Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-4/2025 30.01.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdehna qarşı “gediş-gəliş yoluna maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdehna qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək daşınmaz əmlakın hissəsinin mülkiyyətçisinin digər qonşuların sərbəst hərəkətinin məhdudlaşdırılmasına yönəlik hərəkətlərin qanunsuz hesab edilməsi və habelə bağlanmış qapı və dəhlizin cavabdehin şəxsi vəsaiti hesabına sökülərək iddiaçıların sərbəst hərəkətinin təmin olunması, 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsində göstərmişdirlər ki, Şahbuz şəhəri, H.Əliyev prospekti 33 ünvanında yerləşən ləğv edilmiş Şahbuz RKC-nin binasında olan qeyri-yaşayış təyinatlı və xüsusi mülkiyyətimizdə olan yerlərimizə giriş-çıxış qapıları və dəhlizləri, həmçinin mövcud binanın ikinci mərtəbəsinə qalxmaq üçün pilləkənlər sonuncu il yarım əvvəl Şahbuz rayon İcra Hakimiyəti başçısının şəxsi iştirakı və göstərişi ilə bir qapı və dəhliz tam hörülüb bağlanmışdır. Qalan bir dəhlizin isə 0.5 metr enində olan hissəsində balaca və dar cığır qoyulmaqla arakəsmə ilə kəsilmişdir ki, bunn da nəticəsində yaranmış şəraitdə mövcud binanın ikinci mərtəbəsinə qalxmaq üçün mövcud milli qanunvericiliyin fövqəladə hallarda xilasetmə işlərinin aparılması üçün nəzərdə tutulmuş olan texniki şərtlərə və habelə tikinti aparılması üçün standart tələblərə uyğun olmayan qanunsuz vəziyyət yaratmışdır. Binanın həmin hissəsində olan dəhlizin digər hissəsi isə Şahbuz qəsəbə sakini olan Cavabdeh tərəfindən 3 hissəyə bölünməklə orada bir bərbərxana, bir dükan və anbar düzəldilərək bizə şifahi məlum olduğuna görə sözügedən tərəflər arasında heç bir rəsmi müqavilə bağlanılmadan kirayə verilmişdir. Son vaxtlar Cavabdeh ültumatımvari şəkildə bildirmişdir ki, “bu 0.5 metrlik yolu və ikinci mərtəbəyə qalxan pilləkəni bağlayıram, pilləkəni sökürəm”. Cavabdeh hətta usta gətirib ikinci mərtəbəyə qalxan pilləkəni sökmək istəyirdi və bizə dedi ki, əgər bu yoldan və pilləkəndən istifadə etmək istəyirsinizsə mənə hər biriniz ayda 150 manat yolhaqqı (?????) ödəməlisiniz. Cavabdeh iddiaçılara bildirmişdir ki, “mənə hər biriniz ayda 150 manat yolhaqqı ödəmədiyiniz təqdirdə sökürəm və gedin başınıza çarə qılın”. Bu sözləri o, İcra başçısı və müavininə, həmçinin müvafiq Şəhər İcra nümayəndəsinə arxayın olduğunu bildirərək deyirdi. Bu dəhliz 20 il bundan qabaq RKC-ti tərəfindən Z.İbrahimova satılmış olubdur. O da bir müddət sonra Hüseyn adlı şəxsə satmışdır və bir müddətdən sonra həmin ərəfədə dəhlizin qanunsuz satıldığına görə sənəd qanuni hesab edilmədiyindən dəhliz yenidən öz əvvəlki vəziyyətinə bərpa edilmişdir. 5 il bundan əvvəlki tarixdə, yəni Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən sözügedən binanın ikinci mərtəbəsində yerləşən yerləri biz iddiaçılar tərəfindən satın alındığı tarixdə sözügedən keçidə dair aidiyyatı olan dəhliz tam açıq idi və habelə pilləkənlər də normal vəziyyətində idi. 2 il bundan əvvəl Cavabdeh orda peyda olub nəyin müqabilində olduğunu bilmədiyimiz şəraitdə oranı özününküləşdirməklə bizi faktiki olaraq çıxılmaz vəziyyətdə qoymuşdur və habelə əlavə olaraq qeyd edirik ki, sözügedən bu binanın ilkin sənədlərinə əsasən 2 (iki) ədəd giriş-çıxış qapılarının, 2 (iki) dəhlizin və pilləkənin nə üçün qanunsuz satıldığının aydınlaşdırılıb bizə lazımi köməklik göstərilməsi üçün ünvanları yuxarıda göstərilən orqanlardan sözügedən şikayət ərizəmizlə xahiş edilmişdir. Bütün bunlara baxmayaraq hələ də müraciətimiz cavablandırılmamışdır. Məhkəmə iclaslarıında iddiaçı qismində izahat verən İddiaçı1 izahatında bildirdi ki, ona məxsus əmlakı 2007-ci ildə protokol əsasında alıbdır, digər yeri isə 2007-ci ildə bibisi oğlu Zeynalabdin Musayev alıbdır, 2023-cü ildə isə Zeynalabdin Musayev ona satıbdır, pilləkən yeri qanunsuz olaraq satılıb, İcra Hakimiyyəti yeni pilləkən tikintisi üçün sənəd vermir. Əlavə olaraq İddiaçı1 bildirdi ki, mütəxxəsisin verdiyi rəylə razıl deyil ona görə ki, rəyə əlavə edilən sxemdə arxa tərəfdə olan qapı göstərilməyibdir, cavabdeh anbarın arxa hissəsində qapı aşıbdır, gələcəkdə arxa tərəfdən pilləkən salmaq istəsələr cavabdeh narazıçılıq edəcəkdir, mübahisəli qeyr-yaşayış sahəsinin ölçüləri də düzgün