Məhkəmə qərarları › İş №2(094)-32/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-32/2025

21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-32/2025 21.01.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X22 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü X5 və xx.xx.1973-cü il təvəllüdlü X2 ölüm faktlarını müəyyən edilməklə, müvafiq ölüm haqqında şəhadətnamələrinin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X12 xx.xx.1977-ci ildə Beyləqan rayon Örən- Qala kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1977-ci il tarixdə Beyləqan rayon Örən- Qala icra nümayəndəliyi tərəfindən 57 nömrəli doğum aktı qeyd tərtib edilmişdir. X23 1977-ci il tarixdə də rəhmətə getmişdir. Mərhum oğlu E.Abbasovun ölüm faktının qeydə alınması üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” X1 müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” X4 3/6-5/7-15/4035-24 saylı xx.xx.2024-cü il tarixdə imtina məktubu verilərək rəhmətə gedən oğlu E.Abbasovun ölüm haqqında tibbi şəhadətnaməsi təqdim edilmədiyi üçün ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Digər oğlu X10 xx.xx.1973-cü ildə Beyləqan rayon Örən-Qala kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1974-cü il tarixdə Beyləqan rayon Örən-Qala icra nümayəndəliyi tərəfindən 10 nömrəli doğum aktı qeyd tərtib edilmişdir. X19 1974-cü il tarixdə rəhmətə getmişdir. Mərhum oğlu M.Abbasovun ölüm faktının qeydə alınması üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” X1 müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” X4 tərəfindən 3/6-5/8-403415/2024 saylı xx.xx.2024-cü il tarixdə imtina məktubu verilərək ərizəsinin baxılmasından imtina edilmişdir. X3 xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. Bununla bağlı Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 62 nömrəli icra qeyd aparılmışdır. Mərhum X3nun vərəsəlik qaydasında miras payının müəyyən edilməsi üçün rəhmətə getmiş iki oğlunun ölüm haqqında - “şəhadətnaməsinin olmaması onun vərəsələrinin və vərəsəlik qaydasında miras payının müəyyən edilməsinə maneçilik törədir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü X5 xx.xx.1977-ci il tarixdə Füzuli rayonunda və xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.1974-cü il tarixdə Beyləqan rayonunda ölmələri faktlarını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Beyləqan RİHB-n Örənqala qəsəbə İƏD – i üzrə nümayəndəliyi xx.xx.2025-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində X7 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşının arvadıdır. 1977-ci il təvəllüdlü Abbasov Elmir 1977-ci il tarixdə Füzuli rayonunda və 1973cü il təvəllüdlü Abbasov Məzahir 1974-cü il tarixdə Beyləqan rayonunda rəhmətə getmişlər. Məhkəmədə şahid qismində X8 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşının arvadıdır. 1977-ci il təvəllüdlü Abbasov Elmir 1977-ci il tarixdə Füzuli rayonunda və 1973cü il təvəllüdlü Abbasov Məzahir 1974-cü il tarixdə Beyləqan rayonunda rəhmətə getmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan arayışın surətindən görünür ki, X12 xx.xx.1977-ci ildə Beyləqan rayonunun Örən-Qala kəndində anadan olmuşdur. Onun atası X13, anası Ərizəçidır. İş materiallarında olan arayışın surətindən görünür ki, X10 xx.xx.1973-cü ildə Beyləqan rayonunun Örən-Qala kəndində anadan olmuşdur. Onun atası X13, anası Ərizəçidır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edimiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Rəhmətə gedənin ölüm haqqında tibbi şəhadətnaməsi onlar tərəfindən şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1979-cu ildə Beyləqan rayonunun Örən-Qala kəndində anadan olmuşdur. Onun atası X13, anası Ərizəçidır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X9 xx.xx.1969-cu il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1950-ci ildə anadan olmuşdur. Onun atası X13, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 1947-ci ildə Füzuli rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun anası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum övladları xx.xx.1977-ci il təvəllüdlü X5 xx.xx.1977-ci il tarixdə Füzuli rayonunda və xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.1974cü il tarixdə Beyləqan rayonunda ölmələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1977-ci il təvəllüdlü X5 xx.xx.1977-ci il tarixdə Füzuli rayonunda və xx.xx.1973cü il təvəllüdlü X2 xx.xx.1974-cü il tarixdə Beyləqan rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar