Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(094)-430/2024 24.12.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası X2 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X6in Pirallahı rayon Sukanal İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X6in Pirallahı rayon Sukanal İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifənin cavabdehin üzərinə qoyulması» tələbi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X6in Pirallahı rayon Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Pirallahı Rayon Sukanal İdarəsi rəisinin 141/k saylı xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə Pirallahı Rayon Sukanal İdarəsinin Texniki istehsalat şöbəsinin Təmizləyici və kanalizasiya nasos qurğularının istismarı sahəsinə 2-ci dərəcə ilə Nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası X2 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X6in Pirallahı rayon Sukanal İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, hazırki iddia tələbi əmək münasibətlərindən irəli gələn mübahisədir və mediasiya prosesindən keçməmişdir. Mülki işin baxılmamış saxlanmasına etiraz etmir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12 və 259.0.13-cü maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr Mediasiya aşağıdakılar üzrə tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 21.9, 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizə baxılmamış saxlanılır. İş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı qismində məhkəməyə müraciət etməmişdən öncə mediasiyaya müraciət etməmiş və müraciət etmiş olsa belə mediatorun müvafiq arayışı və ya protokolu məhkəməyə təqdim etməmişdir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X6in Pirallahı rayon Sukanal İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifənin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-430/2024
Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №2(094)-430/2024
24.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver