Məhkəmə qərarları › İş №2(094)-31/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-31/2025

21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-31/2025 21.01.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Xəzər rayon Qeydiyyat şöbəsi) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X5 xx.xx.2024-cü ildə Ukraynanın Krım şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun atası X10 xx.xx.1977-ci ildə doğulmuş, xx.xx.2002-ci ildə anası X9 ilə nikaha daxil olmuş, nikahın pozulması xx.xx.2003-cü ildə qeydə alınmışdır. Valideynləri xx.xx.2005-ci ildə yenidən nikaha daxil olmuş, həmin nıkah da xx.xx.2007-ci ildə pozulmuşdur. O, xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuşdur. Anası ilə nikahı pozulduqdan sonra atası uzun illərdir ki, Rusiya Federasiyasında və Ukraynada yaşayırdı. Bu müddətdə o, atası ilə ara-sıra əlaqə saxlayırdı, son vaxtlarda isə atası ilə əlaqəsi qeyri-müəyyən səbəblərdən kəsilmişdir. Sonradan o, nənəsi və bibisindən onun Ukraynada vəfat etdiyini öyrənmişdir. Atası xx.xx.2024-cü ildə Ukraynanın Krım şəhərində vəfat etmişdir. Məlum olduğu kimi Krım 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır. Atasının ölümü haqqında sənəd isə Ukraynanın deyil, Rusiya Federasiyasının səlahiyyətli qurumları tərəfindən tərtib edilmişdir. Rusiya Federasiyası Krım Respublikasının qeydiyyat orqanı tərəfindən rəsmiləşdirilmiş sənədlər Azərbaycan Respublikası tərəfindən rəsmi etibarlı sənəd kimi tanınmadığından bibisi Rəna Abbasovanın ölüm haqqında məlumatların Ədliyyə Nazirliyinin qeydiyyat informasiya sisteminə öturülməsi ilə bağlı müraciətləri nəticəsiz qalmışdır (ozunün verdiyi məlumata əsasən sonradan o, həmin sənədləri itirmişdir). Atasının nəşi Azərbaycan Respublikasına gətirilmiş və cari ilin mart ayında Bakı şəhəri Hovsan qəsəbəsi Zeytunluq adlanan ərazidə dəfn edilmişdir. Atasının dəfn edildiyi yer üzrə Suraxanı rayonu Hövsan bələdiyyəsindən əldə etdiyi sənədlər əsasında onun ölümünün xx.xx.2024-cü ildə Krım Respublikasının səlahiyyətli qurumlarında rəsmiləşdirildiyi, bu barədə 1-AЯ seriyalı 865066 nömrəli şəhadətnamənin təqdim edildiyi məlum olmuşdur. Ölümün qeydə alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, Ədliyyə Nazirliyinin informasiya sistemində ölüm haqqında məlumatın aşkar edilmədiyi bildirilmiş və tibbi şəhadətnamə yaxud məhkəmə qərarı olmadan ölümün qeydiyyatından imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X3 ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2415/2024 saylı məktubun surətindən görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar əsasında atanın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş 1-AЯ seriyalı 865066 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixdə X8 Respublikasında ölmüştür. İş materiallarında olan Hövsan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhum X10 xx.xx.2024-cü ildə vəfat etmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu y/s qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 xx.xx.2007-ci il tarixdə nikah bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası X10, anası X6r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, gömrük orqanlarının X1 Sistemindən əldə olunan məlumata əsasən sadələşdirilmiş bəyannamə əsasında vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X5 (şəxsiyyəti təsdiq edən sənədin nömrəsi C********) cəsədi 26 mart 2024-cü il tarixdə Samur dövlət sərhədindən buraxılış məntəqəsindən keçirilmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” X4 xx.xx.2024-cü il tarixli 3-16- 5/8-9xx-xx/2024 saylı məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar əsasında atanın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1977-ci il təvəllüdlü X5 xx.xx.2024-cü ildə Ukrayna Respublikası Krım şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1977-ci il təvəllüdlü X5 xx.xx.2024-cü ildə Ukrayna Respublikası, Krım şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar