Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(094)-230/2023 19.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi X3, Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X2 və anası X1 ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçinin yönəltdiyi tələblər bir-biri ilə əlaqədar deyil, bu tələblər ayrıayrılıqda baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəməyə müraciət edilərkən hər bir şəxs ərizənin və ya iddia ərizəsinin verilməsinin MPM-lə müəyyən edilmiş qaydasına, formasına və məzmununa, həmin sənədlərə aid müəyyən edilmiş tələblərə əməl etməlidir. Bunlara əməl edilməklə məhkəməyə müraciət edildiyi hallarda məhkəmədə iş başlanılır. Ərizəçinin tələbindən aşkar surətdə göründüyü kimi, o, iki fərqli şəxsin, yəni xx.xx.2020-ci il tarixdə ölmüş qardaşının və xx.xx.2021-ci il tarixdə ölmüş anasının ölüm faktının müəyyən edilməsini tələb edir. Ərizəçi, bir-biri ilə əlaqədar olmayan iki tələbi birləşdirmişdir. İki fərqli şəxsin ölüm faktının müəyyən edilməsi ayrı-ayrılıqda araşdırılma tələb edən məsələlər olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan əlavə, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi 100,0 manat məbləğində dövlət rüsumunu ödəmiş olsa da, dövlət rüsumunu Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hesabına deyil, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Ərizəçi isə mövcud iddia tələbi üzrə dövlət rüsumu ödəsə də, qanunla müəyyən edilmiş qaydada ödəməmiş və dövlət rüsumunun lazımi qaydada ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Beləliklə, ərizə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də ərizəçinin ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 108.1.1, 108.3, 152.1, 152.1.5, və 152.2–ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(094)-230/2023
Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №2(094)-230/2023
19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver