Məhkəmə qərarları › İş №2(094)-210/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-210/2025

12.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-210/2025 12.08.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X15 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxslər - Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası-xx.xx.1928-ci ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.1996-cı ildə yaşadığı ünvan 1 ünvanda ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X8 onun atasıdır. O, xx.xx.1928-ci ildə Bakı şəhərində doğulmuş və ünvan 2 ünvanda yaşamışdır. X1 xx.xx.1996-cı ildə qəflətən ürəktutmadan yaşadığı evdə vəfat etmişdir. Mərhum atasının ölüm faktının qeydə alınması üçün xx.xx.2025-ci il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən imtina məktubu verilərək rəhmətə gedən atasının ölüm haqqında tibbi şəhadətnaməsi təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Mərhum X1nun vərəsəlik qaydasında miras payının müəyyən edilməsi üçün mərhum atasının ölümn haqqında şəhadətnaməsinin olmaması onun vərəsələrinin və vərəsəlik qaydasında miras payının müəyyən edilməsinə maneçilik törədir. Qeyd olunanlara əsasən mərhum atası-xx.xx.1928-ci ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.1996-cı ildə yaşadığı ünvan 1 ünvanda ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi onun bibisidir. X7 atasıdır. H.Rəfiyev 1996-cı ildə evdə vəfat edib və Zirə qəbiristanlığında dəfn edilib. O, yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun dostunun bibisidir. X7 atasıdır. H.Rəfiyev 1996-cı ildə evdə vəfat edib və Zirə qəbiristanlığında dəfn edilib. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və işin faktiki hallarını araşdırıb, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1955-ci ildə anadan olmuş, X1, anası X2r. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.1996-cı il tarixli tibbi ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1928-ci il təvəllüdlü X8 xx.xx.1996-cı il tarixdə Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalıoğlu küçəsi, ev 24 ünvanında ürək-damar çatışmazlığından vəfat etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Hacıbaba qızının atası xx.xx.1928-ci il təvəllüdlü X8 xx.xx.1996-cı il tarixində vəfat etmiş və Zirə qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum X1 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. xx.xx.1928-ci il təvəllüdlü X8 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar