Məhkəmə qərarları › İş №2(090)-87/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-87/2023

28.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-87/2023 28.02.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, e-1171 nömrə ilə qeydiyyatdan keçmiş Maraqlı şəxs ilə 07 dekabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Maraqlı şəxs ilə 09 dekabr 2010-cu il tarixdə nikaha daxil olubdur, həmin nikahdan 09 fevral 2009-cu il tarixdə doğulmuş X10 və 14 fevral 2013-cü il tarixdə doğulmuş X12 adlı iki övladları vardır, aralarında olan nikahın pozulması, uşaqların onun yanında qalması və aliment tələbi ilə bağlı mediasiya prosesində onunla Maraqlı şəxs arasında alimentin ödənilməsi barədə 07 dekabr 2022-ci il tarixdə “Barışıq sazişi” bağlanmışdır. Həmin sazişə görə 09 fevral 2009cu il tarixdə doğulmuş X10 və 14 fevral 2013-cü il tarixdə doğulmuş X1 üçün hər ay ayın 30-dan gec olmayaraq, hər uşaq üçün Maraqlı şəxs tərəfindən 110 manat məbləğində, cəmi 220 manat aliment ödənilməlidir, alimentin ilk ödənişi dekabr ayının 30-da ödənilməlidir, lakin Maraqlı şəxs “barışıq sazişinin şərtlərinə əməl etməyib, Barışıq sazişinin imzalanmasından iki aydan artıq vaxt keçməsinə baxmayaraq, bu günə kimi ödəməli olduğu alimenti ödəməyibdir. Hal-hazırda uşaqları onunla birlikdə yaşayır, uşaqlarını saxlamaqda çətinlik çəkir, Maraqlı şəxs alimenti ödəmədiyi üçün, o məcbur qalıb məhkəməyə müraciət edibdir. Sonda Ərizəçi göstərilənləri nəzərə alaraq məhkəmədən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Maraqlı şəxs qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə baxış iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Maraqlı şəxs Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Eyvazova X6 rayonu, Külüs kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ seriyalı, 514422 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə X3 arasında nikah “09” dekabr 2010-cu il tarixdə Şahbuz rayonu, Külüs kənd İƏDÜ nümayəndəlikdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmiş, nikahdan sonra arvada “Eyvazova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 510734 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 09 fevral 2009-cu ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Maraqlı şəxs, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 853382 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 14 fevral 2013-cü ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Maraqlı şəxs, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli, E-1171 nömrəli “Barışıq sazişi”ndən görünür ki, tərəflər (birinci) Ərizəçi və (ikinci) Maraqlı şəxs tam mediasiya prosesində qarşılıqlı anlaşma nümayiş etdirərək gələcəkdə birgə yaşayışı davam etdirməyin mümkün olmayacağı qənaətinə gəldiklərinə görə məhkəməyə müraciət etməklə nikahlarının pozulması razılığına gəlirlər, uşaqların yaşayış yerinin müəyyən olunması üzrə Qəyyumluq və Himayə Komissiyasının rəyinə uyğun olaraq qərar verəcəklər. “İkinci tərəf” (Maraqlı şəxs) birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün uşaqlar yetkinlik yaşına çatana kimi “birinci tərəfə” (Ərizəçi) hər ay hər uşağa 110 manat (cəmi 220 manat) məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür. İlk aliment ödənişinin dekabr ayından başlamaq şərtilə növbəti aylarda hər ayın 30dan gec olmayaraq “birinci tərəfin” təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsi ilə ödənilməsi razılığına gəlirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi Maraqlı şəxs hər ayın 30-dan sonra müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə, yəni Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2023-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə ərizəçilər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. (Birinci tərəf) Ərizəçi və (ikinci tərəf) Maraqlı şəxs arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli, E-1171 nömrəli “Barışıq sazişi” aşağıdakı məzmunda təsdiq edilsin. “Tərəflər” tam mediasiya prosesində qarşılıqlı anlaşma nümayiş etdirərək müzakirə olunan məsələlər üzrə aşağıdakı qərarı verirlər: - gələcəkdə birgə yaşayışı davam etdirməyin mümkün olmayacağı qənaətinə gəldiklərinə görə müvafiq Məhkəmə Orqanına müraciət etməklə nikahlarının pozulması razılığına gəlirlər; - uşaqların yaşayış yerinin müəyyən olunması üzrə Qəyyumluq və Himayə Komissiyasının rəyinə uyğun olaraq qərar verəcəklərini bildirirlər; - “İkinci tərəf” birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün uşaqlar yetkinlik yaşına çatana kimi “birinci tərəfə” hər ay hər uşağa 110 manat (cəmi 220 manat) məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür; - İlk aliment ödənişinin dekabr ayından başlamaq şərtilə növbəti aylarda hər ayın 30-dan gec olmayaraq “birinci tərəfin” təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsi ilə ödənilməsi razılığına gəlirlər. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Alimentin tutulmasının əvvəli “30” dekabr 2022-ci il tarixdən hesablansın. Maraqlı şəxs 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar