Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-106/2025 08.04.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X16 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçi X5 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi X5 ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxslər - Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Qorbunov Sergey Mixayloviç ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü anası X4 ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində qardaşı X3 rəhmətə getmişdir. Onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzil var idi. Onun həyat yoldaşı və uşaqları olmadığından vərəsəsi qismində o, müvafiq notariat kontoruna müraciət etmişdir. Lakin orada onların valideynlərinin rəhmətə getməsinə dair təsdiqedici sənədləri istəmişlər. Anası X10 (doğum tarixi: xx.xx.1966-cı il), xx.xx.1994-cü il tarixində rəhmətə getmişdir və Pirallahı qəsəbəsində dəfn edilmişdir. Lakin rəhmətə getməsinə baxmayaraq onlara onun ölümü ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. Qeyd etmişdir ki, dəfn xərclərini qarşılamaq üçün müvafiq dövlət orqanları oğlunun ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Ölüm haqqında şəhadətnamə isə ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin əsasında verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xx.xx.1966-cı il təvəllüdlü anası X4 ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X5 nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə qonşuluqda yaşayır. X10 ərizəçinin anasıdır. O, xx.xx.1966-cı ilə yaşadığı mənzildə vəfat etmişdir. Onun dəfn mərsimimdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olan X10 ilə qonşuluqda yaşamışdır. X10 1994-cü il tarixdə rəhmətə getmişdir və Pirallahı qəsəbəsində dəfn edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini və işin faktiki hallarını araşdırıb, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA0063892 saylı çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanı X1 məxsusdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1980-ci ildə anadan olmuş, atası X9, anası X6. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə anadan olmuş, atası X11, anası X6. İş materiallarında olan Pirallahı rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 ölüm faktını təsdiq edən sənədi və ya müvafiq məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən icra edildiyindən Maraqlı şəxsnə müraciət etməyi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 75 il müddətinə həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Əlavə olaraq bildirilir ki, VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivlərinə yalnız 1947-ci ilə qədər təhvil verilmişdir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə və ya inzibatiu ərazi vahidliyi üzrə müvafiq qeydiyyat şöbəsinə müraciət etməyi xahiş olunmuşdur. İş materiallarında olan “X13” X15 xx.xx.2025ci il tarixli məktubundan görünür ki, X4 rəhmətə getməsi barədə təsdiqedici sənədlər müəssisədə mövcud deyil. İş materiallarında olan 5 Saylı Bakı “ASAN Xidmət” X2 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbiu şəhadətnamə təqdim etmədiklərinə görə ölümün dövlət qeydiyyatının tərəflərindən aparılması mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZ-İİ 410418 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və X5 mərhum anası X4 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: X5 ərizəsi təmin olunsun. xx.xx.1966-cı il təvəllüdlü X4 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-106/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-106/2025
08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver