Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-179/2024 11.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxslər - Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il təvəllüdlü oğlu X2 ölmünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci il təvəllüdlü oğlu X5 xx.xx.2024-cü il tarixində rəhmətə getmişdir. Onun rəhmətə getməsi faktının təsdiq edilməsi üçün “X8” X9 müraciət etmişdir. Lakin həmin qurum xx.xx.2024-cü il tarixli 18-1-16/2-Ə-xx-xx/2024 saylı cavab məktubu ilə X2 ölüm faktını yenə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Qeyd etmək istəyir ki, dəfn xərclərini qarşılamaq üçün müvafiq dövlət orqanları oğlunun ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Ölüm haqqında şəhadətnamə isə ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin əsasında verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xx.xx.1970-ci il təvəllüdlü oğlu X2 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, mərhumun qohumudur. Ərizəçinin oğlu, yəni mərhum Oleq xəstə idi və xx.xx.2024-cü il tarixdə xəstəliyi ilə əlaqədar vəfat etdi. Bunu bütün qohumlar bilirdi ki, mərhum xəstəydi. Onlar dəfndə iştirak edib. İş üzrə şahid qismində dindirilmiş Shelikhova Elena məhkəmə iclasında digər şahidin ifadəsindəki xüsusatları təsdiq etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1970-ci ildə anadan olmuş, atası Ərizəçi, anası Əhmədov Olqadır. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Xəzər rayon Qeydiyyat şöbəsi ərizəçinin oğlu X2 ölümünün qeydə alınması barədə xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyasının 18 saylı bölməsinin sorğuya cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:14-də ünvan 3 ünvanına X2 adına çağırış olmuş, kişi cinsində meyid aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Prokurorluğunun sorğuya cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Pirallahı RPİ-nin X1 rayon prokurorluğuna X3 yaşadığı ünvan 4 ünvanında vəfat etməsi ilə bağlı məlumat daxil olmuşdur. İlkin baxış keçirən zaman aşkar edilmişdir ki, X6 xəstəlikdən öz əcəli ilə ölmüşdür. Həmçinin, bununla əlaqədar X3 atası Ərizəçi ərizə ilə rayon prokurorluğuna müraciət edərək X3 uzun müddətdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkdiyini, xəstəlikdən xx.xx.2024-cü il tarixdə öz əcəli ilə vəfat etdiyini, bununla bağlı heç bir şikayət və ya tələbinin olmadığını və məhkəmə-tibbi ekspertizasının keçirilməsindən imtina etdiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, X3 vəfat etməsi ilə əlaqədar araşdırma zərurəti olmadığından daxil olmuş sənədlərin işə alınması məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin sorğuya cavab məktubundan görünür ki, Pirallahı RPİ-nin rəisi polis polkovniki Cümşüd İsmayılovun xx.xx.2024-cü il tarixli, 3-13-56/2-2044/24 nömrəli məktubun vasitəsilə xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında yaşayan vətəndaş X6 yaşadığı evdə vəfat etməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 sağ əlinin şəhadət (02 dəfə) və sol əlinin orta barmağının (araq putulkası üzərindən götürülmüş) əksləri ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum oğlu X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. xx.xx.1970-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-179/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-179/2024
11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver