Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-426/2025 10.02.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X16 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxslər – 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu – xx.xx.2024-cü ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.2025-ci ildə yaşadığı ünvan 1 ünvanda ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X7 onun oğludur. O, xx.xx.2024-cü ildə Bakı şəhərində doğulmuşdur. X2 xx.xx.2025-ci ildə, 8 aylığında qəflətən, heç bir xəstəliyi olmadan arvadı X4 yaşadığı ünvan 1 ünvanda vəfat etmişdir. Mərhum oğlunun ölüm faktının qeydə alınması üçün xx.xx.2025-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ona imtina məktubu verilərək rəhmətə gedən oğlunun ölüm haqqında tibbi şəhadətnaməsi təqdim edilmədiyi üçün ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gələcəkdə hər hansı sənədləşmə ilə bağlı uşağının ölüm haqqında şəhadətnaməsinin alınması zəruridir. Qeyd olunanlara əsasən mərhum oğlu – xx.xx.2024-cü ildə Bakı şəhərində doğulmuş X3 xx.xx.2025-ci ildə yaşadığı ünvan 1 ünvanda ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçi onun kürəkənidir. Nəvəsi Ərizəçi xx.xx.2024-cü ildə onların evində vəfat etmiş və Zirə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, ərizəçi onun kürəkənidir. Nəvəsi Ərizəçi xx.xx.2024-cü ildə onların evində vəfat etmiş və Zirə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və işin faktiki hallarını araşdırıb, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü ildə anadan olmuş, atası Ərizəçi, anası X5r. İş materiallarında olan Respublika Təcili və X11 Mərkəzinin xx.xx.2025-ci il tarixli 47 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində saat 15:17-də ünvan 2 ünvana X6 çağırış olub. Çağırış yerinə gələn 18 saylı bölmənin KYS-nin həkimnə Məmmədov Rüfət xəstəyə həkimə qədər ölüm diaqnozu qoymuşdur. İş materiallarında olan Bakı şəhəri 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 ölməsi faktı üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Zirə Cümə məscidi dini icmasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, həqiqətən onun qəyyumluğu ilə oğlu X1 qəsəbəsi məzarlığında onların iştirakı ilə dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi bacısının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum X2nun xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-426/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-426/2025
10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver