Məhkəmə qərarları › İş №2(090)-60/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-60/2025

03.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-60/2025 03.02.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində qoyulmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış X2 18 dekabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, Maraqlı şəxs .Mürsəl oğlu ilə 14 oktyabr 2015-ci ildə Badamlı kənd İcra Nümayəndəliyində rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahdan 18 noyabr 2017-ci il təvəllüdlü X6 və 18 noyabr 2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Səbuhi ilə yola getmədiyimizdən 05 noyabr 2024-cü ildən uşaqlarla bərabər anam evində yaşayıram. O, uşaqlarının maddi durumu ilə maraqlanmadığından uşaqların mənim yanımda saxlanılması və aliment tələbi ilə bağlı Naxçıvan Mediasiya təşkilatına müraciət etdim. 18 dekabr 2024-cü il tarixdə Səbuhi ilə razılığa gələrək uşaqların mənimlə qalması və hər ay hər bir uşağa 200 manat olmaqla ümumilikdə 400 manat aliment verməsi baradə barışıq sazişi bağladıq. Ondan sonra Səbuhi noyabr və dekabr aylarının aliment pulunu ödədi. Lakin, növbəti aliment 01 yanvar 2025-ci ildə ödənilməli olduğu halda bu günədək ödəməmişdir. Dəfələrlə Səbuhiyə alimenti ödəməli olmasını bildirsəm də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməli olmuşam. Tələbimin əsası kimi istinad etdiyim lakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş nikahın bağlanması və doğum haqqında .şəhadətnamələrin surətini və mediasiya təşkilalmm 18 dekabr 2024-cü il tarixli barışıq sazişini ərizəmə əlavə edirəm. Hörmətli məhkəmə nəzərinizə çatdırmaq istəyirəm ki, cavabdehin qeydiyyatı barədə arayışı əldə etməkdə çətinlik çəkirəm. Bu sübutun təmin edilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəsini müdafiə etdiyini, Maraqlı şəxs ilə 14 oktyabr 2015-ci il tarixdə nikaha daxil olduqlarını, birgə nikahlarından iki övladları doğulduğunu, uşaqlarının arasında 1 yaş fərq olduğunu, 18 dekabr 2024-cü il tarixdə Maraqlı şəxs ilə uşaqların ananın yanında qalması və hər bir uşağın saxlanması üçün 200 manat aliment ödənilməsi barədə razılığa gəldiklərini, alimentdən iki dəfə aylıq 360 manat olmaqla ödəniş etdiyini, hər ay 40 manat az pul ödədiyini, 80 manat aliment borcu qaldığını, anasının zəng vuraraq Maraqlı şəxs işləmədiyini, aliment ödəməyəcəyini bildirdiyini, Maraqlı şəxs taksi fəaliyyəti ilə məşğul olduğunu, Maraqlı şəxs ona yenidən barışıq sazişi bağlanması ilə bağlı müraciət etmədiyini, hər ayın 1-i tarixindən 10-na kimi ödəməsi barədə razılığa gəldiklərini, fevral ayı üçün haı-hazırda ödəniş edilmədiyini, ödənişləri o zəng vurduqdan sonra gətirib verdiklərini, ilk ödənişin barışıq sazişi bağlandıqdan sonra verildiyini, digər ödənişi isə yanvar ayının 17-si ödədiyini, Maraqlı şəxs pensiya aldığını, yeni kart hesabı açdırdığını, ödənişin kart hesabına köçürülməsini istədiyini, Maraqlı şəxs pensiya kartının anası Xatirə Məmmədovada olduğunu, ödənişi Xatirə Məmmədovanın əlində gətirib verdiyini, lakin yubanma olduğunu bildirmişdir. Sonda Ərizəçi göstərilənləri nəzərə alaraq məhkəmədən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə baxış iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Badamlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilən AZ-İ seriyalı, 691681 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Maraqlı şəxs və X9 arasında 14 oktyabr 2015-ci il tarixdə nikahlarının bağlanması, nikah bağlandıqdan sonra iddiaçıya “Məmmədova” soyadının verilməsi müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 748492 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən 18 noyabr 2017-ci il təvəllüdlü X6 adlı övladlarının olması müəyyən olunur. İş materiallarında olan Badamlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilən AZ-İİİ seriyalı, 965058 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən 11 mart 2019-cu il təvəllüdlü X7 adlı övladlarının olması müəyyən olunur. İş materiallarında olan Badamlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 23 noyabr 2024-cü il tarixli, 138 nömrəli arayışdan görünür ki, Ərizəçi Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemində olan məlumatdan görünür ki, cavabdeh Maraqlı şəxs Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatdadır. İş materiallarında olan 18 dekabr 2024-cü il tarixli, MŞN/24-M-01648 nömrəli “Barışıq sazişi”ndən görünür ki, tərəflər fərdi və birgə sessiyalardan ibarət tam mediyasiya prosesində qarşılıqlı anlaşma nümayiş etdirərək müzakirə olunan məsələ üzrə aşağıdakı razılığa gəlirlər: 1.Tərəflər 14 oktyabr 2015-ci ildə birgə nikaha daxil olduqlarını və həmin nikahdan 18 noyabr 2017-ci il təvəllüdlü X6, 11 mart 2019-cu il təvəllüdlü X7 adında 2 övladlarının doğulmasını bildirirlər. Ərizəçi haliyədə ailədə mövcüd olan bir sıra anlaşılmazlıqlar səbəbindən nikahın pozulmasını və nikah pozularkən uşaqların onun yanında saxlanılmaqla qarşı tərəfin uşaların saxlanılması üçün onlar yetkinlik yaşına çatana kimi hər ay Qanunvericiliklə nəzərdə tutulan sabit qaydada aliment ödənilməsini xahiş edir. Maraqlı şəxs nikahın pozulmasını istədiyini, uşaqların ananın yanında qalması və uşaqların saxlanması üçün aliment ödənilməsi barədə qarşı tərəfin təklifini səmimi qəbul edərək etiraz etmədiyini bildirdi.

2. Ərizəçi və Maraqlı şəxs hər ikisinin razılığına əsasən birgə nikahdan doğulmuş övladları 18 noyabr 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019-cu il təvəllüdlü X4 nikah pozularkən ananın yanında qalması razılığına gəlirlər;

3. Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları 18 noyabr 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019-cu il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana qədər hər ay Ərizəçi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) aliment ödənilməsini öhdəsinə götürür;

4. Alimentin Ərizəçi təqdim edəcəyi bankomat kart hesabına hər ayın 01-dən 10-na kimi köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlirlər;

5. Maraqlı şəxs ilkin aliment ödənişinin 2024-cü ilin dekabr ayının 01-dən Ərizəçi təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, Maraqlı şəxs 2024-cü ilin dekabr ayının 01-dən müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə, yəni Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə ərizəçilər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 18 dekabr 2024-cü il tarixli, MŞN/24-M- 01648 nömrəli “Barışıq sazişi” aşağıdakı məzmunda təsdiq edilsin. 1.Tərəflər 14 oktyabr 2015-ci ildə birgə nikaha daxil olduqlarını və həmin nikahdan 18 noyabr 2017-ci il təvəllüdlü X6, 11 mart 2019-cu il təvəllüdlü X7 adında 2 övladlarının doğulmasını bildirirlər. Ərizəçi haliyədə ailədə mövcüd olan bir sıra anlaşılmazlıqlar səbəbindən nikahın pozulmasını və nikah pozularkən uşaqların onun yanında saxlanılmaqla qarşı tərəfin uşaların saxlanılması üçün onlar yetkinlik yaşına çatana kimi hər ay Qanunvericiliklə nəzərdə tutulan sabit qaydada aliment ödənilməsini xahiş edir. Maraqlı şəxs nikahın pozulmasını istədiyini, uşaqların ananın yanında qalması və uşaqların saxlanması üçün aliment ödənilməsi barədə qarşı tərəfin təklifini səmimi qəbul edərək etiraz etmədiyini bildirdi. 2.Ərizəçi və Maraqlı şəxs hər ikisinin razılığına əsasən birgə nikahdan doğulmuş övladları 18 noyabr 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019-cu il təvəllüdlü X4 nikah pozularkən ananın yanında qalması razılığına gəlirlər;

3. Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları 18 noyabr 2017-ci il təvəllüdlü X3 və 11 mart 2019-cu il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana qədər hər ay Ərizəçi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) aliment ödənilməsini öhdəsinə götürür;

4. Alimentin Ərizəçi təqdim edəcəyi bankomat kart hesabına hər ayın 01-dən 10-na kimi köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlirlər;

5. Maraqlı şəxs ilkin aliment ödənişinin 2024-cü ilin dekabr ayının 01-dən Ərizəçi təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlirlər. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Alimentin tutulmasının əvvəli “01” dekabr 2024-cü il tarixdən hesablansın. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar