Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-391/2025 10.02.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X26 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxslər - Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Bakı şəhərində xx.xx.1995-ci il tarixdə vəfat etmiş X2nın ölümünün qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 1924-cü ildə Laçın rayonunda anadan olmuşdur. 22 aprel 1995-ci ildə nənəsi Bakı şəhərində vəfat etmişdir. X2 Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Həmin dövrdə ölüm şəhadətnaməsini almamışdırlar. X1 01 avqust 2025-ci ildə vəfat etmişdir. Atasından qalan mirasın qəbulu üçün notariat orqanına müraciət etmək məcburiyyətində qalmış, lakin onun vərəsəsi hesab edilən X2nın ölüm haqqında şəhadətnaməsini 1995-ci ildə almadıqlarından notariusa müraciət etmək çətinliklər yaradır. Azərbaycan Respublikası “X25 Şəxs 12 iyun 2025-ci il tarixli 18-1-16/2-İ-255-42-149/2025 saylı imtina məktubu verilmişdir. Bundan sonra Bakı şəhəri, Xəzər Rayon Qeydiyyat şöbəsinə müraciət edilsə də imtina cavabı verilərək ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Hazırda Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilmiş vərəsəlik hüququnun həyata keçirilməsi ölüm faktının müəyyən edilmədən həyata keçirilməsi mümkün deyildir. Buna görə hazırda mərhum X2nın ölümünün qeydə alınması zəruri yaranmışdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İstinad edilən qanunverciliyin tələbindən göründüyü kimi əsasən ölümün qeydə alınması Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır ki, hazırkı halda mərhum nənəsi ölümününü qeydiyyatı həmin orqanlar tərəfindən aparılmamış, eləcədə ölüm barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olmamış, ölüm təsdiq edən sənədlərin hazırda onun tərəfindən əldə edilməsini qeyri mümkün edir. Ona görə də, X3nın Bakı şəhərində 22 aprel 1995-ci il tarixdə ölümün qeydə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçi qonşusudur. X2 1995-ci ildə vəfat etmiş və 0, Gürgən qəbiristanlığında dəfn edilmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı oğludur. X3 onun qaynanası olmuşdur. O, 1995-ci ildə vəfat etmiş və 0, Gürgən qəbiristanlığında dəfn edilmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və işin faktiki hallarını araşdırıb, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1951-ci ildə anadan olmuş, atası X7, anası X12r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci ildə anadan olmuş, X1, anası X8r. İş materiallarında olan Pirallahı bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X2 həqiqətən də Bakı şəhəri Pirallahı rayonu, Gürgən qəsəbəsində yerləşən Gürgən qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-İ-2004-6-2090/2025 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətandaşlıq vəziyyəti aktları idarəsi”nin 1924-cü ilə dair Laçın rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X10 doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə beyin infarktı səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X29 “X19” X24 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1195-ci il tarixində rəhmətə getmiş 1924-cü il təvəllüdlü X9 ölüm haqqında şəhadətnamə barədə sənədin təqdim edilməsi mümkün hesab edilmir.Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının xx.xx.2016-cı il tarixli 3/1 nömrəli qərarına əsasən qeyd edilən sənədin müəssisədə saxlanma müddətinin bitməsi ilə əlaqədar bu qəbildən sənədlər məhv edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, 1924-cü ildə Bakı şəhərində anadan olmuş X17 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndalıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi bacısının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum X2nın xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1924-cü il təvəllüdlü X9 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-391/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-391/2025
10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver