Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(1-8)-172/2026 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “Qaçqın” statusunun verilməsindən imtina, kassasiyanın qeyrimümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 05 noyabr 2025-ci il tarixli, 2-1(103)2723/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 01 noyabr 2024-cü il tarixli, İQ-66/1 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qaçqın statusunun verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində doğulduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə əvvəllər müsəlman (sünni) olduğunu, lakin 2022-ci ilin fevral ayında şiə təriqətinə keçdiyini, 1998-ci ildə Lahor şəhərində “Ali Academy” adlı məktəbdə beş sinif orta təhsil aldığını, maddi imkansızlıq səbəbindən təhsilini davam etdirə bilmədiyini, 19982021-ci illərdə atasına məxsus avtomobil təkərləri dükanında təkər ustası olaraq, 20212024-cü illərdə isə müxtəlif işlərdə işlədiyini qeyd etmişdir. Ailə üzvləri barədə məlumat verən iddiaçı evli olduğunu, arvadının və 4 övladının Faisalabad şəhərində yaşadıqlarını, anasının vəfat etdiyini, atasının və 2 bacısının hazırda Pakistan İslam Respublikasının Lahor şəhərində yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən iddiaçı Pakistanda qohumlarının etirazına baxmay araq, şiə təriqətinə mənsub olan arvadı Fizad Tabassumla 2007-ci ildə məhkəmə qaydasında evləndiyini, 2022-ci ildən onun da şiə təriqətinə keçdiyini, bu səbəbdən qohumları ilə probleminin başlandığını, evini tərk edib qaynatasnın Kəraçidəki evinə köçdüyünü, lakin anasının təkidi ilə yenidən öz evinə Lahora qayıtdığını, anasının 2020-ci ildə vəfatından sonra vəziyyətin onun ziyanına dəyişdiyini və yenidən evini tərk edib Faisalabad və Kəraçi şəhərlərinə yaşamağa getdiyini, qohumları tərəfindən şiə təriqətinə keçdiyinə görə təhdidlərə məruz qalması səbəbindən ölkəsini tərk edib 20 iyul 2024-cii il tarixində Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. İddiaçı özünün, arvadının və övladlarının pasportunu təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. İşdə olan müsahibədən görünür ki, iddiaçı işin mühüm faktları, özünün şiə, arvadının sünni olması səbəbindən arvadının qohumları tərəfindən təhdidlərlə üzləşdiyini qeyd etmişdir. Göstərilən bu kimi hallar iddiaçının ölkəsində təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar iddiaçının işin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyət təşkil etmir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarix li, İQ-66/1 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki:
1. Təhdid olunmasına dair hər hansı sübut təqdim etməmiş;
2. Təhdid olunması ilə bağlı ziddiyyətlər mövcuddur; 3. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Bununla da, müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Göstərilənlərə əsaslanaraq iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim E.A.Abdullayev) 12 mart 2025-ci il tarixli, 21(112)-4439/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Qanunvericiliyin tələblərinə əsasən şəxsə qaçqın statusu verilməsi üçün onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərə məruz qalması və belə təqiblərə məruz qalacağına əsaslı şübhələri olmalıdır. İşin faktiki hallarından göründüyü kimi, Pakistan İslam Respublikası vətəndaşı olan iddia çı qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqanın qərarı ilə iddiaçının vəsatəti rədd edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və ona qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının ilkin verdiyi ərizə-anketdə göstərilənlərlə onun cavabdehə verdiyi müsahibə zamanı bildirdikləri arasında ziddiyyətlər olmuşdur. Belə ki, iddiaçı Azərbaycan Respublikasına gəlişinin əsas səbəbini 2007-ci ildə evləndikdən sonra özünün sünni, arvadının şiə olması səbəbindən qohumları tərəfindən təqibə məruz qalması ilə əlaqələndirmişdir. Öncə qeyd edilməlidir ki, iddiaçı 2007-ci ildə evlənmiş və 2024-cü ilə qədər Pakistanda yaşamış və yalnız 2024-cü ildə evliliyinə görə qohumlarının təqibinə məruz qaldığını əsas gətirərək ölkəni tərk etmişdir. Bütün bu müddət ərzində təqiblərə məruz qalmasına baxmayaraq, iddiaçının 2024-cü ildə Azərbaycan Respublikasına gəlməsi məntiqli və inandırıcı görünmür. Belə ki, iddiaçı evliliyinə görə hər hansı real təqibə məruz qalmış olsa idi, evləndikdən sonra daha qısa müddətdə ölkəni tərk etməyə cəhd göstərməli idi. 5.2. Eyni zamanda, ilkin ərizə-anketində iddiaçı yaşadığı Lahor şəhərini təhdidlər səbəbindən 2007-ci ildə tərk edib qayınatasıgilin evinə, Kəraçi şəhərinə köçdüyünü və anasının təkidi ilə 2011-ci ildə Lahora valideynlərinin evinə qayıtdığını bildirmişdir. Müsahibə zamanı isə iddiaçı Kəraçiyə evləndikdən və arvadı ilə 3 il ayrı-ayrı evlərdə yaşadıqdan sonra 2010-cu il də köçdüyünü və anasının təkidi ilə geri - Lahora 2012-ci ildə qayıtdığını bildirmişdir. Eyni zamanda, iddiaçı şiə təriqətinə keçdiyinə görə qohumları tərəfindən ciddi təhdid olunduğunu əsas gətirsə də, ərizə-anketin qeydiyyatı zamanı yalnız bir dəfə 2023-cü ilin iyun ayında qohumları tərəfindən bərk döyüldüyünü və bir barmağının sındırıldığını qeyd etmişdir. Həmçinin qeyd edilmişdir ki, ərizəçi qohumları tərəfindən təhdid edilməsinə baxmayaraq, o, Lahor şəhərindəki evində davamlı olaraq 2011-2023-cü illərdə yaşamışdır. İddiaçının ciddi təqiblərə məruz qalmasına baxmayaraq, həmin dövrdə qohumlarının olduğu şəhərdə yaşaması, onun həqiqətən, ciddi təqiblərə məruz qalmasının şübhə altına alınmasına səbəb olur. 5.3. İddiaçının ona qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınla rın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində və “Qaçqınların statusu haqqında” xx.xx.1951ci il tarixli BMT Konvensiyasında “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Belə ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi əqidəsinə, dini etiqadına görə təqib olunmamışdır. İddiaçı yalnız başqa təriqətə aid qadınla eləndiyi üçün ölkəsində təqiblərə məruz qaldığını bildirmişdir ki, qeyd etdiyi məsələlər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya qaçqın statusunun verilməsindən imtinası nəticə etibarilə qanuni və əsaslı olmuşdur.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) 05 noyabr 2025-ci il tarixli, 2-1(103)-2723/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbay can Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübə nin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasə n kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Qaçqın” statusunun verilməsi ilə bağlı işlərə baxarkən inzibati orqanın şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmasına dair tam əsaslı və real təqib qorxusunun mövcudluğunu müəyyən etmək və bunun üzərindən real riskləri qiymətləndirmək azadlığı qəbul edilməli və nəzərə alınmalıdır. İddianın təmin edilməsi üçün, iddiaçının öz ölkəsinə qayıtdığı təqdirdə təqiblərə məruz qalacağı və ya ən azından əsaslı və real təqib qorxusunun və ya bununla bağlı real risklərin mövcud olduğu işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından və iş üzrə materiallardan görünməli, onun vətəndaşı olduğu ölkədə hər hansı bir sosial qrupa qoşulmuş olduğu, siyasi fəa liyyətlə məşğul olduğu, onun irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqibə məruz qaldığı sübuta yetirilməlidir. Bundan başqa, iddiaçının vətəndaşı olduğu ölkəyə qayıdacağı təqdirdə “Qaçqınların statusu haqqında” 1951-ci il tarixli Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması da iş üzrə materiallarla təsdiq olunmalıdır. Nəzərə almaq lazımdır ki, etnik-dini mənsubiyyətinə və şərti siyasi əqidəsinə görə təqib edilməsi riskinin mövcud olduğuna istinad edərkən, iddiaçı həmin riskin real və əsaslı olduğuna dəlalət edən obyektiv göstəriciləri və ya bunların ifadə olunduğu sənədləri inzibati orqana, yaxud da məhkəməyə təqdim etməlidir. İddiaçının sadəcə olaraq təqibə məruz qalacağını və ya təqib riskinin mövcudluğunu iddia etməsi qanun vericiliyin tələbləri baxımından “Qaçqın” statusunun verilməsi üçün yetərli sayıla bilməz. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. İstinad olunan normanın tətbiqi ş ərtlərinin hazırkı mübahisəyə münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmirsə, iddiaçı müvafiq iddia tələbində haqlı sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli 2-1(102)-2232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1566/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2495/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 21(102)-62/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-474/2025 nömrəli qərarları).
14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müsahibə zamanı verdiyi izahatlarından məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmamışdır. Ərizəçinin nə özü, nə də ailə üzvlər i vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Beləliklə, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur.
15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkra rlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
16. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
17. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
18. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2025-ci il tarixli, 21(103)-2723/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.