göstərilməyibdir, hal-hazırda gediş gəliş yolu istifadə etdikləri yerin cavabdehə məxsus sahədən göstərildiyi kimi 14.56 kv.m deyil, cavabdehin sənədlə 27 kv.m sahəsi olduğu halda rəydə 29 kv.m göstərilibdir, onlar gediş-gəliş yolu kimi 2.2 kv.m sahədən istifadə edirlər, həmin sahə hardasa 10 metr uzunu 0.5 m eni olan gediş-gəliş yoludur. Əlavə olaraq İddiaçı1 izahatında Cavabdeh adına 27 m2 qeyri-yaşayış sahəsi olduğunu, lakin onun 22 m2 sahədən istifadə etdiyini, həmin binanın ikinci mərtəbəsinə qalxan pilləkənin 50-80 sm enində olduğunu, pilləkən keçidi üçün dövlət orqanlarına müraciət etdiklərini, lakin bunun heç bir nəticə vermədiyini, qonşu mağaza sahiblərinin çöl tərəfdən pilləkən tikintisinə narazı olduqlarını, gediş-gəliş yollarının olmadığını, binanın ikinci mərtəbəsində onun adına üç qeyri-yaşayış obyekti olduğunu, onlardan ikisinin yardımçı otaq olaraq anbar kimi istifadə edildiyini, baş tərəfdə yerləşən birinci otağın isə əsas otaq olaraq sənaye malları satışı mağazası kimi özünün istifadə etdiyini, arxa tərəfdən qapı qoyulması üçün şərait olmadığını, orada mebel mağazası açmaq istədiyini, arxa tərəfdən maşın yolunun olmadığını, arxa tərəfdə qonşu mağaza sahiblərinin də razı olmadıqlarını, yerli icra hakimiyyətinin icazə üçün sənəd vermədiyini, pilləkən boşluğunu ilk Zülfüqar adlı şəxsin qanunsuz olaraq aldığını, Fövqəladə Hallar Nazirliyinin də pilləkən boşluğunun satıla bilməməsi ilə bağlı müraciətlərinə cavab verdiyini, orada işləyən zaman 14 il həmin pilləkəndən istifadə etdiyini, Zülfüqar adlı şəxsə satılan zaman sənəddə Şahbuz Rayon İstehsal Cəmiyyətinin inzibati binasının giriş hissəsinin Zülfüqara satılması göstərildiyini, qanunsuz olaraq satıldığı üçün əvvəlki icra başçısının çayçını bağlayaraq pilləkəni bərpa etdiyini bildirərərk, iddianı müdafiə etdiyini, təqdim edilmiş sənədlərə baxılaraq ədalətli qərar qəbul edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçı qismində izahat verən İddiaçı2 izahatında bildirdi ki, İddiaçı4 əmlakını xx.xx.2006-cı ildə alaraq sənədləşdirib, satın almadan qabaq qərar ilə X5, sonra isə X11 verilib, ona isə 2007-ci ildə qərar ilə satılıb, həmin binadakı yerlər 2006cı ildə qəbul olunmuş qərarla 2006-2007-ci illərdə satılıb. Arxada olan dəmir pilləkən “raykom” sədri olan Asəf Şıxıyev tərəfindən sökülüb. Həmin vaxt Bayramov Fəxrəddin isə icra nümayəndəsi işləyib. Cavabdehin dediyi kimi pilləkəni o sökməyib, 2008-ci ildə pilləkəni içəri tərəfdən kəsərək yuxarı qaldırdılar, pilləkənin üzərində kəsilmə ilə bağlı izlər hələ də qalır. Aşağı hissə çayçı kimi faəliyyət göstərirdi. Həmin zaman Cavabdeh yeri tərəfdən gediş-gəliş olmayıb. Həmin zaman ikinci mərtəbəyə arxa tərəfdən dəmir pilləkənlə qalxırdılar, pilləkən möhkəm olmadığı üçün iki nəfər yıxılaraq xəsarət alıb, zərərçəkmişlərin şikayətindən sonra onlar da pilləkənin düzəldilməsi ilə bağlı şikayət ediblər, Cavabdeh məxsus yerin həmin zaman kimə məxsus olduğunu bilmiyiblər, lakin Hüseyn orada çayçı işlədibdir, oranın mülkiyyətçisin kimliyi bilinmədiyi və Hüseynin adına sənədlər olmadığı üçün pilləkən əvvəlki vəziyyətində bərpa olunub. Çayçı 2 aydan artıq fəaliyyət göstərmədi. Çöldəki dəmir pilləkəni Asəf Şıxıyev qoyduğu üçün sonra da özü apardı. 2010-cu ildən sonra Cavabdeh oranı aldığı zamana qədər heç kim onlara oranın mülkiyyətçisi olduğunu deməyib. 2007-ci ilin sentyabr ayının 21-i o orada kurs açıbdır, 2007-ci ilin oktyabr-noyabr aylarında çayçı olduğu üçün aralarında mübahisə yarandı. İdris müəllimlə mübahisə yarandıqdan sonra binanın yan tərəfindən pilləkən tikmək üçün icra başçısından icazə alıblar, lakin pilləkənin yerləşəcəyi yerdəki qonşu mağazalar narazılıq etdiyi üçün tikintini başa çatdıra bilməyiblər, həmin pilləkənin yerləşəcəyi ərazi heç kimə məxsus deyil. Rəsmi yazılı sənədimiz olmadığı üçün tikintini davam etdirə bilmirlər. Sənəd almaq üçün Cavabdehla birlikdə də müraciət ediblər, Cavabdeh məhkəmə psosesi davam etdiyi üçün gediş-gəliş yollarını bağlamayıb. Məhkəmədən sonra yolu bağlayacaq. Oranı aldığı zaman pilləkəninin olmadığını bilsəydi, almayacaqdı. Onlar əmlakı aldıqdan sonra, yəni 2009-cu ildə satıldığını bilirdilər, alan zaman satılmış olduğunu bilmiyiblər, 8 aydır ki, İcra Hakimiyyətindən pilləkən tikintisi üçün sənəd verilməsini gözləyirlər, Fövqəladə Hallar Nazirliyinin məktubunda da pilləkən dəhlizinin satıla bilməməsi bildirilib. İnzibati məhkəmədə bu barədə iddia qaldırıblar, lakin satan hüquqi şəxsin hüquqi varisi olmadığı üçün həll edilməsi mümkün olmayıb. İqtisadi İnkişaf Nazirliyi isə 2011-ci ildən sonrası barədə hüquqi varis kimi çıxış etdiyini bildirib. Əlavə olaraq İddiaçı2 izahatında Yerli icra hakimiyyətinin icazə üçün rəsmi müraciət etdiklərini, lakin onlardan tələbin təmin və ya rədd edilmə ilə bağlı rəsmi cavab verilmədiyini, pilləkən tikintisi zamanı qonşu mağaza sahiblərinin şikayət etdiyini, buna görə də yerli icra hakimiyyətinin nümayəndəsinin gələrək tikintini dayandırdığını, Cavabdeh sənədlərində bölgü aparılmadığını, lakin mütəxəssisin təqdim etdiyi sənəddə bölgünün göstərildiyini, Cavabdeh sənədləri qanuni olarsa onunla razılaşacağını, sənədlərdə Cavabdeh məxsus sahənin 2.5 m eni, 11 m uzunluğunda olduğunu, lakin qalan 50 sm hissəni də istifadə etmək istədiyini, həmin hissənin ona məxsus olmadığını, binanın ikinci mərtəbəsində onun adına bir qeyri-yaşayış obyekti olduğunu, həmin yerin çayçı kimi fəaliyyət göstərdiyini, iddia tələbində gediş-gəliş yolunun bərpa olunmasını xahiş etdiklərini, Cavabdeh orada tikinti aparmadığını, adapenlə otaq ayrıldığını, özlərinin dövlət orqanlarına müraciət etdiklərini, həmçinin Cavabdeh onlarla birlikdə və özünün ayrı olaraq müraciət etdiyini, yerli icra hakimiyyətinin yazılı olaraq icazə vermədiyini, yerli icra hakimiyyətinin nümayəndəsinin gələrək tikintini saxladığını, İdris müəllimin araşdırmadan pilləkən boşluğunu aldığını və onların yolunu bağladığını, 2004-cü ildə ilk dəfə həmin sahənin satıldığını, 2022-ci ildə isə Cavabdeh aldığını, gediş-gəliş yollarının olmadığını bildirərərk, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı3 izahatında bildirdi ki, əmlakı 2007-ci ildə aldığını, digər iddiaçıların dedikləri ilə razılaşdığını, gediş-gəliş yollarının bərpa olunmasını xahiş etdiyini, binanın ikinci mərtəbəsində onun adına bir qeyri-yaşayış obyekti olduğunu, obyektinin oyun zalı kimi fəaliyyət göstərdiyini, orada kafe açmaq istədiyini, lakin gediş-gəliş yollarının olmadığına görə aça bilmədiyini bildirərərk, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı4, qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə İddiaçı4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh izahatında bildirdi ki, O, ödəniş edərək qanuni yolla həmin əmlakı alıbdır, iddiaçıların hərəkət sərbəstliyinə maneə yaratmayıbdır, əksinə iddiaçılar onun əmlakından sərbəst istifadə etməyinə imkan vermirlər. Bu barədə bir çox dövlət orqanlarına da müraciət edibdir, lakin məsələ həllini tapmır. Ona böhtan atırlar. Ona məxsus olan əmlakı 2004-cü ildə oranın mühasibi olan X1. Dünyamalıyev Hüseynə isə ondan təxminən 2 il sonra satılıb. 2022-ci ildə isə o alıbdır, orada yalnız onun yerinin girişi olub. Digər yerlərə arxadan və yandan girişlər var idi. Sonradan hər iki girişi bağlayıblar. Arxadan olan pilləkan isə sonradan sökülüb. İcra Başçısı yandan tikiləcək pilləkən üçün icazə verib. Pilləkənin layihəsi hazırlanıb, Fövqəladə Hallar Nazirliyindən, Şəhərsalmadan və Səlahiyyətli nümayəndədən razılıq alıblar. Əlavə olaraq Cavabdeh izahatında binanın birinci mərtəbəsində 2.7 m enində, 10 m uzunluğunda ümumi sahəsi 27 m2 olan qeyri-yaşayış obyektinin olduğunu, həmin obyektin hamısının istifadəsini bərpa etmək istədiyini, yerli icra hakimiyyətinə müraciət etdiyini, icra başçısının da ora gələrək arxa tərəfdən pilləkən tikintisi üçün razılıq verdiyini, arxa tərəfdəki dəmir piştaxtanın da icra başçısının göstərişi ilə çəkildiyini, arxa tərəfdən keçidin bərpa edilə biləcəyini, Fövqəladə Hallar Nazirliyinin işçilərinin də gələrək binaya baxış keçirdiklərini, onun əmlakının qanuni olduğunu bildirdiklərini, yol açılana qədər oradan müvəqqəti istifadə üçün razılıq verdiyini, iki ildir məsələnin həll olunmadığını, mübahisəli əmlakın ilk sahibi olan Zülfüqarın mağaza kimi istifadə etdiyi, daha sonra Hüseyn adlı şəxs tərəfindən yeməkxana kimi fəaliyyət göstərdiyini, bir müddət Hüseynin dayısı Sadiqov Rafiqin mağaza kimi istifadə etdiyini, dəyişikliklər olduqdan sonra bütün mağaza sahiblərinin şikayət etdiklərini və mağazaların qapılarının yola tərəf açıldığını, iddiaçıların yerini əlindən zorla almaq istədiklərini, mülkiyyətini qanuni yolla pulunu verərək aldığını, əvvəlki sahibkarla notariusda müqavilə bağladıqlarını, arxa tərəfdən olan əvvəlki dəmir pilləkəni icra başçısının sökdürdüyünü bildirərərk, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada mütəxəssis X7 məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən məlum olur ki, Heydər Əliyev prospekti, bina 33 ünvanında yerləşən ümumi sahəsi 55 m² olan qeyriyaşayış sahəsi İddiaçı4 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 6/1 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********31-06101-083010, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2022). İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadi İnkşaf Nazirinin 24 saylı 17 avqust 2001-ci il tarixli əmri ilə təsdiq edilmiş Texniki İnvertarllaşdırma şöbəsinin 000431 nömrəli, 24 mart 2006-cı il tarixli “Müəssisə və X14” ilə müəyyən olunur ki, Heydər Əliyev prospekti, bina 33 ünvanında yerləşən qeyri-yaşayış Texniki İnvertarlaşdırma şöbəsində Şahbuz RKC idarə Heyətinin 07 mart 2006-cı il tarixli 02 saylı protokol Qərarı Naxkoopittifaq idarə heyətinin 09 mart 2006-cı il tarixli 04 protokol qərına əsasən X2, Şahbuz rayonu DNO-nun xx.xx.2020-ci il tarixli 4Ə-23№ alqı-satqı müqaviləsinə əsasən Q.y.s X8, Şahbuz rayon DNO-nun xx.xx.2022-ci il tarixli 4Ə-61№-li alqı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 55 m² olan qeyri-yaşayış sahəsi İddiaçı4 adına **********31-06101-083010 reyestr nömrə ilə qeydiyyata alınıbdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən məlum olur ki, Heydər Əliyev prospekti, bina 33 ünvanında yerləşən ümumi sahəsi 57.8 m² olan qeyri-yaşayış sahəsi İddiaçı2 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 6/1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********31-06101-083009, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2019). İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 12 dekabr 2019-cu il tarixdə Qeyriyaşayış sahəsinə dair “Daşınmaz Əmlakın Texniki Pasportu” ilə müəyyən olunur ki, Heydər Əliyev prospekti, bina 33 yerləşən ümumi sahəsi 57.8 m² fqeyri-yaşayış sahəsi Şahbuz Rayon Koperativlə Cəmiyyətin idarə heyətinin xx.xx.2007-ci il tarixli sərəncamı, Şahbuz Rayon Koperativlə Cəmiyyətinin idarə heyətinin xx.xx.2007-ci il tarixli qərarına əsasən İddiaçı2 adına 542 nömrəli inventar nömrəsi ilə qeydə alınıbdır (reyestr nömrəsi: **********31-06101-083009). İş materiallarında olan Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən məlum olur ki, Heydər Əliyev prospekti, bina 33 ünvanında yerləşən ümumi sahəsi 7.6 m² olan qeyriyaşayış sahəsi İddiaçı3 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 6/1 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********31-06101-083013, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2023). İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 03 fevral 2023-cü il tarixdə Qeyriyaşayış sahəsinə dair “Daşınmaz Əmlakın Texniki Pasportu” ilə müəyyən olunur ki, Heydər Əliyev prospekti, bina 33 yerləşən ümumi sahəsi 7.6 m² olan qeyri-yaşayış sahəsi Şahbuz Kooperativlər Cəmiyyəti İdarə Heyətinin 16 iyul 2007-ci il tarixli, 04 nömrəli protokolu, X3 İdarə Heyətinin 23 iyul 2007-ci il tarixli, 15 nömrəli protokoluna əsasən İddiaçı3 adına 796 nömrəli inventar nömrəsi ilə qeydə alınıbdır (reyestr nömrəsi: **********31-06101-083013). İş materiallarında olan Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən məlum olur ki, Heydər Əliyev prospekti, bina 33 ünvanında yerləşən ümumi sahəsi 27.52 m² olan qeyriyaşayış sahəsi İddiaçı1 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 6/1 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********31-06101-083014, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2023). İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 03 fevral 2023-cü il tarixdə Qeyriyaşayış sahəsinə dair “Daşınmaz Əmlakın Texniki Pasportu” ilə müəyyən olunur ki, Heydər Əliyev prospekti, bina 33 yerləşən ümumi sahəsi 27.52 m² olan qeyri-yaşayış sahəsi Şahbuz Kooperativlər Cəmiyyəti İdarə Heyətinin 22 yanvar 2007-ci il tarixli, 02 nömrəli protokolu, X3 İdarə Heyətinin 23 yanvar 2007-ci il tarixli, 04 nömrəli protokoluna əsasən İddiaçı1 adına 797 nömrəli inventar nömrəsi ilə qeydə alınıbdır (reyestr nömrəsi: **********31-06101-083014). İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən məlum olur ki, Heydər Əliyev prospekti, bina 33 ünvanında yerləşən ümumi sahəsi 16.50 m² olan qeyri-yaşayış sahəsi İddiaçı1 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 6/1 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********31-06101-083006, qeydiyyat nömrəsi 121700122, qeydiyyat tarixi: xx.xx.2017). İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadi İnkşaf Nazirinin 01 saylı 22 yanvar 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş Texniki İnvertarllaşdırma şöbəsinin 000328 nömrəli, 05 yanvar 2017-ci il tarixli “Müəssisə və X14” ilə müəyyən olunur ki, Heydər Əliyev prospekti, bina 33 ünvanında yerləşən ümumi sahəsi 16.50 m² olan qeyri-yaşayış sahəsi Texniki İnvertarlaşdırma şöbəsində İddiaçı1 adına **********31-06101-083006 reyestr nömrə ilə qeydiyyata alınıbdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən məlum olur ki, Heydər Əliyev prospekti, bina 33 ünvanında yerləşən ümumi sahəsi 16.50 m² olan qeyri-yaşayış sahəsi İddiaçı1 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 6/1 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********31-06101-083007, qeydiyyat nömrəsi 121700123, qeydiyyat tarixi: xx.xx.2017). İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadi İnkşaf Nazirinin 01 saylı 22 yanvar 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş Texniki İnvertarllaşdırma şöbəsinin 000329 nömrəli, 05 yanvar 2017-ci il tarixli “Müəssisə və X14” ilə müəyyən olunur ki, Heydər Əliyev prospekti, bina 33 ünvanında yerləşən ümumi sahəsi 16.50 m² olan qeyri-yaşayış sahəsi Texniki İnvertarlaşdırma şöbəsində İddiaçı1 adına **********31-06101-083007 reyestr nömrə ilə qeydiyyata alınıbdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən məlum olur ki, Heydər Əliyev prospekti, bina 33 ünvanında yerləşən ümumi sahəsi 27 m² olan qeyriyaşayış sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 6/1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********31-06101-083011, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2023). İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadi İnkşaf Nazirinin 24 saylı 17 avqust 2001-ci il tarixli əmri ilə təsdiq edilmiş Texniki İnvertarllaşdırma şöbəsinin 000427 nömrəli, 14 mart 2006-cı il tarixli “Müəssisə və X14” ilə müəyyən olunur ki, Heydər Əliyev prospekti, bina 33 ünvanında yerləşən ümumi sahəsi 27 m² qeyri-yaşayış sahəsi Texniki İnvertarlaşdırma şöbəsində Cavabdeh adına **********31-06101-083011 reyestr nömrə ilə qeydiyyata alınıbdır. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Dövlət Xidmətinin mütəxəssis rəyindən görünür ki, Şahbuz şəhəri, Heydər Əliyev prospekti 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, həmin binada yerləşən Cavabdeh istifadə etdiyi qeyri-yaşayış sahəsində müayinə işləri zamanı həmin sahənin mövcüd vəziyyətdə bərbərxana, anbar və İİ-ci mərtəbəyə çıxan pilləkən qəfəsi və giriş dəhlizi sahəsi yerləşir. Mülkiyyətçi Cavabdeh sahənin bölərək bərbərxana 6.38 m², anbar 8.18 m² sahəsini istifadə edir. Qeyri-yaşayış sahəsinin digər hissələrini isə dəhliz 6.67 m², pilləkən qəfəsi 7.97 m² gediş-gəliş yeri olaraq istifadə edilir. Mövcüd vəziyyətdə onun istifadə etdiyi yer 14.56 m², gediş-gəliş yeri olaraq istifadə edilən yerin cəmi isə 14.64 m². Qeyri-yaşayış obyektinin sənəd üzrə sahəsi 27.00 m², mövcüd vəziyyətdə isə sahəsi 29.20 m²-dir. Həmin qeyri-yaşayış sahəsinə xx.xx.2006-cı il tarixdə X4 adına qeyri-yaşayış sahəsinin texniki pasportu verilmiş, ümumi sahəsi 27 m² olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Şahbuz şəhəri, Heydər Əliyev prospekti 33 ünvanında yerləşən mübahisəli qeyriyaşayış sahəsinə, tərəflərin və mütəxəssisin iştirakı ilə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi Heydər Əliyev prospektində yolun kənarında yerləşən, iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşir, qeyri-yaşayış sahəsində olan dəhlizin pilləkən boşluğunun sol tərəfində “adapen” tikinti materialı vasitəsi ilə iki otaq ayrılıb, dəhlizin bir hissəsi və pilləkən qəfəsi isə gediş-gəliş yolu kimi istifadə edilir. Mübahisəli qeyri-yaşayış sahəsinin girişinin dəhliz olan hissəsinin sağ tərəfdə olan gedişgəliş hissəsi daş hörgü ilə bağlanıb. Tərəflərin bildirdiklərinə əsaəsn həmin hissə də əvvəllər dəhliz olub və həmin dəhlizdə ikinci mərtəbəyə gediş-gəliş olub, sonradan həmin hissə başqa şəxs tərəfindən bağlanaraq mağaza olaraq satılıb. Binanın çöl hissəsinin sağ tərəfində yarımçıq dəmir metal konstruksiyalı pilləkən qəfəsi mövcüddur. Həmin dəmir metal pilləkən qəfəsi ikinci mərtəbəyə gediş-gəliş üçün nəzərdə tutulubdur. Həmin pilləkənin başa çatdırılmamasına səbəb isə binanın birinci mərətəbəsində yerləşən mağaza sahibinin gediş-gəliş yolunun oradan keçməsinə narazıçılıq etməsidir, baxış zamanı həmin dəmir pilləkən qəfəsinin digər qonşu qeyri-yaşayış sahələrinə maneçilik törətməsi müəyyən olunmur. Həmçinin binanın arxa tərəfinə baxış keçirilən zaman binanın ikinci mərtəbəsinə əvvəllər olan gediş-gəliş yolunun daş hörgü ilə bağlanması müəyyən edilir. Eyni zamanda binanın arxa tərəfinin birinci mərtəbəsində çayxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahənin içərisində olan gediş-gəliş yolunun olan hissənin də daş hörgü ilə bağlanması müəyyən edilir. Mübahisəli qeyri-yaşayış sahəsinin sol tərəfində yerləşən qonşu qeyri-yaşayış sahəsinin içərisindən əvvəllər istifadədə olan ikinci mərtəbəyə gediş-gəliş yolunun, eyni zamanda da binanın ikinci mərtəbəsində də həmin gediş-gəliş yolu olan hissənin iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahələri olan hissəsnin dəhlizin arakəsmə ilə bağlandığı müəyyən edilir. Binanın ikinci mərtəbəsində 5 (beş) otaq və bir dəhliz vardır, dəhlizin sonunda binanın qurtaracağında çölə açılan bir ədəd dəmir seyf qapı vardır, həmin qapı binanın sağ tərəfində olan dəmir metal konstruksiyalı pilləkəndən istifadə üçün qoyulubdur. Həmin dəmir seyf qapı dəmir metal konstruksiyalı pilləkən qəfəsi olan yarımçıq tikiliyə açılır. Baxış zamanı mübahisəli qeyriyaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın baxış keçirilən müxtəlif yerlərinin fotoşəkillərinin çəkilişi aparılaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə toplanmış sübutlara, iddiaçının, cavabdehlərin ərizələri və izahatlarına və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən əsassız olduğundan rədd edilməlidir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı Şahbuz Rayon Məhkəməsinə müraciət edərək daşınmaz əmlakın hissəsinin mülkiyyətçisinin digər qonşuların sərbəst hərəkətinin məhdudlaşdırılmasına yönəlik hərəkətlərin qanunsuz hesab edilməsi və habelə bağlanmış qapı və dəhlizin cavabdehin şəxsi vəsaiti hesabına sökülərək iddiaçıların sərbəst hərəkətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, iddiaçılar tələbinin əsası kimi mübahisəli qeyri-yaşayış sahəsinin qanunsuz satılması nəticəsində onların mülkiyyətində olan qeyryaşayış sahələrindən istifadələrnə maneçilik törədilərək onların hüquqlarının pozulduğunu göstərmişlər. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, İddiaçı2 hazırki mübahisəli qeyriyaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına əsas olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “X3 xx.xx.2004-cü il tarixli, 10 saylı qərarının ləğv olunması barədə tələbi”nə dair iddiası iddiaçının mübahisələndirdiyi qərardan xəbərdar olması, lakin mübahisələndirdiyi inzibati akt ona məlum olduğu vaxtdan 19 il müddət keçdikdən sonra məhkəmədə iddia qaldırması, bununla da qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsi əsası ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(122)-659/2023 nömrəli qəradadı ilə rədd edilmişdir. Eyni zamanda həmin qərardad ilə müəyyən olunur ki, X3 qüvvədə olan 23 mart 2004-cü il tarixli ləğvi tələb edilən qərarla eyni məzmunlu digər Qərarın da mövcüd olması və həmin qərarın hazırki işə təsiri iddiaçıya məhkəmə tərəfindən bilavasitə izah edilmiş, İddiaçı2 həmin məsələyə münasibət bildirməmişdir. Məhkəmə araşdırılması zamanı “X3 xx.xx.2004-cü il tarixli, 10 saylı qərarının digər iddiaçılar tərəfindən mübahisələndirmələri, eyni zamanda qeyd edilən qərardadın ləğv və ya dəyişdirilməsi müəyyən edilməmişdir. İddiaçılar mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh mülkiyyətinə qanunsuz olaraq verilməsini bildirsə də, iş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la Heydər Əliyev prospekti, bina 33 ünvanında yerləşən ümumi sahəsi 27 m² olan qeyri-yaşayış sahəsinin Cavabdeh xüsusi mülkiyyətində olması təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsində və eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləsdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Beləliklə mülki işin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçıların iddiası iddia etdikləri kimi mübahisəli qeyri-yaşayış sahəsinin qanunsuz satılması yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş qərardad ilə öz təsdiqini tapmadığından, həmin əsas ilə təmin edilə bilməz. İddiaçıların iddia tələbilərinin əsaslarından biri də onların mülkiyyətində olan qeyriyaşayış sahələrinə verilən “Texniki Pasportu”nda mövcud yolun olmasının və həmin yolun ümumi gediş-gəliş yol kimi göstərilməsidir. Bununla bağlı məhkəmə bir daha qeyd etmək istəyir ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsinin Şahbuz RKC idarə Heyətinin 23 mart 2004-cü il tarixli 02 saylı protokol Qərarı və Naxkoopittifaq idarə heyətinin 31 mart 2004-cü il tarixli 10 protokol qərarına əsasən, yəni 2004-cü ildə, iddiaçıların isə özlərinə məxsus qeyri-yaşayış sahələrinin satılması isə artıq mübahisəli qeyri yaşayış sahənin satılmasından sonra, yəni Ə.Abbasovun mülkiyyətində olan 55.0 kv.m qeyri-yaşayış sahənin xx.xx.2006-cı il, İddiaçı2 mülkiyyətində olan 57.8 kv.m qeyriyaşayış sahənin xx.xx.2007-ci il, İddiaçı3 mülkiyyətində olan 7.6 kv.m qeyri-yaşayış sahənin xx.xx.2007-ci il, İddiaçı1 mülkiyyətində olan 27.52 kv.m qeyri-yaşayış sahənin xx.xx.2007-ci il, 16.5 kv.m qeyri-yaşayış sahələrin xx.xx.2017-ci il tarixdə satılmaları iş materiallarında olan iddiaçılar tərəfindən təqdim edilən texniki pasportlarla müəyyən edilir. Yəni buradan görünür ki, iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahələrinə cavabdehin mülkiyyətində olan gediş-gəliş yolu olan qeyri-yaşayış sahəsi satıldıqdan, yəni xüsusi mülkiyyətə verildikdən sonra, hazırki iş üzrə iddiaçıların mülkiyyətində olan qeyriyaşayış sahəsinə hər-hansı hüquqlarının əsasları yaranıbdır. İddiaçıların tələblərinin biri də onların mülkiyyətində olan qeyri-yaşayış sahələrinə gediş-gəliş yolunun yalnız cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməklə mümkün olması əsası ilə qapı və dəhlizin cavabdehin vəsaiti hesabına sökülərək iddiaçılaraın sərbəst hərəkətinin təmin edilməsi tələbidir. Bununla bağlı məhkəmə qeyd edir ki, istər tərəflərin izahatları istərsə də yerli baxış protokolu ilə müəyyən olunur iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ikinci mərtəbəsinə müxtəlif vaxtlarda müxtəlif yerlərdən gediş-gəliş yolu mövcüd olub və hal-hazırda da binanın ikinci mərtəbəsinə gediş-gəliş yolunun başqa cür təmin edilməsi mümkündür. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinə yerli baxış zamanı mübahisəli qeyriyaşayış sahəsinin girişinin dəhliz olan hissəsinin sağ tərəfdə olan gediş-gəliş hissəsinin daş hörgü ilə bağlanması, həmin hissənin əvvəllər dəhliz olması və həmin dəhlizdən ikinci mərtəbəyə gediş-gəliş olması, sonradan həmin hissə başqa şəxs tərəfindən bağlanaraq mağaza olaraq satılması, binanın çöl hissəsinin sağ tərəfində yarımçıq dəmir metal konstruksiyalı pilləkən qəfəsi mövcüd olması, həmin dəmir metal pilləkən qəfəsi ikinci mərtəbəyə gediş-gəliş üçün nəzərdə tutulması, həmin pilləkən qəfəsinin başa çatdırılmamasına səbəb isə binanın birinci mərətəbəsində yerləşən mağaza sahibinin gediş-gəliş yolunun oradan keçməsinə narazıçılıq etməsi, baxış zamanı həmin dəmir pilləkən qəfəsinin digər qonşu qeyri-yaşayış sahələrinə maneçilik törətməməsi, həmçinin binanın arxa tərəfinə baxış keçirilən zaman binanın ikinci mərtəbəsinə əvvəllər olan gedişgəliş yolunun daş hörgü ilə bağlanması, eyni zamanda binanın arxa tərəfinin birinci mərtəbəsində çayxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin içərisində olan gediş-gəliş yolunun olan hissənin də daş hörgü ilə bağlanması, mübahisəli qeyri-yaşayış sahəsinin sol tərəfində yerləşən qonşu qeyri-yaşayış sahəsinin içərisindən əvvəllər istifadədə olan ikinci mərtəbəyə gediş-gəliş yolunun bağlanması, binanın ikinci mərtəbəsində də həmin gediş-gəliş yolu olan hissənin iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahələri olan hissəsnin