olunması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1-ci maddəsinə əsasən, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırması zamanı ümumi mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında payların müəyyən olunması barədə razılaşma olması müəyyən edilməmişdir. İş materiallarından da göründüyü kimi Şahbuz rayon Keçili kəndində yerləşən 0.03 ha ölçüdə olan torpaq sahəsi X13, X3, Cavabdeh1, İddiaçı, Cavabdeh, Cavabdeh və Cavabdeh4 paylı mülkiyyətinə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən torpaq sahəsi paylı mülkiyyətdə və mülkiyyətçilərin payları bərabər olduğundan Şahbuz rayon Keçili kəndində yerləşən 0.03 ha ölçüdə olan torpaq sahəsinə X13, X3, Cavabdeh1, İddiaçı, Cavabdeh, Cavabdeh və Cavabdeh4 hər birinin payı 1/7 müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. “İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Şahbuz rayon Keçili kəndində yerləşən 0.03 ha ölçüdə olan torpaq sahəsinə X13, X3, Cavabdeh1, İddiaçı, Cavabdeh, Cavabdeh və Cavabdeh4 payı 1/7 müəyyən olunmalı, iddia ərizəsi verilən zaman ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şahbuz rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-101D Kod 10500078 nömrəli şəhadətnaməyə əsasən Şahbuz rayonu, Keçili kəndində yerləşən paylı mülkiyyətdə olan 0.03 hektar torpaq sahəsi X13, X3, Cavabdeh1, İddiaçı, Cavabdeh, Cavabdeh və Cavabdeh4 hər birinin payı 1/7 müəyyən olunsun. İddia ərizəsi verilən zaman ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-241/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-241/2024
11.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver