Məhkəmə qərarları › İş №2(094)-308/2024

Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №2(094)-308/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(094)-308/2024 26.11.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, Ərizəçiov İbrahim oğlunun iştirakı ilə Ərizəçiov İbrahim oğlunun hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçiov İbrahim oğlu ərizə ilə məhkəməyə müraciət edərək 1871-ci il təvəllüdlü Cəfər İmaməli oğlunun 1956-cı ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçiov İbrahim oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin baxılmamış saxlanılmasını və sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni araşdırıb, hesab edir ki, Ərizəçiov İbrahim oğlunun hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizəçi ərizənin baxılmamış saxlanılması barədə ərizə verdiyindən ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçiov İbrahim oğlunun hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar