Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(1-8)-326/2026 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əlilliyə görə müavinətin xx.xx.2021-ci il tarixdən hesablanması və ödəni lməmiş məbləğlərin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2025-ci il tarixli, 2-1(106)-866/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı ötən dövr üzrə ödənilməli olan sosial müavinətin və təqaüd məbləğlərinin tam şəkildə ödənilməsi və ötən dövr üzrə sosial müavinətin də xx.xx.2021-ci ildən etibarən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin (hakim: H.N.Nəcəfov) 05 sentyabr 2025-c i il tarixli, 2-1(120)-3263/2025 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/1-A1415/2025 nömrəli “Sosial ödənişin təyin edilməsindən imtina olunması haqqında” qərarının ləğv edilməsi və İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz 1-ci dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən təyinat aparıldığı nəzərə alınaraq əlilliyə görə müavinətin xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin e dilən hissədə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov/sədrlik edən və məruzəçi/, C.Ə.Quliyev və M.S.Sadıqov) 17 dekabr 2025-ci il tarixli, 2-1(106)-866/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
6. İş kassasiya icraatında olduğu vaxt cavabdeh ərizə təqdim edərək, kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 97.1. Kass asiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq şikayət verənin (hazırkı halda cavabdehin) iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alıb hesab edir ki, şikayətin geri götürülməsi barədə ərizə təmin edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.
9. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı cavabdehə iza h edilir ki, hazırkı qərardadın 7-ci bəndində qeyd olunan İPM-in 97.3cü maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
10. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2025-ci il tarixli, 2-1(106)-866/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.