dəhlizin arakəsmə ilə bağlanması, binanın ikinci mərtəbəsində dəhliz olması, dəhlizin sonunda, yəni binanın qurtaracağında çölə açılan qapının olması, həmin qapının binanın sağ tərəfində olan dəmir metal konstruksiyalı pilləkəndən istifadə üçün nəzərdə tutulması, həmin dəmir seyf qapı dəmir metal konstruksiyalı pilləkən qəfəsi olan yarımçıq tikiliyə açılması müəyyən olunur. Məhkəmə araşdırılması zamanı tərəflər izahatlarında binanın çöl hissəsinin sağ tərəfində olan binanın ikinci mərtəbəsinə gediş-gəliş yolunun dəmir metal konstruksiya pilləkən qəfəsinin salınmasına yerli icra qurumları tərəfindən razılıq verilməsini bildirsələr də, həmin gedişgəliş yolunun salınması iddiaçılar tərəfindən yerli icra hakimiyyəti tərəfindən sərəncam verilməməsi əsası ilə dayandırdıqlarını bildirmişlər. İddiaçılar tərəfindən gediş-gəliş yolunun salınması ilə əlaqədar müvafiq icra orqanlarına rəsmi müraciət etmələri və yaxud onlara həmin müraciətlərinə mənfi cavab verilməsi barədə hər-hansı bir sənəd təqdim edilməmişdir. İddiaçılar əsas gətirdikləri haldan biri də cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sənədlər də 27 kv.m, faktiki isə 29.2 kv.m olması, həmin artıq 2.2 kv.m sahənin gediş-gəliş yolunun olmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mütəxxəsis rəyində mübahisəli qeyri-yaşayış sahəsinin faktiki sahənin 29.2 kv.m olması göstərilsə də, həmin rəyə əlavə edilmiş sxemlə gediş-gəliş yolunun uzunluğunun 11 metr olması müəyyən edilir ki, buda gediş-gəliş yolunun enin 0.20 olması anlamına gəlir ki, bu ölçülərdə olan gedişgəliş yolunun istifadə isə qeyri-mümkündür. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların tələb etdiyi cavabdehə məxsus qeyri-yaşayış sahəsindən binanın ikinci mərtəbəsinə gediş-gəliş yolunun mövcüd vəziyyətdə hər-hansı fövqaladə vəziyyət olacağı təqdirdə və ya yanğın təhlükəsi zamanı insanların hərəkətinə maneə törətdiyindən istifadəsi məqsədəuyğun deyildir. Həmin gediş-gəliş yolundan təhlükəsiz istifadənin isə cavabdehin xüsusi mülkiyyətində və istifadəsində olan qeyri-yaşayış sahəsində yerləşən bərbərxana, anbar və İİ-ci mərtəbəyə çıxan pilləkən qəfəsi və giriş dəhlizi sahələrinin, yəni mülkiyyətçi Cavabdeh mülkiyyətində olan sahəsi 6.38 m² olan bərbərxana, sahəsi 8.18 m² olan anbar, qeyri-yaşayış sahəsinin gediş-gəliş yeri olaraq 6.67 m² olan dəhliz və sahəsi 7.97 m² olan pilləkən qəfəsi olan sahələrin ümumi istifədəyə verməklə, yəni mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən əsassız məhrum edilməsi ilə mümkündür, bu isə mülkiyyət huququnun toxunulmazlığı prinsipinə ziddir. Məhkəmə araşdırılması zamanı qeyd edilən sahələrin Cavabdeh xüsusi mülkiyyətində olması öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “daşınmaz əmlakın hissəsinin mülkiyyətçisinin digər qonşuların sərbəst hərəkətinin məhdudlaşdırılmasına yönəlik hərəkətlərin qanunsuz hesab edilməsi və habelə bağlanmış qapı və dəhlizin cavabdehin şəxsi vəsaiti hesabına sökülərək iddiaçıların sərbəst hərəkətinin təmin olunması tələbləri”nə dair iddiaları qeyd edilənlər baxımından əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən iddia qaldırılan zaman ödənilən dövlət rüsumu iddiaçılara aid edilməlidir. Beləliklə məhkəmə yekunda hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “daşınmaz əmlakın hissəsinin mülkiyyətçisinin digər qonşuların sərbəst hərəkətinin məhdudlaşdırılmasına yönəlik hərəkətlərin qanunsuz hesab edilməsi və habelə bağlanmış qapı və dəhlizin cavabdehin şəxsi vəsaiti hesabına sökülərək iddiaçıların sərbəst hərəkətinin təmin olunması, 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçılara verilməsi tələbləri”nə dair iddiaları təmin edilməməli, iddia qaldırılan zaman ödənil dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı daşınmaz əmlakın hissəsinin mülkiyyətçisinin digər qonşuların sərbəst hərəkətinin məhdudlaşdırılmasına yönəlik hərəkətlərin qanunsuz hesab edilməsi və habelə bağlanmış qapı və dəhlizin cavabdehin şəxsi vəsaiti hesabına sökülərək iddiaçıların sərbəst hərəkətinin təmin olunması tələbinə dair iddia rədd edilsin. İddiaçılar tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-4/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-4/2025
30.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver