Məhkəmə qərarları › İş №2(090)-42/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-42/2025

04.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-42/2025 04.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Şahbuz Şəhər Uşaq Bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və aylıq pul təminatının fərqinin ödənilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdehı üzrə xx.xx.2024-cü il tarixli 94 №-li əmrinin ona münasibətdə ləğv edilərək qanunsuz olaraq azad edildiyi 1 aklad yardımçı-fəhlə vəzifəsinə işə qaytarılmağı və işinin məcburi dəyişdirilməsi ilə əlaqədar olaraq aylıq pul təminatının (vəzifə maaşı və. s) fərqinin hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəsatət təqdim edərək Şahbuz Rayon Məhkəməsinə cavabdeh Şahbuz Şəhər Uşaq Bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və aylıq pul təminatının fərqinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini, mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı vəsatəti təmin edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Şahbuz Şəhər Uşaq Bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və aylıq pul təminatının fərqinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar