Məhkəmə qərarları › İş №2-1(1-8)-1/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1/2026

28.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(1-8)-1/2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) 28.01.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinə qarşı “qanunsuz hərəkətlərdən çəkinmə, qanunsuz müdaxilələrin qarşısının alınması və normal fəaliyyətə şərait yaradılması” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşa ğıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı “qanunsuz hərəkətlərdən çəkinmə, qanunsuz müdaxilələrin qarşısının alınması və normal fəaliyyətə şərait yaradılması” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin (hakim: Fərid Əliyev) 24 iyun 2025-ci il tarixli, e-21(114)-2860/2025 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Gəncə İnzibati Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia olduğundan, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinin təsir dairəsinə düşür. Yən i iddia tələbinə ərazi aidiyyəti üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdehin yerləşdiyi Bakı şəhəri isə Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir.

4. Bakı İnzibati Məhkəməsinin (hakim: Aydın Babayev) 08 dekabr 2025-ci il tarixli, 2-1(112)-13783/2025 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

5. Bakı İnzibati Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia, qanunsuz hərəkətlərdən çəkinmə, qanunsuz müdaxilələrin qarşısının alınması və iddiaçının normal fəaliyyətinə şərait yaradılmasında ifadə olunmaqla öhdəliyin icrası haqqında iddianın xüsusi bir növü kimi İnzibati Prosessual Məcəllənin 2.2.4-cü maddəsi ilə müəyyən olunmuş iddia növünə aiddir və işin aidiyyəti İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə uyğun həll edilməlidir. Hazırkı iş üzrə cavabdeh Dövlət Vergi Xidməti səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan, iddiaya vergi ödəyicisinin uçotda olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İddiaçının hüquqi (qeydiyyat) ünvanı Tovuz rayonu, Yuxarı Öysüzlü kəndidir və vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində (Şəmkir rayonu, Ağstafa rayonu, Qazax rayonu, Gədəbəy rayonu və Tovuz rayonu ərazilərini əhatə edir) qeydiyyatdadır. Tovuz rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 8.1. İnzibati m übahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcə llənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Maddə 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. Maddə 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.

7. Azərbaycan Respublikası Məhkə mə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

9. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin məzmunundan göründüyü kimi, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara q arşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

10. Hazırkı mübahisədə iddiaçı, ona münasibətdə cavabdehin qanunsuz hərəkətlərdən çəkinməsini, qanunsuz müdaxilələrinin qarşısının alınmasını və onun fəaliyyətinə normal şərait yaradılmasını tələb edir. Yəni hazırkı iddianı qaldırmaqda iddiaçının marağı və məqsədi, in zibati orqan tərəfindən onun hüquqi maraqları sferasına qanunsuz müdaxilənin qarşısını almağa və nəticə etibarı ilə, onun sahibkarlıq fəaliyyətinə normal şərait yaradılmasının təmin olunmasına yönəlmişdir.

11. Öhdəliyin icrası haqqında iddia mahiyyətcə ümumi xarakter daşıyır və şəxs bu iddia vasitəsilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən əlverişli hərəkətlərin edilməsini və ya əlverişsiz hərəkətlərin edilməməsini və ya belə hərəkətlərin dayandırılmasını tələb edə bilər (İnzibati Prosessual Məcəllənin 34.1 və 34.2-ci maddələri). Burada həlledici məqam iddiaçının həmin əlverişli və ya əlverişsiz hərəkətlərin edilməsini tələb hüququna malik olmasıdır. İddiaçının qeyd olunan tələb hüququna malik olması inzibati orqanı n buna qarşılıq öhdəliyini şərtləndirir. Bu baxımdan müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiaların öhdəliyin icrası haqqında iddia növünə aid olduğu nəzərə alınmalıdır.

12. İş üzrə materiallardan görünür ki, cavabdeh Dövlət vergi Xidməti səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. İddiaçının hüquqi ünvanı ünvan 2r İdarəsində vergi uçotuna alınmışdır. Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyət dairəsi Şəmkir, Ağstafa, Qazax, Gədəbəy və Tovuz rayonlarının ərazisini əhatə edir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, iddiaçının olduğu (faktiki fəaliyyət göstərdiyi) Tovuz rayonu G əncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğundan, hazırkı mübahisəyə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

13. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinə qarşı “qanunsuz hərəkətlərdən çəkinmə, qanunsuz müdaxilələrin qarşısının alınması və normal fəaliyyətə şərait yaradılması” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar